Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yunus Oğuz

Yunus OğuzSultan Alparslan yazarı
Yazar
10.0/10
2 Kişi
27
Okunma
5
Beğeni
699
Görüntülenme

Yunus Oğuz Gönderileri

Yunus Oğuz kitaplarını, Yunus Oğuz sözleri ve alıntılarını, Yunus Oğuz yazarlarını, Yunus Oğuz yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
304 syf.
10/10 puan verdi
·
3 günde okudu
Şübhəsiz, qadınlar tarixin gedişinə təsirsiz qalmayıblar....
Yunus Oğuz
Yunus Oğuz
oxuduğum üçüncü əsəridir. (
Cığır
Cığır
,
Səfəvi Şeyxi
Səfəvi Şeyxi
) Demək olar ki , əsərlərinin dili çox rəvan, axıcı və səlisdir. Əsər XVI- XVII əsrlərdə Səfəvi dövlətində hakimiyyətdə olan- Şah I Təhmasib, Şah II Ismayıl və Məhəmməd Xudabəndadan gedir . Xeyrənisə( Məhdi Ülya) farsdır və türklərdən nifrət edir . O siyasət gərəyi Mirzə Məhəmmədlə
Şah Arvadı və Cadugər
Şah Arvadı və CadugərYunus Oğuz · Ol · 20131 okunma
Həyat boyu gördüyü ən böyük cadu, ən güclü tilsim, ən qüvvətli sehr məhəbbət imiş.
Reklam
Hədisdə deyilir : "Bir kimsə dünyanın keçici olduğunu bildiyi halda ondan uzaq durmasa nə mən ondanam ,nə də o məndəndir"
Aşiq olmuşam...özümü didib dağıdıram ki ,bu sevdanı özümdən uzaqlaşdırım ancaq alınmır.
"Qorxmaz adamlar həmişə düşünmədən ölürlər "
Müharibə davam edirdi. Müharibədə itkilərin olmasını normal qəbul edirdilər. Hətta elə valideyn vardı ki ,şəhid balasının cənazəsi gələndə qurban kəsirdi. Ona görə ki,şəhidin qəbri gözü qabağında olacaqdı. Bu ,sevincilə, kədərilə ,qəmilə ,qüruru ilə Vətən müharibəsi idi.....
Reklam
#azərbaycanəsgəri "Güllə dəyir, ayağa qalxıb döyüşə gedir,yoldaşı yaralandiqda ,onu çiyninə alır,yoluna davam edirdi " .
256 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Qarabağ Azərbaycandır!
Romanda Azərbaycanın üç dövrünü - XVIII əsr, XX əsrin 90- ci illəri və XXI əsri əhatə edir . Əsəri oxuduqca baş verən hadisələr gözümün qabağından keçdi. Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi bütün gerçəkliyi ilə qələmə alınıb Əsərdə Azərbaycanın Milli Qəhramanı, General - mayor Həşimov Polad yad edilir və onun vətənpərvərliyi ,ailə canlılığı əsasda bir hərbçi kimi göstərdiyi şücaəti, əsgərləri ilə mehriban rəftarı təsvir edilib . Generalın və 11 hərbçinin şəhid olması müharibə qığılcımlarıni daha da artırdı. Çünki xalq artıq qisas istəyirdi, erməni millətindən 30 illik həsrəti, acını, vəhşiliyin əvəzini çıxmağın vaxtını yetişdiyini bilirdilər. Ali Baş komandanın bir əmri xalqı həmrəy etdi hər kəs öz fərdi qayğılarını unutdu, əlindən nə gəlirdisə orduya yardım etdi . Kimisi pensiyasını, kimisi corab toxuyub, kimisi də könüllü olaraq döyüşlərə yollanmaqla bu öhdəliyini yerinə yetirdi . Müharibə bizim içimizdəki əsrlərlə yatan Xətayinin gücünü ,Rəsulzadənin ruhunu və milli birliyimizi ortaya çıxardı . Bizi 44 günün hər günü zəfərə addım-addım yaxınlaşdıran ruhları artiq rahat və şad olan şəhidlərimiz, caninin yarısını vətənə feda verən qazilərimiz,igid,ər əsgərlərimiz oldu . Şuşa " CIĞIRI " Zəfər yoluna çevrildi
Cığır
CığırYunus Oğuz · Korkut Yayınları · 20221 okunma
512 syf.
·
Puan vermedi
Yunus Oğuz-Nadir Şah
Çobanlıqdan sərkərdəliyə ordan da hökümdarlığa uzanan bir həyat. Şah şərqin son böyük fatehidir. Nadir hərb sənətini anasının bətnində öyrənmişdi sanki. Hec bir hərbi təhsil almadan bu qədər uğur qazanmaq tarixdə nadir görülən hadisələrdəndir. Şahımız adının haqqını verir. İndi isə qısa olaraq Şahın etdiklərini yazmaq istəyirəm. Nadir sərkərdə olduqda ölkə hər tərəfdən işğal edilmişdi. Əfqanlar osmanlılar və ruslar ölkəni işğal etmişdilər. Son hökmdar Hüseyn əfqanlar tərəfindən qaçırılmışdı. Azərbaycanı osmanlilar, Xəzər sahili əraziləri isə ruslar işğal etmişdi. Nadir bütün rəqiblərini məğlub edib onları ölkeden qovdu. 1736-cı ildə Suqovuşanda qurultayda özünü Şah elan etti. Növbəti hədəfi Moğol imperyası oldu. Hindistan səfərindən çox böyük sərvətlə geri döndü. Qələbələrin ard arda düzülməsinə baxmıyaraq ölkədə üsyanlar bitmirdi. Hətta üsyanların birində Nadirin qardaşı İbrahimdə qətlə yetirildi. Üsyançılar İbrahimin cəsədini məzardan çıxardıb ağacdan asıdılar, Onu da ağacla bərabər yandırdılar. Nəhayət 1747-ci ildə Nadir öz sərkərdələri tərəfindəh qətlə yetirilir. Beləcə tarixin gördüyü ən böyük cahangirlərdən biri həyata gözlərini yumdu. Kitab dediyim hadisələrin romanlaşdırılmış halıdır. 585 səhfə olmağına baxmayaraq kitabı əlinizdən yerə qoymayacaqsınız. İndidən hərkəsə xoş oxumalar.
Nadir Şah
Nadir ŞahYunus Oğuz · İleri Yayınları · 20106 okunma
Dedem derdi üç türlü zurna çalan var biri öyle çalar öbürü böyle çalar üçüncüsü öyle böyle çalar
Sayfa 208Kitabı okudu
23 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.