Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sabir Rüstemhanlı

Göktanrı yazarı
Yazar
9.3/10
24 Kişi
95
Okunma
17
Beğeni
3.057
Görüntülenme

Sabir Rüstemhanlı Sözleri ve Alıntıları

Sabir Rüstemhanlı sözleri ve alıntılarını, Sabir Rüstemhanlı kitap alıntılarını, Sabir Rüstemhanlı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"İndi qəbiristanlıq evdən daha doğma görsənir"
Gözümə gün düşür, ya baxan sənsən?
Yenə pəncərədə ağ güllər açıb, Yenə pəncərələr günəşə açıq. Gözümə gün düşür, ya baxan sənsən?
Reklam
Millətlərin, dinlərin, ölkələrin bir-birini daha yaxşı tanımasına ehtiyac var, desəm, məncə yanılmaram. Dünyanın və insanlığın taleyi bunu tələb edir. Avropada İslam mədəniyyəti və dini haqqında təsəvvürlərin çoxu yanlışdır. Məncə Avropada da , bizdə də maarifçilik dövrü hələ qurtarmayıb.
Sayfa 51
Ver bütün qüdrəti qanunlara, millət yürüsün, Yoxsa millət deyil, adicə bir sürüsün.
Sayfa 173 - Qanun NəşriyyatıKitabı okudu
Yurdu Yaşatmaq Üçün
Xalqı yaşadanlar- ölməzdirlər! Xalqı yaşadanların ömrü xalqın ömrü qədər əbədidir.
And Yerimiz
Şəhidlər Xiyabanında bir həqiqət gördüm. Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır..
Reklam
Mən hər gələn nisan üçün, Pək çox həsrətlər saxlaram. Hər gələn bir mayıs üçün, Vətən ağlar, mən ağlaram.
Sayfa 172 - Sabir Yazarlar OcağıKitabı okudu
Bizim aramızda beş addımlıq yol, Gözlə qaş arası! Ondan da azdı... Di gəl ki, hərəmiz bir planetdə Yaşasaq bu qədər ayrı olmazdıq. Dünənki günümsən ancaq nə fərqi, Milyon illər kimi geri dönməzsən Şəkiltək baxırsan dinməz söyləməz
Qovuşa bilmir...
Yağır ömrümüzə taleyin qarı, Bir olsaq ayrıyıq, ayrılsaq birik. Biz ki bu dünyanın bəxtiyarları, Biz ki bu dünyanın bədbəxtləriyik!.. Köksümdən bir sevgi ümmanı keçir, Sən baxsan görməzsən sahillər donub. Ürəyim ən isti sözləri seçir, Dilim pıçıldayır ən soyuğunu. Baxışım döşənir getdiyim yola, Üz-üzə gəlirik, dayanır zaman. Ürəyim səninçin kül ola-ola Söhbət başlayırıq bir ayrısından. Elə bil qor dolur ürək yerinə... Məni qanadında uçurur bu yol. "Sənsiz nə yaxşılıq"? demək yerinə Deyirəm: Yaxşıyam, yaxşıyam, sağ ol!" Ah, sənə sevilmək necə yaraşır, Əllər yadırğayıb yovuşa bilmir. Göydə iki ulduz çoxdan barışıb Yerdə iki insan qovuşa bilmir.
Faytonlar, dilicanlar, qatarlar, gəmilər, hara apardığı bəlli olmayan yollar , arxasında kimlərin yaşadığını bilmədiyim sirli qapılar, gecə-gündüz oxuyub yazmaq, heç kimdən əskik olmadığını göstərmək ehtirası, vətənini tanıtmaq üçün təkbaşıma mübarizə, çıxışlar, yazılar...Hamısı sona çatdı. İtmədim! ... Boğulub qalmadım! ...Sınmadım!.. Allahın iznilə qayıdıb gəldim! Avropalı filosof dostumun , ya da öz peyğəmbərimizin təbirincə: bal yüklü arı kimi ! Dopdolu! Görəsən , böyük Parisdən sonra Azərbaycanın bu balaca Parisi necə qarşılayacaq məni?! Dəyişilibmi görəsən? Yoxsa elə həmin Şuşadır?
Sayfa 20
135 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.