Vərağa Almasov

İmam Hüseyn aşiqi Füzuli yazarı
Yazar
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
79
Görüntülenme

Vərağa Almasov Gönderileri

Vərağa Almasov kitaplarını, Vərağa Almasov sözleri ve alıntılarını, Vərağa Almasov yazarlarını, Vərağa Almasov yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Musa Peyğəmbərin 9 möcüzəsinin olması Qurani-Kərimdə xəbər verilmişdir (“Nəml”, 12; “İsra”, 101). 1) Əsa; 2) Günəş kimi parlayan yəde-beyza; 3) Çəyirtkə və digər həşərat; 4) Qurbağa; 5) Qan; 6) Qıtlıq; 7) Daşların arasından fəvvarə vurub çıxan su; 8) Dənizin yarılması; 9) Tur dağının qaldırılıb İsrail oğullarının başlarının üstündə saxlanılması.
Sayfa 49 - BestpackKitabı yarım bıraktı
“Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir, nəfsi hər şeydən xardır (təvazökarlığı çoxdur); itaətsizlikdən zəhləsi gedir, riza və gözəgirənliyə nifrət edir. Kədəri uzun, səy və təlaşı yüksəkdir. Dinməzliyi çox, vaxtı (itaət və bəndəliyə) məşğul, ağlına şükür edən və (bəla və çətinliklərdə) çox səbirlidir”
Sayfa 42 - İmam Əli (ə.)Kitabı yarım bıraktı
Reklam
Sabəra, sabran – bir şəxsi bir şeydən uzaqlaşdırmaq. Sabəra, sabran sabəratan bihi – vəkil olmaq, vəkil vermək. Əsbəra – yeməyin acılaşması. Sabbəra – səbrə dəvət etmək, səbirdə üstün gəlmək; özünü səbir etməyə məcbur etmək; hər hansı bir işdə məsafənin üzə çıxması; toplanmaq
Sayfa 40 - BestpackKitabı yarım bıraktı
Əl-Bəğavinin (ölümü h.-q. 516/m.1122) rəvayətinə görə, Həzrət Əli belə buyurur: “Allahın Kitabındakı ən fəzilətli ayəni sizə xəbər verimmi? O ayəni Peyğəmbər mənə söylədi və buyurdu ki, “başınıza gələn müsibətlər öz əllərinizlə qazandığınız əməllər üzündəndir. Allah isə günahlarınızın çoxunu bağışlayır” ayəsidir. Ya Əli, gəl həmin ayəni sənin üçün təfsir edim: “Sizə dünyada xəstəlik, cəza, bəla və bunun kimi digər şeylər - sizə çatan müsibətlər yalnız öz əməllərinizin qazandığı günahlar ucbatındandır. Allah dünyada cəzasını verdiyi günaha axirətdə ikinci dəfə cəza verməz, O, çox Kərimdir; dünyada əfv etdiyi bir günaha axirətdə cəza verməz, O, çox Həlimdir”. Həsən Bəsri danı
Sayfa 36 - BestpackKitabı yarım bıraktı
Səd ibn Əbu Vəqqasdan (ölümü h.-q. 55/m. 674) gətirilən hədis səciyyəvidir: “Peyğəmbər bir gün Aliyə adlanan Mədinənin yüksək tərəflərindəki kəndlərdən gəldi. Müaviyə oğulları məscidinə gedib içəri girdi və orada iki rükət namaz qıldı. Biz də onunla birlikdə namaz qıldıq. Peyğəmbər Allaha bir xeyli dua etdi. Sonra bizə sarı çevrildi və belə buyurdu: “Mən Rəbbimdən üç şey istədim. Onların ikisini mənə verdi, ancaq birini mənə qadağan etdi. Mən Rəbbimdən ümmətimi qıtlıqla həlak etməməsini istədim. Rəbbim bunu mənə ehsan buyurdu. Mən ondan ümmətimi suda boğmaqla həlak etməməsini istədim, Rəbbim mənə bunu da verdi. Mən Rəbbimdən ümmətimin arasında fikir ayrılığına düşərək müharibə baş verməməsini istədim, ancaq Rəbbim mənim bu istəyimi qəbul etmədi”
Sayfa 33 - BestpackKitabı yarım bıraktı
