Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sabir Rüstemhanlı

Göktanrı yazarı
Yazar
9.3/10
24 Kişi
96
Okunma
17
Beğeni
3.062
Görüntülenme

En Yeni Sabir Rüstemhanlı Sözleri ve Alıntıları

En Yeni Sabir Rüstemhanlı sözleri ve alıntılarını, en yeni Sabir Rüstemhanlı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Vəssalam...Elə bil oxunub bitən bir kitab bağlandı. Bir ömrün son nöqtəsi qoyuldu.
"İndi qəbiristanlıq evdən daha doğma görsənir"
Reklam
Sünni-şiə ayrı-seçkililiyinin İslama verdiyi zərər barədə Tiflisdə Şeyxə söylədiklərini sonralar da təkrar-təkrar yazırdı: “Şiə-sünni ixtilafı bu qövm üçün bir bəlayı-əzm və bir cahi-fəlakət kəsilmişdi. Cahil əhali ixtilaflar məşğul olaraq öz lisanını, ədəbiyyatını, sənaye və ticarətini və hətta qüvvətin belə unutmuşdu.”
Söyləyin ki, taleyin hər oyununa boyun əyən millət azadlığına qovuşa bilməz; azadlığı duya, onun ne boyda səadət olduğunu dərk edə bilməz
Bizim nəsildə qohumlar və ata-analarla övladları arasında öpüşmək ənənəsi də yoxdu. İstək ürəkdədir. Ürək də sinədə. Gizlində.
Ölüm həyatın davamıdır. İnsanın ölümü də yaşayışına bənzəyir. Buna görə də iki insanın ölümü bir ola bilməz. Hər kəs yaşadığı kimi ölür.
Reklam
"Xoşbəxt ol" söylədin...
"Xoşbəxt ol!" söylədin, "ayrılaq daha" Bu sözlər qarğışmı, həsrətmi, qəmmi? Sənsiz ömür sürüb xoşbəxt olmağa Dünyaya təzədən gələcəyəmmi? "Xoşbəxt ol!" Səsindir qulaqlarımda... Addım səslərin də belə deyirdi. Sən çıxıb gedirdin, ayağın altda Ürəyim səssizcə inildəyirdi. Son dəfə üzünə qoy baxım ki mən, Göylərdən bir ulduz axacaq indi. "Xoşbəxt ol!" söylədin, dedin ürəkdən, Xoşbəxtlik əlimdən çıxacaq indi! Soyuq ayrılıqdır üstümdən əsən, Baharmı, payızmı-hamısı birdi. "Xoşbəxt ol!" söylədin, məgər bilmirsən Bu sözdə bəxtimi dəfn eləyirdin...
Bu musiqi altında Arasında qollarının Ən böyük arzuma yetərək Ölə bilərdim - qoynunu əvəz edən, məni bu qollar kimi quca bilən üç arşın yer olsaydı.
Sirrini gəzirdim ölümsüzlüyün. Bu sənsən, inan!
Yolçu, bu komanın yanında ötmə, Alması göylərdə nağıldı, dinlə! Qoy şehli çəmənə düşsün çəhlimin, Divarlar isinsin hərarətinlə. Bircə baxışından yanacaq ocaq, Hər şey qayıdacaq ilkin rənginə, Güllər açılacaq gül dodağından Bu sənsən, inan... Bir az mürgülüydüm, bir azca yorğun Yüküm bir karvanın yüküydü amma. Hər gün dörd yanımda evlər ucalır, Mənimki quruca hörgüydü amma. O da ki, bir azca yerdən aşağı, Kirəmit gərəkməz, damı torpaqdan... Kimdi "təzə" evə köçməyə qoymur? Bu sənsən, inan.... Mən ki, istəyimin yazındaymışam, Nəymiş dünyamızı qəfil saraldan. Ürək soyuyanda nə fərqi varmış O mərmər sarayın torpaq saraydan. Bağla qapıları, kəs bu yolları, Həbs elə, buraxma məni yanından. Sirrini gəzirdim ölümsüzlüyün. Bu sənsən, inan!
Sənin görüşünə gəlmişəm ancaq...
Gör harda açıldı sözün düyünü, Gör harda alışdı çatdığım ocaq, Bu çətin yollarla, ay ömrüm-günüm, Sənin görüşünə gəlmişəm ancaq... Bəxtimtək açıldı isti qolların, Ən xoş etirafım-dilindəki ah, Adlayıb illəri, yorub yolları Sənin görüşünə gəlmişəm ancaq! Mənə "varım" dedin, "varlığım" dedin, Bu sözlər zirvəmə sancılan bayraq. Xoşbəxt baxışınla sən də söylədin: "Sənin görüşünə gəlmişəm ancaq". Qoy sonu olmasın bu günümüzün, Sevinc qapısını taybatay açaq, Qopmasın ürəyin, dolmasın gözün, Sənin görüşünə gəlmişəm ancaq!.. Getsən də arxanca uçan qanadam, Gəzəcək dalınca bu susmaz soraq, Mənə elə gəlir bu həyata da Sənin görüşünə gəlmişəm ancaq!
135 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.