Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəlil Rza Ulutürk

Xəlil Rza UlutürkSeçilmiş Əsərləri 1.Cild yazarı
Yazar
Çevirmen
8.0/10
13 Kişi
42
Okunma
35
Beğeni
2.404
Görüntülenme

Xəlil Rza Ulutürk Gönderileri

Xəlil Rza Ulutürk kitaplarını, Xəlil Rza Ulutürk sözleri ve alıntılarını, Xəlil Rza Ulutürk yazarlarını, Xəlil Rza Ulutürk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Afrikanın səsi
Azadlığı istəmirəm zərrə-zərrə,qram-qram: Qolumdakı zəncirləri qıram gərək! Qıram! Qıram! Azadlığı istəmirəm bir həb kimi, dərman kimi; İstəyirəm Günəş kimi!!! Səma kimi!!! Cahan kimi!!!
Sağlıq- Yaxud Vəsiyyət
...Ancaq mən ölsəm belə, Ölməz ürəyimdəki həsrət, hicran yarası.
Reklam
Silahlan!
Yox...sən ölməməlisən! Hələ ki, gedib-gələn nəfəsinlə silahlan! Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!
O qızın dedikləri
Bir çeşmə gördük ki, dupduru, qaynar. Dedi: –Hansı qoca bundan doyunca İçsə, on beş yaşlı bir oğlan olar. Baxdım, xeyli baxdım o göyçək qıza, Düşündüm: insafsız, heç demirsən bəs Dünyada kim sənin sevgilin olsa, Bütün ömrü boyu qocalmaq bilməz.
Mənim qanadlarım - nifrət, məhəbbət Bu iki qaynaqdan könlüm rəng alır, Ucalıq görəndə əyilən başım Alçaqlıq görəndə kinlə ucalır.
Davam edir 37
Bu dünyada otun, suyun, torpağın da yaddaşı var. Sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var.
Reklam
Ona dedim: - Gözal qız, nə qəşəng gözlərin var O gözlərlə aləmə șərik baxsaq, nə olar? Dedi: - Mənim öylə bir gözəl yarım var ki, bil: Onun tamaşasına iki göz də bəs deyil.
ALDANMAYAQ!
Dünən mənə zərbə vuran bu gün məni salamladı. Bıçağı vuran əlləri ilə məlhəm qoydu, sığalladı. Aldanmayaq! Gədaların min üzü, min canu vardir. Üzdən quzu görünsə də içəridən canavardır!
Tanrının qələmi səni əzəldən Bu mavi gümbəzin bəxtinə yazdı. Bəlkə ayla günəş qoşa da çıxsa, Sənsiz bu kainat işıqlanmazdı.
Zər şüalar darağındı, göy qurşağı qolbağındı. Bağban gülün, gül bağındı, mən səninəm, sən mənimsən. Dağ selindi, sel dağındı, gözüm bir cüt çırağındı. Kim deyir can torpağındı, mən səninəm, sən mənimsən. Qumru kimi ötənimsən, çəmən kimi bitənimsən. Addımlayan Vətənimsən, mən səninəm, sən mənimsən.✨
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
327 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.