“Röyanın baharı” çalırdı fonda,
Darıxdım, içimdən keçdin indi sən.
Həsrəti gətirib tökdün üstümə,
İncimə, sevgidə bir az pintisən.
Sahildə gözləyən bir qum parçası
Və gəlib-gedən bir dəniz dalğası…
Anidən öpüşüb qucaqlaması —
Deyirəm, nə gözəl bir görüntüsən.
Yəni ki, gəl, sarıl, tuta bilmədin?
Eşitdin, amma ki, nəsə dinmədin.
Nə qədər çalışdım, təmizlənmədin,
Qəlbimin dibində bir çöküntüsən.