Şərif Ağayar

Komandir author
Author
Editor
7.3/10
10 People
59
Reads
6
Likes
1,185
Views

Şərif Ağayar Posts

You can find Şərif Ağayar books, Şərif Ağayar quotes and quotes, Şərif Ağayar authors, Şərif Ağayar reviews and reviews on 1000Kitap.
315 syf.
10/10 puan verdi
·
Liked
"Murov Qatralı" dan sonra oxuduğum növbəti kitab oldu-"Komandir"... Kitab bizə veriləndə 2021-ci ilin yay ayları idi.Hər cümləsini yaşayaraq,hiss edərək oxudum.Nə yalan deyim kitabı bitirdikdən sonra,sonuncu səhifədə yazılan cümlələrini "Hardasa uzaqlarda insan seli çırpınır,dalğalanır,uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı..." unutmamaq üçün dəfələrlə,ağlayaraq oxudum.Bəlkədə çoxuna təsir etməz amma mənim iliklərimə qədər təsir etdi.Çünki,məndə yaşamışam... İncələməsinə gəldikdə Kitab çox gözəl üslubda,təmiz dildə yazılıb.Belə kitablar sayəsində,Qəhrəman qardaşlarımızı unutmayacağımıza çox əminəm...
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202014 okunma
Dayçamız kişnədi.Fərrux meşəsindəki armudların qoxusu gəldi.Ağ çınqılın seli dayandı.Gizir Səfərov fınxırıb güldü.Qırğı gözlərini qıyıb Göyçə gölünə baxdı.Mazanovun yanağından bir gilə yaş yuvarlandı.Xanı oxudu.Aqşinin uşaqlığı anasının qucağından mənə əl elədi.Ayağımın qəlpələri son dəfə sızıldadı.Hardasa uzaqlarda insan seli çırpınır,dalğalanır,uğuldayır, ağuşuna aldığı üç rəngli qayığı sağa-sola yellədə-yellədə tanış bir ünvana aparırdı...
Sayfa 315Kitabı okudu
Reklam
Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı. Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi. Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdadır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.
Sayfa 107Kitabı okudu
315 syf.
10/10 puan verdi
Kitab o qədər axıcı idi ki, bütün hadisələri özüm də ordaymış kimi hiss edərək oxudum. Təkcə şəhidimiz Orucovun adından yox, döyüş yoldaşlarının adından da kitabı oxumağımız, eyni hadisəyə bir çox əsgərin gözü ilə baxmağa, onların hazırkı vəziyyətini duymağa kömək edir.
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202014 okunma
"Doğurdan erməni əsgərləri qəhrəmandır? " - " Onlar qəhrəman olsa ,biz sizin əlinizdə girov qalmazdıq!"
Sayfa 173 - QarikKitabı okudu
Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi ,polkovnik - leytenant Raquf Orucov
"Əsl döyüşçünün nəfəsi də ibadətdir!"
Sayfa 57 - Kapitan RəşidovKitabı okudu
Reklam
55 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.