Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yunus Oğuz

Yunus OğuzSultan Alparslan yazarı
Yazar
10.0/10
2 Kişi
27
Okunma
5
Beğeni
698
Görüntülenme

Yunus Oğuz Sözleri ve Alıntıları

Yunus Oğuz sözleri ve alıntılarını, Yunus Oğuz kitap alıntılarını, Yunus Oğuz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Aşiq olmuşam...özümü didib dağıdıram ki ,bu sevdanı özümdən uzaqlaşdırım ancaq alınmır.
Müqəddəs Azərbaycan torpaqlarından ayrılmaq heç bir oğuz türkünün heç zaman ürəyincə olmayıb. Bu torpağın Vətən cazibəsi adlı qüvvənin mövcud olduğunu və digər yerlərə məxsus Vətən hissindən daha qüvvətli olmasını Oğuz dədələr də təsdiq edirdi. Buranı özünə Vətən hesab edən şəxs milliyətindən və dinindən asılı olmadan, bir müddət burada yaşadıqdan sonra zahirən də yerli sakinlərə oxşamağa başlayırdı. Sultan Alp Arslan artıq özünü təkcə oğuz-səlcuq türkü deyil, həm də əsil oğuz -azərbaycanlı hesab etməyə başlamışdı.
Reklam
#azərbaycanəsgəri "Güllə dəyir, ayağa qalxıb döyüşə gedir,yoldaşı yaralandiqda ,onu çiyninə alır,yoluna davam edirdi " .
Həyat boyu gördüyü ən böyük cadu, ən güclü tilsim, ən qüvvətli sehr məhəbbət imiş.
Oğuzlar həm də başqalarına qarşı dözümlülükdə fərqlənirdilər. Sultana Surə xanın şərəfinə salınmış bir ulusda hətta xristian, bütpərəst, atəşpərəst və müsəlman ailələrinin yanaşı, mehriban yaşadıqlarını, zaman keçdikcə digərlərinin də İslamı qəbul etdiklərini danışmışdılar. Buraların müsəlmanları da digər ulusların müsəlmanlarından fərqlənirdilər. Onlar daha səmimi, daha imanlı və etiqadlı idilər. Əhli-Beyt adlanan Peyğəmbər (s.) ailəsinə rəğbət və məhəbbət bura müsəlmanlarının etiqadından daha güclü idi və hətta imandan eşq səviyyəsinə qalxmışdı.
Hədisdə deyilir : "Bir kimsə dünyanın keçici olduğunu bildiyi halda ondan uzaq durmasa nə mən ondanam ,nə də o məndəndir"
Reklam
"Qorxmaz adamlar həmişə düşünmədən ölürlər "
"Ömər, mən gedirəm. Elə bir yeri ələ keçirəcəm ki, çoxları mənim əmrimlə qətlə yetiriləcəklər, o cümlədən də baş vəzir. Ancaq siz məni bir daha görməyəcəksiniz". (Həsən Səbbah)
Sübh namazı çox qüdrətli kişilərin ən zəif məqamı olmuşdu. O vaxt sübh namazına İmam Əli ibn Əbutalib də tələsirdi, qatil Əbdürrəhman Mülcəm də! İkisi də cənnətə qovuşmağa can atırdı, biri Allaha ibadəti, o birisi törədəcəyi qətllə! İndi də eyni vəziyyət idi; tarix təkrar olurdu. O vaxt öz arzusuna hansı biri daha tez qovuşmuşdu?..
Sonra o, Usta Muradın başa düşmədiyi bir söz söylədi: - "Qırxın cəmi birdir, cəmin biri qırxdır". -Bir neçə yüz il keçəcək, Şeyx Firuz şahın nəsli böyük bir təriqətin - Səfəvi təriqətinin əsasını qoyacaq. Buna hazır olmaq lazımdır. Buna arxa-dayaq olmaq gərəkdir.
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.