Yunus Oğuz

Sultan Alparslan yazarı
Yazar
10.0/10
2 Kişi
28
Okunma
5
Beğeni
737
Görüntülenme

Yunus Oğuz Sözleri ve Alıntıları

Yunus Oğuz sözleri ve alıntılarını, Yunus Oğuz kitap alıntılarını, Yunus Oğuz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Ömər, mən gedirəm. Elə bir yeri ələ keçirəcəm ki, çoxları mənim əmrimlə qətlə yetiriləcəklər, o cümlədən də baş vəzir. Ancaq siz məni bir daha görməyəcəksiniz". (Həsən Səbbah)
Sübh namazı çox qüdrətli kişilərin ən zəif məqamı olmuşdu. O vaxt sübh namazına İmam Əli ibn Əbutalib də tələsirdi, qatil Əbdürrəhman Mülcəm də! İkisi də cənnətə qovuşmağa can atırdı, biri Allaha ibadəti, o birisi törədəcəyi qətllə! İndi də eyni vəziyyət idi; tarix təkrar olurdu. O vaxt öz arzusuna hansı biri daha tez qovuşmuşdu?..
Reklam
Sonra o, Usta Muradın başa düşmədiyi bir söz söylədi: - "Qırxın cəmi birdir, cəmin biri qırxdır". -Bir neçə yüz il keçəcək, Şeyx Firuz şahın nəsli böyük bir təriqətin - Səfəvi təriqətinin əsasını qoyacaq. Buna hazır olmaq lazımdır. Buna arxa-dayaq olmaq gərəkdir.
Xaşxaşilərin qəribə yaranma tarixi vardı. Səkkizinci yüzilliyin ortalarında şiələr iki hissəyə bölünmüşdü. Bir tərəf yeddinci imam Museyi Kazıma beyət gətirsə də, digər tərəf onun qardaşı Muhəmməd ibn İsmayılı imamət başında duran şəxs kimi tanıdı. Buradan da İsmayılin tərəfdarlarını ismaililər adlandırdılar. Fikirlərini başqalarına təlqin edib həyata keçirmək üçün xaşxaşdan, tiryəkdən, həşişdən istifadə etdiklərinə görə onlara xaşxaşilər adı verildi. Güclü təqib olunduqları üçün möhkəm və gizli təşkilat yaratmış, çox qısa müddətdə Orta Asiyadan tutmuş Xorasana, Azərbaycana qədər yayılmışdılar.
Oğuz elində, ələlxüsus da səlcuqlarda dəmir bir qayda vardı: ulusun gələcəyi üçün ən çox inanılmışlardan kiməsə gizli tapşırıq verilirdi. Bu ali tapşırıq əslində bir vəzifə idi. Bu vəzifə, bu görəv həmin adamı el-obada şərafətləndirir, bəy oğullarından da üstün səviyyəyə qaldırırdı. Oğuz elin də belə adamlar hətta müqəddəs də sayılırdı. Bu, türk ulusunun yazılmamış qaydalarından biri idi. Hər kəs bu qaydaların gücü, təsiri altında idi.
Türklər tarix yaradırdı, amma təəssüf ki, onu başqaları yazırdı.
Reklam
22 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.