Əsgərova Ülkər

Amay yazarı
Yazar
7.5/10
0 Kişi
5
Okunma
2
Beğeni
22
Görüntülenme

Hakkında

Əsgərova Ülkər Fazil qızı -1996-cı ilin 13 noyabr tarixində anadan olmuş 2014 cü ildə Azərbaycan Dövlət Pedaqoji universitetinin Fizika və texnologiya müəllimliyi fakültəsinə qəbul olmuşdur. Hal-hazırda repetitorluqla məşğul olur. Məktəb vaxtlarından kiçik hekayə və şeirlər yazaraq başlamış daha sonra "Amay" romanını yazmışdır. Öz ixtisasına uyğun olaraq Fizika fənnindən abituriyentlər üçün konspekt kitabının və növbəti əsərinin (roman) üzərində işləyir.
Tam adı:
Əsgərova Ülkər Fazil qızı
Doğum:
13 Kasım 1996

Okurlar

2 okur beğendi.
5 okur okudu.
1 okur okuyacak.

Okur demografisi

Kadın% 0.0
Erkek% 0.0
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Gedirəm hamıdan uzaq diyara, Oturub bir çayın yaş qayasında. Əllərim qoynumda, çiynim aşağı Gözlərim kim bilir hansı yollarda. Suyun şırıltısı mənlə üzbəüz Suallar yağdırır, məhşərə çəkir. Günahım, savabım qarmaqarışıq Çay mənim yerimə dərdimi çəkir. Allahın suyu da şahiddir buna Nə qədər susduğum dərdim var imiş. Danışıb dərdimi tökdükcə çaya, Sən demə, su qalxıb köpüklənirmiş.
Sayfa 58·Kitabı okudu
Didərgin könlümün yuvası oldun, Nigaran gözlərim səninlə güldü. Qəlbimdə kök salıb odun, alovun, Ömrünə qataraq apar ömrümü. Sən mənim gecəmə Günəş tək doğdun, İçimdə yaşayan dərd-səri qovdun. Sanki bu qəlbimi sevgiyə boğdun, Hər zaman şad-xürrəm yaşa ömrünü. Həmişə təklikdə ağlayardım mən, Daima üzümü güldürən sənsən. Bilsəm ki, bir günə öləcəyəm mən, Xərclərdim yalnızca sənə ömrümü. Qaranlıq lənətdir eşqsiz ürəyə, Sevginlə yoğrulan qərib qəlbimə Məəttəl qalırsan qarşımda yenə. Gəlmişkən söndür sən yanan ömrümü. Orada suallar cavabsız qalar, Cavabsız suallar adamı yorar. Gəl bura, vaxt azdır, nə bilmək olar, Birlikdə izləyək bitən ömrümü. Qəlbimin torpağı sənmişsən məgər, Həmişə duayla bəzənir sözlər. Allaha duamdır, bir sən ol yetər, Səninlə yaşayım qalan ömrümü.
Sayfa 101·Kitabı okudu
Reklam
Reklam