Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Signor Bayramlı Məhəmməd

Bakirə yazarı
Yazar
9.5/10
2 Kişi
36
Okunma
12
Beğeni
542
Görüntülenme

Hakkında

Okurlar

12 okur beğendi.
36 okur okudu.
5 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Sən özünə dəyər vermirsənsə, başqaları niyə dəyər versin ki?
Tanrıya inanaraq, insan övladı bütün məsuliyyəti öz üzərindən atmağı bacarır. Müharibə oldusa, Tanrının istəyiylə oldu. Biri acından öldüsə, Tanrı belə istəyirdi. Bəs Tanrının bu istəklərindən xəbəri varmı?
Reklam
Zaman bəzilərinin dostudur. Xüsusilə də, anı yaşayanların
Sayfa 105Kitabı okudu
Ancaq, nə də olsa, o da bir insan idi. Verdiyi sözləri, xatirələri unudardı insan övladı həmişə
Sayfa 119Kitabı okudu
İnsanlar öz varlıqları haqqında düşünmək əvəzinə, Tanrının varlığı haqqında mübahisə ehdirlər
Ruhun əxlaqsız olduqdan sonra..
Əgər qəlbini xəyanət hissi viran edibsə, düşüncələrində əxlaqsızlıq yuva salıbsa, dodaqlarından çıxan sözlər həqiqəti əks etdirmirsə, bədənin bəkarəti nə işə yarar?
Bakirə
Bakirə
Reklam

Yorumlar ve İncelemeler

Tümünü Gör
135 syf.
10/10 puan verdi
Salam dostlar.️ Hər vaxtınız kitab!! Bu gün sizlərə fantastik janrda olan çox gözəl bir əsərlə gəldim. Samurayı ilk dəfə 3-4 il əvvəl oxumuşdum. Bu kitab Azərbaycanlı bir yazardan oxuduğum ilk kitabdı ona görədə məndə yeri ayrıdır.Azərbaycan ədəbiyyatını mənə sevdirən, gənc yazarlara şans vermənin nə qədər vacib olduğunu göstərən həmin kitab
Samuray
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 20235 okunma
136 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Signor Bayramlı Məhəmməd: "Bakirə"
"Bədənin bakirəliyinə o qədər diqqət edirlər ki, ruhun bəkarəti unudulur. Ruhun əxlaqsız olduqdan sonra, bədənin təmiz qalsa, nə fərqi? Əgər qəlbini xəyanət hissi viran edibsə, düşüncələrində əxlaqsızlıq yuva salıbsa, dodaqlarından çıxan sözlər həqiqəti əks etdirmirsə, bədənin bəkarəti nə işə yarayar?" deyir Signor.. Hər şeydən öncə romandakı bədii təsvirlər o qədər möhtəşəm idi ki, düşünürəm ki, bir yazıçını əsl yazıçı edən onda məhz bu xüsusiyyətin olmasıdır. İstər peyzajlar (təbiət təsvirləri) olsun, istərsə də obrazların xarakter və xarici görünüş təsvirləri. Əminliklə deyə bilərəm ki, Signor, oxucunun tam anlamıyla hadisələri gözünün qarşısında canlandıra bilməyinin haqqını verib. Bir tərəfdə yalan və xəyanət sütunu üzərində qurulmuş "ailə", bu "ailə"nin müəmmalı sirlərindən təsirsiz ötüşməyən hal-qəziyyələr, digər tərəfdə isə xəyal etdiyi gələcəyi üçün "Təbriz malikanəsi"nə üz tutan, hər şeydən xəbərsiz Fidan. Yusif Carçıoğlu isə özü ilə bağlı şübhələrə tam olaraq cavab tapa bilmədiyi üçün böyük bir ikiləmdə qalmaqdadır. Bəs Laura? Onun sirləri isə başına gəldiyi hadisələri yazdığı gündəlikdən ortaya çıxır. Hər kəsin öz "Şeytan"ı olduğu kimi Lauranın da var. Şeytanamı uymalı, yoxsa onu öz cəhənnəminə əbədi zəncirləməlimi? Kitabın davamının yazılmasını, Fidan və Yusifin taleyinin illər sonra eyni "Gündəlik" səbəbindən kəsişməsi istəyimi də burdan Signora mesaj olaraq ötürürəm. Buona lettura.))
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
136 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Kitabın yazarı Məhəmməd mənimlə eyni dövrün yazarı olduğu və mənim dostum olduğu üçün əsəri yazıçı üzərindən dəyərləndirmək istəyirəm. Məhəmmədin səbri mənim səbrimi üstələyir. Belə ki, o bu əsərində bədii təsvirlərdən bol-bol istifadə edib və iki ayrı zaman dilimində baş verən hadisələri elə gözəl ardıcıllıqla düzüb ki, rəsmən heyran oldum. Şəxsən mən bacarmazdım. Əsər Fidan və Lauranın həyatından bəhs edir. Məncə bu qədər məlumat bəsdir, gerisini oxuyaraq öyrənərsiniz...
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma