Şərif Ağayar

Şərif AğayarKomandir author
Author
Editor
7.3/10
10 People
58
Reads
6
Likes
1,101
Views

About

Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. Təltifləri 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına[2], 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb. 2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub. Fəaliyyəti 2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub. 2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib. 2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2016-cı ildə "Arzulardan sonrakı şəhər" romanı çap edilib. 2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. Hazırda Kulis.az ədəbiyyat portalında redaktor kimi fəaliyyət göstərir. Yaradıcılığı Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar", "Modern şeirlər" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib. Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır", "Hərbi-siyasi məsələ", "Şeqlov üsulu", "Şəkil", "Qumru", "Babaş" hekayələri, "Kərpickəsən kişinin dastanı" və "Xürrəm" povestləri, "Haramı", "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl" və "Komandir" romanları yeni nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib. Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Vurğun Əyyub, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid, Qismət, Kənan Hacı, Cəlil Cavanşir, Ayxan Ayvaz və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar. Yazıları və əsərləri kulis.az, qafqazinfo.az, qaynar.info, oxuzali.az və digər saytlarda yayımlanıb. Elektron kitabxanalarda hekayələri yerləşdirilib.
Full name:
Ağayarov Şərif Ziyadxan oğlu
Title:
Yazar, Şair
Birth:
Ağbulaq, Laçın rayonu, Azərbaycan, 1 January 1976

Readers

6 readers liked.
58 readers read.
3 readers are reading.
14 readers will read.
1 readers left half.
Reklam

Quotes

See All
Reklam
Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı. Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi. Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdadır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.
Sayfa 107Kitabı okudu
Necə olur olsun uzaqlar darıxdırır adamı dünyanın genişliyi, şəhərlərin böyüklüyü ürəkaçan olmur həmişə
Sayfa 39 - Zero Nəşriyyat
Qocalığın ən axmaq tərəfi budur: keçmişdən başqa heç nəyin olmur.
Sayfa 104 - Qanun NəşriyyatıKitabı okudu
Yaşlı kölələr deyirlər, adamı çox sevəndə sifətini xəyalında canlandıra bilmirsən. Məncə, haqlıdırlar.
Sayfa 113 - Qanun NəşriyyatıKitabı okudu

Updates

See All
Şehitlerimiz Toprağa Değil, Kalplerimize Gömülüyor!
Komandir
Komandir
Reklam
Üzü Şuşaya qılınan namaz
Ayaq altda Azərbaycanın xəritəsi. Üstündə işğal olunmuş bölgələrin, əsir və itkin düşənlərin, şəhid olanların adı yazılmış kağız, onun da üstündə Qarabağdan gətirdiyim balaca bir daş – möhür əvəzi... Göz yaşımla üzümə məsh çəkib üzü Şuşaya dayanıram... İqamə Allah böyükdür vətən bölünməzdir şəhadət verirəm ki Vətən şəriksizdir şəhadət verirəm ki

Comments and Reviews

See All
·
Not rated
·
Liked
Kitabı açıb, 2 səhifə oxudum, sonra öz - özümə də gülümsündüm, həm sevinc idi bu, həm də bir az özümə qarşı hirsim tutmuşdu. Ki niyə bu günə qədər bu kitabı" sabah oxuyaram, sabah oxuyaram" - deyə saxlayırdım. Sevindim, ona görə ki bu qədər "yağlı" boya ilə dolu söz adamlarımız var. Düzü, bundan əvvəl də saytlarda yazarın bir neçə hekayəsini, başqa yazılarını oxumuşdum, amma "Arıların səssizliyi" kitabının ilk hekayəsi olan "Şəkil" qədər məni yazara bağlayan yazı qarşıma çıxmamışdı. Kitaba başlar-başlamaz, 2 səhifəsinə nəzər yetirib, onu təkrar - təkrar oxumaq, təkrar - təkrar yaşamaq hissi bürüdü məni. İlk hekayəni bitirəndən sonra isə gözüm hekayədə öz oğlunu gözləyən babanın zəif gözləriylə uzandığı uzaq çöllərə baxdığı kimi eyni yerə - eskolatorun dayanmadan düşüb - qalxan xətlərinə zilləndi. Ayılanda hekayəni bitirmişdim, həm də bu zəif gözlərlə.
Arıların Səssizliyi
Arıların SəssizliyiŞərif Ağayar · Qanun Nəşriyyatı · 20207 okunma
303 syf.
10/10 puan verdi
·
Liked
Bu kitab mənimçün çox dəyərli kitablardan biridir. Şərif Ağayar da Azərbaycan yazıçılarından sevərək oxuduğum yazıçıdır. Haramı romanı məndə çoxdan olmasına baxmayaraq vaxt tapıb bir neçə ay bundan əvvəl oxudum. Romanı oxuyanlar nə fikirləşir ? Səməndəri kim öldürmüş ola bilər ?
Haramı
HaramıŞərif Ağayar · Qanun Nəşriyyatı · 20111 okunma
Reklam
315 syf.
10/10 puan verdi
·
Liked
"Murov Qartalı" ədəbiyyatda️ Şərif Ağayar "Komandir" 2 il əvvəl çap edilən "Komandir" romanı ilə təəssüf ki, gec rastlaşdım. Əsər 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucova həsr olunmuşdur. Kimdir Raquf Orucov?- "Könül quşu Azərbaycansız bir an olsun qanad çalmayan", ömrünü və canını doğma torpaqları, yurd-yuvasına fəda edən Vətən oğlu! "Komandir"in fərqli üslubu var. Belə ki, müəllif hadisələri Orucovla yanaşı, onun yaxın ətrafının da dilindən nəql edir. Bu yazı üslubu obrazın daxili dünyasını daha yaxşı anlamağa imkan verir. Romanı oxuduğum müddətdə Murov və Fərrux dağları, ətrafdakı kəndlərin ən gözəl mənzərəsi canlanırdı gözlərimin önündə. Eyni zamanda da müharibə adlı faciənin bu gün bir çox insanın görməzdən gəldiyi həqiqi siması... Baş verən hadisələrə sanki birə-bir şahidlik edirdim. Komandirin anasını işğal edilmiş ərazidən çıxaranda, erməniləri əsir götürəndə, cəsarətli və xüsusi xidmətlərinə görə yüksək vəzifə ilə təltif ediləndə, xüsusən də düşmən tankının önünə sinəsini sipər edəndə mən də "orada idim". Cəmi 315 səhifədən ibarət olan bu kitabı oxumaqla kifayətlənməməli, eyni zamanda daha çox insanın xəbərdar olub oxuması üçün təbliğ etməliyik. Ümid edirəm ki, gələcəkdə qəhrəmanlarımızın şücaətlərini bütün dünyaya çatdırmaq, onların xatirəsini əbədiləşdirmək üçün belə kitabların sayı daha çox olacaq.
Komandir
KomandirŞərif Ağayar · CBC Nəşriyyatı · 202013 okunma