Tofiq Mahmud

Uzaqda Ucalan Dağlar yazarı
Yazar
7.5/10
12 Kişi
30
Okunma
1
Beğeni
1.551
Görüntülenme

Hakkında

Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1949-1954). Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış (1954), sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958-1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961). İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Tofiq Mahmud 1997-ci il aprelin 4-də Bakıda vəfat etmişdir. Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir. Kinorejissor Hüseyn Mehdiyevin qardaşı, bəstəkar Azər Hacıəsgərlinin babasıdır.
Tam adı:
Tofiq Mahmud oğlu Mehdiyev
Ünvan:
Azerbaycanlı Yazar, Çevirmen
Doğum:
Şahbuz rayonu, Naxçıvan MSSR, 6 Kasım 1931
Ölüm:
Bakı, 4 Nisan 1997

Okurlar

1 okur beğendi.
30 okur okudu.
1 okur okuyor.
5 okur okuyacak.
2 okur yarım bıraktı.

Okur demografisi

Kadın% 93.3
Erkek% 6.7
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
Bəhruz Kəngərli;
Bu kədərə elə öyrəşmişdi, yəqin ki, onsuz işləyə, fikirləşə, düşünə bilməzdi. Bu, adi, boş, mənasız deyildi, ətraf mühitdən, gördüyü dünyadan insanlardan, özünün həyatla təmasından soğan, göydən yerdən süzülən, qeybdən gələn bir kədər idi, təkcə varlığının dərinliyində qalmırdı, çox zaman zahirində - iri, dəyirmi, qarayanız sifətində də üzə şıxırdı.
1000Kitap
Molladan, axunddan, seyiddən zəndeyi-zəhləm gedir. Onları tanımıram, bir Allahı tanıyıram, oğul, Allahı! Haqq yer üzündə yoxdur, mən haqq-ədalət axtarıram, tapa bilmirəm. Məndən əvvəl yaşayanlar da tapmayıb. Məndən sonra gələnlər də tapmayacaqlar. Çünki yoxdur.
1000Kitap
Reklam
Reklam