Yunus Oğuz

Sultan Alparslan yazarı
Yazar
10.0/10
2 Kişi
28
Okunma
5
Beğeni
735
Görüntülenme

En Eski Yunus Oğuz Sözleri ve Alıntıları

En Eski Yunus Oğuz sözleri ve alıntılarını, en eski Yunus Oğuz kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Oğuz elində, ələlxüsus da səlcuqlarda dəmir bir qayda vardı: ulusun gələcəyi üçün ən çox inanılmışlardan kiməsə gizli tapşırıq verilirdi. Bu ali tapşırıq əslində bir vəzifə idi. Bu vəzifə, bu görəv həmin adamı el-obada şərafətləndirir, bəy oğullarından da üstün səviyyəyə qaldırırdı. Oğuz elin də belə adamlar hətta müqəddəs də sayılırdı. Bu, türk ulusunun yazılmamış qaydalarından biri idi. Hər kəs bu qaydaların gücü, təsiri altında idi.
Türklər İslam dinini təktanrıçılığa görə qəbul etmişdilər. Anadolu və Qafqazda yaşayan türklər bu dinin məxsusi olaraq onlar üçün göndərildiyi fikrindəydilər. İslamı gətirən və yayanlar ərəblər idi, ona daha böyük inam və etibar isə türklərdən gəlirdi. Bu din ərəb üçün yeni idisə də, türk-əcəm üçün doğma idi: "Müsəlman olmaq təktanrıçılıq deməkdir".
Reklam
Türklər həm də özlərinin milli adətlərini yaşadırdılar. İslama daha sadiq müsəlmanlar İlahi eşqin təcəlla etdiyi bütün varlıqları, xüsusən də Peyğəmbər (s.) ailəsini Əhli-Beytdən olan şəxsiyyətləri digər din xadimlərindən daha uca tutur, məzari-şərifini ziyarətgah hesab edir, oğuz türkləri isə hələ də İslama bu qədər yaxın dan və dərindən tapına bilmirdilər. Onlar özləri nə od, günəş, ağac, su və başqa nəsnələri sitayiş yeri kimi qəbul etməkdə davam edirdilər. Türklər hətta sultana, xana Tanrının elçisi kimi baxır, bir sıra fərqli və üstün məziyyətlərini nə zərə alaraq onları ulusu idarə etmək üçün SEÇİLMIŞlərdən hesab edirdilər...
Sonra o, Usta Muradın başa düşmədiyi bir söz söylədi: - "Qırxın cəmi birdir, cəmin biri qırxdır". -Bir neçə yüz il keçəcək, Şeyx Firuz şahın nəsli böyük bir təriqətin - Səfəvi təriqətinin əsasını qoyacaq. Buna hazır olmaq lazımdır. Buna arxa-dayaq olmaq gərəkdir.
Sübh namazı çox qüdrətli kişilərin ən zəif məqamı olmuşdu. O vaxt sübh namazına İmam Əli ibn Əbutalib də tələsirdi, qatil Əbdürrəhman Mülcəm də! İkisi də cənnətə qovuşmağa can atırdı, biri Allaha ibadəti, o birisi törədəcəyi qətllə! İndi də eyni vəziyyət idi; tarix təkrar olurdu. O vaxt öz arzusuna hansı biri daha tez qovuşmuşdu?..
Türklər tarix yaradırdı, amma təəssüf ki, onu başqaları yazırdı.
Reklam
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.