Şəfa Vəli

Poçtalyona Məktub yazarı
Yazar
7.5/10
0 Kişi
3
Okunma
0
Beğeni
466
Görüntülenme

Hakkında

Şəfa Vəli(Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009). “Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısıdır. 1-4 may 2014-cü ildə Eskişəhrdə keçirilən “Yunus Əmrə buluşması” elmi simpoziumunun iştirakçısıdır. “Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil…” hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015).Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvüdür. Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016). İki kitab- “Ümiddən olan qurbanlar” (esse və hekayələr, 2009), “Poçtalyona məktub” (şeirlər, 2017) kitablarının müəllifidir. “525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi “Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsində “Anamın boyat dərdi” essesi ilə qalib olub (2019).
Tam adı:
Yazar, Şair
Ünvan:
Şəfa Elxan qızı Vəliyeva
Doğum:
1988

Okurlar

3 okur okudu.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Poçtalyona məktub.
Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon. Qırma yarın ürəyini, Eyləmə para, poçtalyon. Dəyişik sal o ünvanı, Başqa qapını silkələ. O ağlayaraq oxuyar, Başqaları gülə-gülə. Qaytar geri günahımı, Savabın da qoy bu olsun... Girmə mənim günahıma, Qıyma ki, gözləri dolsun. Qaytar geri məktubumu... Gəldiyi ünvana göndər... Vallah, ağladacaq onu, Titrəyəcək açan əllər.
Edebiyat
Görən varmı hardasa Səndən xəbərsiz şeir? Sevdiyim, bu mahnılar Hamsı səndən bəhs edir...
Edebiyat
Reklam
Reklam