Mömini kədərləndirən hər şey müsibət sayılır. Yanan şam söndükdə Peyğəmbərimiz istirca etmiş, yəni “İnna li-l-lahi və inna ileyhi raciun” (“Biz Allahın bəndəsiyik və yenə Ona sarı qayıdacağıq”) (“Bəqərə”, 156) söyləmişdir. Bundan sonra ondan “Məgər bu bir müsibətdirmi ki, istirca etdiniz?” - deyə soruşulmuş, o da “Bəli, mömini kədərləndirən və ona əziyyət verən hər şey müsibətdir” buyurmuşdur.
Sayfa 32 - BestpackKitabı yarım bıraktı
Reklam
İmam Hüseyn (ə) elə başlanğıcda Mədinəni məhz “yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək” şüarı ilə tərk etmişdi. Deməli, məsələ təkcə bu deyildi ki, Yezid hökuməti İmam Hüseyndən (ə) beyət tələb etmiş və o da qiyam etmişdi. Xeyr, əgər İmam Hüseyndən (ə) beyət istənilməsəydi belə, o, yenə qiyam edəcəkdi.
Sayfa 14 - BestpackKitabı yarım bıraktı
Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyinə qarşı çıxan İmam Hüseyn (ə), sözsüz ki, beyət etməkdən imtina edir. Çünki Yezidə beyət etmək təkcə onun kimi alçaq və ləyaqətsiz birinin hakimiyyətini tanımaq deyildi, həm də Müaviyənin İslam xilafətində yaratdığı bidəti və yeniliyi – şahənşahlıq rejimini təsdiqləmək demək idi.
Sayfa 12 - BestpackKitabı yarım bıraktı
Üçüncü məsum İmam Hüseyn ibn Əli (ə) hicri-qəməri 4-cü ildə şaban ayının 3-ü (və ya 4-ü) Mədinə şəhərində dünyaya göz açmışdır. Atası Həzrət Əli ibn Əbu Talib (ə) və anası Həzrət Peyğəmbərin (s) qızı xanım Fatimeyi-Zəhradır (s.ə). O, bu səadətli ailənin ikinci övladı olmuşdur. Məşhur ləqəbi Seyyidü-ş-şühəda və künyəsi Əba Əbdillahdır. Həyatı boyu zülm və haqsızlığa qarşı mübarizə aparan İmam Hüseyn ibn Əli (ə) şücaət və azad insan örnəyi kimi tanınmaqdadır. Hüseyn ibn Əli (ə) uşaqlıq çağlarını babası Peyğəmbərin (s) ağuşunda keçirmiş və 6 yaşında ikən babası vəfat etmişdir. Yeniyetməlik və gənclik illəri atası Həzrət Əlinin (ə) 25 il “sükut” və 5 il xəlifəlik dövrünə təsadüf etmişdir. O, atasının xəlifəliyi dövründə qarşıya çıxan çətinliklərin həllində fəal iştirak etmişdir. Atasının vəfatından sonra (hicri-qəməri 40-cı il) qardaşı Həsən ibn Əlinin (ə) imamlığı dövründə siyasi və ictimai səhnələrdə onunla çiyin-çiyinə fəaliyyət göstərmiş, mübarizə aparmışdır. Qardaşı İmam Həsənin (ə) vəfatından sonra (hicri 50-ci il) imam olan Hüseyn ibn Əli (ə) on il müddətində Müaviyə ibn Əbu Süfyanın qəsbkar hakimiyyətinə qarşı mübarizə aparmış və Müaviyənin ölümündən sonrahakimiyyət başına gələn Yezid ibn Müaviyəyə qarşı qiyam edərək hicri-qəməri 61-ci il məhərrəm ayının 10-da Kərbəla çölündə şəhid edilmişdir.
Sayfa 10 - BestpackKitabı yarım bıraktı
“Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmaya? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar” (Edvard Braun – tarixçi). Yaxud: “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz” (Marbini – şərqşünas-alman fi losofu). Yaxud: “Mən İmam Hüseynin (ə) – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolu ilə getsin” (Mahatma Qandi – Hindistan dövlət xadimi).
Sayfa 6 - BestpackKitabı yarım bıraktı
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.