Sonuncu Orxan - (Əlibəyov Orxan Səfər oğlu) 23 may 1992-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.
2009-cu ildən dövri mətbuatda çap olunur. Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi nəznində fəaliyyət göstərən “Gənc ədiblər” birliyinin məzunudur.
2010-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən şeir müsabiqəsində xüsusi mükafata layiq görülüb. Həmçinin 2011-ci ildə keçirilmiş “III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsin”də ən yaxşı şeir nominasiyasında 3-cü yerə layiq görülüb.
2019-cu ildə Kulis.az mədəniyyət-incəsənət portalınınn keçirdiyi “Bir şeir” müsabiqəsində qalib olub.
Sumqayıt Dövlət Universitetinin “Filologiya” fakültəsini bitirib. Hazırda Cəbrayıl rayonunda, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim işləyir.
Məşhur yazıçı, publisist Cəmil Əlibəyovun qardaşı nəvəsidir.
Evimə qayıdıb arvadımın ayaqlarını qucaqlayardım
və “bağışla məni” deyərdim.
Bilirəm, o da sakitcə qabağıma çay qoyub
gülümsəyərdi...
Məni bağışladığından deyil.
Həyatında daha bir alçaq sifəti tanıdığına görə
gülümsəyərdi.
Yadınızda qalsın
Gözəl qadınların həyatında alçaq adamlar daha çox
olur...