Xəlil Rza Ulutürk

Seçilmiş Əsərləri 1.Cild yazarı
Yazar
Çevirmen
8.0/10
13 Kişi
43
Okunma
35
Beğeni
2.474
Görüntülenme

Xəlil Rza Ulutürk Gönderileri

Xəlil Rza Ulutürk kitaplarını, Xəlil Rza Ulutürk sözleri ve alıntılarını, Xəlil Rza Ulutürk yazarlarını, Xəlil Rza Ulutürk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ona dedim: - Gözal qız, nə qəşəng gözlərin var O gözlərlə aləmə șərik baxsaq, nə olar? Dedi: - Mənim öylə bir gözəl yarım var ki, bil: Onun tamaşasına iki göz də bəs deyil.
ALDANMAYAQ!
Dünən mənə zərbə vuran bu gün məni salamladı. Bıçağı vuran əlləri ilə məlhəm qoydu, sığalladı. Aldanmayaq! Gədaların min üzü, min canu vardir. Üzdən quzu görünsə də içəridən canavardır!
Reklam
Tanrının qələmi səni əzəldən Bu mavi gümbəzin bəxtinə yazdı. Bəlkə ayla günəş qoşa da çıxsa, Sənsiz bu kainat işıqlanmazdı.
Zər şüalar darağındı, göy qurşağı qolbağındı. Bağban gülün, gül bağındı, mən səninəm, sən mənimsən. Dağ selindi, sel dağındı, gözüm bir cüt çırağındı. Kim deyir can torpağındı, mən səninəm, sən mənimsən. Qumru kimi ötənimsən, çəmən kimi bitənimsən. Addımlayan Vətənimsən, mən səninəm, sən mənimsən.✨
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
21 Fevral Beynəlxalq Ana Dili Günüdür!
Kim qoruya bilmirsə öz yurdunu, yuvasını, udmasın yurd havasını. Kim qorumur öz dilini, itsin mənim gözlərimdən ilim-ilim, O sahili bu sahillə birləşdirən ulu körpüm, qılıncımdır, günəşimdir mənim dilim!❤️
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
"Ən parlaq incilər dərin dəryada, Ən zərif çiçəklər dağ başındadır."
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
Reklam
276 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.