Əyyub Qiyas

Əyyub Qiyas

Çevirmen
7.4/10
5 Kişi
·
Okunma
·
0
Beğeni
·
25
Gösterim
Adı:
Əyyub Qiyas
Tam adı:
Abasov Əyyub Qiyas oğlu
Unvan:
Azeri Şair, Tercüman, Oyun Yazarı
Doğum:
Lənkəran, Azərbaycan SSR, 14 Aralık 1968
Əyyub Qiyas 1968-ci il dekabrın 14-də Lənkəran şəhərində anadan olub. Ailəlikcə Sumqayıt şəhərinə köçdüklərindən orta təhsilini 1986-cı ildə burada başa vurub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində təhsilini davam etdirib (1986-1990). 1991-1993-cü illərdə Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kursunda Yuri Nikolayeviç Arabovun sinfində qiyabi təhsil alıb. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi asipranturasında təhsilini davam etdirib. "Azərbaycan televiziya tamaşaları" mövzusunda tədqiqat üzərində çalışır.

Sumqayıtda kimyaçıların Səməd Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru (1988-1990), "Cığırdaş" gənclik mərkəzi yaradıcı gənclərin teatr birliyinin direktoru (1990-1991), "168 saat" qəzetinin baş redaktorunun müavini (1991-1992), "Xəzər" jurnalının redaktoru (1992-1993) olub.

Azərbmətbuatyayımı İB-nin Sumqayıt şəhərində fəaliyyət göstərən "Ziya" mətbuat yayımı agentliyində direktor vəzifəsində çalışıb (1993-1997-ci illər). Sumqayıtdakı "İnter-Press" mətbuat ticarət şirkətinin təsisçisi və icraçı direktoru olub (1997-2012). "Sahilsiz dəniz" dərgisinin baş redaktorudur (2004), "Ulduz" (2004-2014) və "Ulu çinar" (2011-2012), "Qobustan" (2014)dərgilərinin redaksiya heyətinin və AYB gənclər şurasının (2004-2014) üzvü, Prezident təqaüdçüsüdür.

Bədii yaradıcılığa 1990-cı illərdən başlayıb. "Mən bir sapand daşıyam ki..." (şeirlər), "Qarışqa" (povest və hekayələr) kitabları nəşr olunub (1996). Bədii tərcümələrini qəzet və jurnallarda çap etdirib.

2016-cı ilin may ayından 2017-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Tərcümə mərkəzində və "Xəzər" dərgisində redaktor işləyib. 2017-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına qədər "Qanun" nəşriyyatında redaktor olub.

"Qara işıq" omanı 2004-cü ildə "İlin romanı" ədəbi kulturoloji mükafata layiq görülüb. "Ədəbiyyat" qəzetində gedən "Ədəbiyyat üzrə Nobel mükafatçıları" silsiləsindən olan tərcümələrinə görə 2016-cı ildə Əlibəy Hüseynzadə mükafatına, Belorus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanının tərcüməsinə görə 2017 -ci ildə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.
  • 400 syf.
    ·7 günde·Beğendi·Puan vermedi
    QADIN - yenicə doğduğu körpəsini əlləri ilə suda boğmağa məcbur qalan, 3 il-4 il kişi tumanı geyinmək məcburiyyətində olan, çəkisi 40 kilo ikən 80 kiloluq yaralı əsgəri güllə yağışından sürüyərək çıxardan, tibbi bintlərdən özünə gəlinlik donu hazırlayan, illərlə bioloji dövriyyəsi dayanan qadın..

    Bu kitabı müharibə ərəfəsində oxumaq mənə son dərəcə ağrılı təsir etdi. Hər səhifəsi, az qala hər sətri olduqca ağır irəliləyir. Kitabda müharibənin vəhşətini, vahiməsini, kədərini, qorxusunu iliklərinə kimi hiss edərək yaşayan İkinci Dünya Müharibəsinin "qəhrəman" döyüşçüləri - "qadın" döyüşçülərinin dilindən həyatlarına ömürlük iz salan acı xatirələri qeyd olunub. Onların 4 il sürən müharibədən sağ qayıtmaları xoşbəxtlik hesab olunur. Əslində isə onların xoşbəxtliyi çox-çox erkən sona yetmişdi. Hələ 16-17 yaşlarında ikən.. Gəncliyə hələ qədəm qoymamışkən.. Bir gecədə saçları ağaran 19 yaşlı qızcığaz düşünün.. O artıq yaşlı idi..

    Kitabı oxuduğum müddət ərzində bir-iki gecə yuxularımı qarışdırdım, onlar hələ də yuxudan soyuq tər içində oyanırlar.. Oxuduqlarım günlərlə ağlımdan çıxmırdı, onlar isə müharibəni bir gün belə unutmayıblar. Üzərindən 40 il ötsə belə..

    Onlar danışdı, mən isə dinlədim. Əmin oldum ki, müharibə nə kitablarda yazılanlar nə də filmlərdə çəkilənlər kimi deyil. Əsl müharibə bizim görmədiyimiz - pərdə arxası səhnələrdən ibarətdir. O pərdənin arxasında hər kəs əzab çəkir, hətta heyvanlar, quşlar, ağaclar belə..

    Düşünürəm ki, yer üzündə minlərlə müsibətlər, insan faciələri, müharibələr baş verir. Lakin insanoğlu bir-birinin ətini yeməkdən, öldürməkdən, baş kəsməkdən, işgəncə verməkdən əl çəkmir. Nifrət hissi sevgini, mərhəməti üstələyir.. Elə kitabın son səhifələrində yazıldığı kimi: "Deyirdik ki, müharibədən sonra adamlar necə də xoşbəxt olacaq! Bu qədər əzabın, məşəqqətin içindən keçən adamlar bir-birinə hörmət edəcəklər, sevəcəklər. Ah mənim gözəl qızım... İnsanlar yenə əvvəlki kimi bir-birinə nifrət edir. Yenə öldürür. Bax, bunu başa düşə bilmirəm... Kimdir onlar? Biz... Bizik..."
  • 844 syf.
    ·6 günde·Beğendi·8/10
    Doktor Jivago'yu, İtalo Calvino'nun Klasikleri Niçin Okumalıyız? kitabındaki bölümüyle tanıdım. Bilahassa Calvino'nun canlı üslubu kitabı almamdaki başlıca unsurdu.

    Çoğu defa Boris Pasternak'ın bu romanıyla XIX. yüzyıl Rus romanını yakaladığını ifade ederler ancak sakın bu beklentiyle kitaba yaklaşmayın zira bahsedilen dönem ve bahsedilen isimler bir daha asla yakalanamayacak kalibredeydiler. Onun haricinde roman 1905-1930 arası Rusya'sını anlatan mühim bir roman. Okurken 1905 ihtilali, 1. Dünya Savaşı ve Ekim Devrimi'nin özelde Rus kibar takımını genelde avam halkı nasıl yerle yeksan ettiğine şahit oluyoruz. Jivago, modern dönem klasikleri için bir başyapıt kabul edilebilir.

Yazarın biyografisi