Qumru Qüdrət

Nakam Eşqin Ninnisi yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
43
Görüntülenme

Qumru Qüdrət Gönderileri

Qumru Qüdrət kitaplarını, Qumru Qüdrət sözleri ve alıntılarını, Qumru Qüdrət yazarlarını, Qumru Qüdrət yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yenə də qələmi aldım əlimə, Sevirəm kəlməsi yatmır dilimə, Sevsəm də çatmadım mən öz gülümə, Dünyadan, sevgidən nakam gedirəm. Dünyanın işləri belədir, nədən? Sevərək ayrıldım öz gülümdən mən, Çıxara bilmirəm onu qəlbimdən, Dünyadan, sevgidən nakam gedirəm. Nə zaman mən gizli sevmişəm onu, Şeirdə, qəzəldə gəzmişəm onu, Ömrüm tükənibdi, gəlibdi sonu, Dünyadan, sevgidən nakam gedirəm.
Mən onun eşqiylə qanad açmışam, Şeyda bülbül kimi gülə uçmuşam...
Reklam
Qaşların aypara, gözlərin xumar, Gözlərim ilişib gözündə qaldı. Saçların şəlalə, tellərin tumar, Yanağa düzdüyün söylə, nə xaldı?! Dilin badam içi, dodağın püstə, Aşiqəm, meylimi qız sənə saldım. Tellərin tökülüb qaşların üstə, Yanağa düzdüyün söylə, nə xaldı?! Üzündə təbəssüm, bənizin əsmər, Yanağın lalədir, dodağın baldır. Allahım qorusun, dəyməsin nəzər, Yanağa düzdüyün söylə, nə xaldı?! Qumru gözəlliyə dözmədi inan, Dəftəri götürüb qələmi çaldı. Zöhrün ulduzutək alışıb-yanan, Yanağa düzdüyün söylə, nə xaldı?!
Dindirdim qəlbindən ahlar süzüldü, Danışdın, keçmişin iptək süzüldü. Alıblar sevdiyin gözəli səndən, Ah çəkdin, gözündən qan-yaş süzüldü. Sevdiyin gözəldən əlin üzülüb, Kipriyin üstünə şəbnəm düzülüb. Xatırladın yenə keçən günləri, Gözündən buludtək leysan süzüldü. Üstündən neçə il keçsə də inan, Onun vüsalına yoxsa da güman. Ayrılsa da səndən sevgili canan, Sevgisi qəlbində yaşayar hər an.
Qəlbimdə göynəyir kövrək duyğular, Rahatlıq verməyir mənə yuxular, Gözümdə canlanır yenə o çağlar. Sən indi bilmirəm, gülüm, hardasan, Sən mənim hər zaman xəyalımdasan. Tənha dolanıram, gəzirəm sənsiz, Bilmirəm mən necə dözürəm sənsiz, Üzümə göz yaşı süzürəm sənsiz. Sən indi bilmirəm, gülüm, hardasan, Sən mənim hər zaman
Qaş çatılıb, əyilibdi yay kimi, Yaş tökülür gözlərindən çay kimi, Bu eşqimdən mənə düşən pay kimi, Kipriyimin gilələnib nəm üstə. Ha sızladım, anlamadın sevgimi, Bu ayrılıq yandırıbdı qəlbimi, Kimə deyim bilmirəm bu dərdimi, Yanıb qəlbim bir naşı həmdəm üstə. Taleyimdən gileyliyəm neyləyim? Saz götürüb eşqimi car eyləyim, Zilim yoxdu, barı bəmlə söyləyim, Taleyimdir yazılıbdı bəm üstə. Pak eşqimdən nə gizlədim, doğrusu, Qaldı mənə ürəyimin ağrısı, Ötüb keçən gəncliyimin çalğısı, Köklənibdi kədər üstə, qəm üstə. Mən Qumruyam, bu eşqimlə çağlaram, Nakam eşqə ninni deyib ağlaram. İnildərəm, sinələri dağlaram, Sevincim yox, qəm qalanıb qəm üstə.
Reklam