Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sedat Maden

Sedat MadenMirze Elekber Sabir yazarı
Yazar
Editör
9.0/10
1 Kişi
11
Okunma
2
Beğeni
1.405
Görüntülenme

Sedat Maden Gönderileri

Sedat Maden kitaplarını, Sedat Maden sözleri ve alıntılarını, Sedat Maden yazarlarını, Sedat Maden yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Satirik Şiirleri - DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ!
"Daş qəlbli insanları neylərdin, ilahi! Bizdə bu soyuq qanları neylərdin, ilahi! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, Bilməm belə dövranları neylərdin, ilahi! Məzlumların göz yaşı dərya olacaqmış, Dəryaları, ümmanları neylərdin, ilahi! (...) Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, Dildadeyi-irfanları neylərdin, ilahi! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Döşdüklü müsəlmanları neylərdin, ilahi! (...) Ərlər hərə bir qiz kimi oğlan sevəcəkmiş, Evlərdəki nisvanları neylərdin, ilahi! Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəb, Baxdıqca bu hikmətlərə heyran oluram həp!"
Sayfa 141 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - MƏCMUƏDƏN BİR LÖĞMƏ
"Əşkim olur gözümdən xuni-ciyərlə cari, Heyhat, olurmu çeşmim haiz bu iqtidari Та yanmadıqca könlüm, ey könlümün mədari? Əşari-atəşin-dəm yaxdıqca qəlbi-zari, Təqlid edir təbiət mürğani-növbahari. 'Şair süxənsiz olmaz, Şer isə sənsiz olmaz!"
Sayfa 134 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Reklam
Satirik Şiirleri - SUAL – CAVAB
"– Görmə – Baş üstə, yumaram gözlərim. – Dinmə – Mütiəm, kəsərəm sözlərim. – Bir söz еşitmə – Qulağım bağlaram. – Gülmə – Pəkеy, şamü səhər ağlaram. – Qanma – Bacarmam! Məni mə’zur tut..."
Sayfa 133 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - SƏN DЕYƏN ОLMAYIB HƏLƏ!
"Dinmə, danışma, yat balam, sən dеyən оlmayıb hələ!"
Sayfa 130 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - BİLMİRƏM
"Dеrlər: utan, hеç kəsə bir söz dеmə, Həq sözü dеrkən utana bilmirəm... Nеyləməli, göz görür, əqlim kəsir, Mən günəşi göydə dana bilmirəm..."
Sayfa 128 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - HARDA MÜSƏLMAN GÖRÜRƏM, QORXURAM...
"Gah enirəm sayə tək ormanlara, Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, Bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, Cin görürəm, can görürəm, qorxmuram. (...) Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi Harda müsəlman görürəm, qorxuram... Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram Qorxuram, qorxuram, qorxuram."
Sayfa 124 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Reklam
Satirik Şiirleri - FƏXRİYYƏ
"Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq, Azərbaycan’a həm də Anadolu’ya dolduq, Ol qədər qırıb bir-birimizdən ki, yolrulduq, Qırdıqca yorulduq və yorulduqca qırıldıq… Turanlılarız, adiyi-şüğli-sələfiz biz! Öz qövmümüzün başına əngəl kələfiz biz! Bir vəqt salıb təfriqe olduq iki qismət, Təymur şaha bir paramız etdi himayət, Xan Yıldırım’a bir paramız qıldı itaət, Qanlar saçılıb Ankara’da qopdu qiyamət… Əhsən bizə! Həm tirzəniz həm hədəfiz biz! Öz qövmümüzün başına əngəl kələfiz biz!"
Sayfa 123 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - FƏLƏ ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?
"Fələ, özünü sən də bir insanmı sanırsan? Pulsuz kişi, insanlığı asanmı sanırsan? (...) Alçaq, ufacıq daxmanı samanmı sanırsan? Axmaq kişi, insanlığı asanmı sanırsan?"
Sayfa 108 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - VAY, VAY! NƏ YAMAN MÜŞKÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!
"Mən anlamıram kim, nola mənayi-müəllim? Qırx-əlli manat pul ala hər ay müəllim? Bir tazə üsulə ola ifayi-müəllim? Pulları ala, söyləyə-oxqay-müəllim? Molla ona həsrətlə çəkə küçədə ah ah! Lahövlə vəla qüvvətə illa və billah!"
Sayfa 103 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
Satirik Şiirleri - ADƏTİMİZ DAŞ İDİ DƏVA GÜNÜ YAXUD PART-PART
"Milləti-İslam qırır birbirini Allah aman, bu nə yaman qırhaqır! Qardaşa bax qardaşını öldürür Vəhşi olup əhli-cahan sərbəsər. Milləti gördükcə belə hərcü mərc Könlüm olur dopdolu qan qatbaqat."
Sayfa 86 - Nobel Bilimsel Eserler - 1. Baskı/Eylül 2017Kitabı okudu
72 öğeden 41 ile 50 arasındakiler gösteriliyor.