Roman XX əsrin əvvəlləri Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının ən önəmli siması, mənzərə və portret janrları ustası Bəhruz Kəngərlinin qısa, lakin rəngarəng həyatına həsr olunub. Əsərdə kifayət qədər mənalı və nisbətən sentimental ömür yaşayan rəssamın yaratdığı yaddaqalan rəsmlərin bəzilərinin tarixçəsi təfərrüatl ilə təsvir edilib.
"Uzaqda ucalan dağlar"ı sənədli roman da hesab etmək olar, belə ki, o dövrün ictimai-siyasi hadisələrinə, eyni zamanda, Əliqulu Qəmküsar, Cəlil Məmmədquluzadə və s. kimi şəxsiyyətlərin həyatına da geniş yer verilib. Roman boyu rəssamın xəfif izlənilən daxili dünyası, ülvi sevgi münasibəti, yaratdığı məşhur rəsmlərin yaranma səbəbləri və regionda dövrünün tanınmış rəssamları ilə görüşləri ustalıqla təsvir olunub.