Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəmsəddin Abbasov

Şəmsəddin AbbasovCəfər Cabbarlı Haqqında Xatirələr yazarı
Yazar
4.0/10
1 Kişi
3
Okunma
0
Beğeni
159
Görüntülenme

Hakkında

Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən «Yeni fikir», «Kommunist» və «Gənc işçi» qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə «Məhşər günü» hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur. 1926-cı ilin iyun ayından «Gənc işçi» qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda «Komsomol» jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – «gənc qızıl qələmlər»in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən «Kommunist» qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur. 1939-cu ilin sentyabrında Bakı kinostudiyasının direktoru işləmişdir. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Rus dilindən ədəbi ssenarilər («Stalinqrad döyüşü», «Musoqorski»), pyeslər («Ulduzcuğaz», «Xmelnitski», «Saatsaz və toyuq»), roman və hekayələr (S. Babayevski «Yer üzərində işıq», A. P. Çexovun vodevilləri) tərcümə etmişdir. Özu də ssenari və pyeslər yazmışdır: «Babək» (1940), «Qələbə» (1931), «Qana qan» (1944), «Əsgər və Simuzər» (1945), «Fərhadın ailəsi» (1950), «Mister Uoll-trit» (1951). 1942-ci ilin avqust ayından Azərbaycan KP MK aparatına işə dəyişdirilmişdir. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləmişdir. Azərbaycan nümayəndələri ilə dəfələrlə ön cəbhədə olmuşdur. Şimali Qafqaz və Uzaq Şərq cəbhələri hərbi şuraları ona yaxşı işinə görə təşəkkür etmişdir. O, «Qafqaz müdafiəsi uğrunda» və «1941 – 1945-ci illər İkinci Dünya müharibəsində əmək igidliyinə görə» medalları ilə təltif edilmişdir. 1944-cü ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunmuşdur. 1946-cı ildə «Qırmızı Əmək bayrağı» ordeni ilə təltif edilmişdir. Dəfələrlə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı olmuşdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1975-ci il sentyabrın 20-də vəfat etmişdir.
Tam adı:
Şəmsəddin Bəhlul oğlu Abbasov
Unvan:
Yazar
Doğum:
Sayadlar, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası, 27 Mayıs 1906
Ölüm:
Bakı, Azərbaycan, 20 Eylül 1975

Okurlar

3 okur okudu.
1 okur okuyor.
3 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok