Yeter

Yeter
@yeter269
Software developer
ASOIU
Baku
26 Eylül
13 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Hüzur
Sən elə bilirsən ki, daxili hüzur yalnız sakitlikdə tapılır... amma hüzur elə bir haldır ki, səssiz otaqda deyil, ən çox səni sınayan anlarda ortaya çıxır. Hüzur - hər şey yolunda olanda yaşanan yumşaq bir duyğu deyil. Hüzur - içində tufan qopsa da, nəfəsini itirmədən öz mərkəzində qala bilmə gücüdür. Səni əsəbləşdirən insanlar, gecə yarısı gəlib çatan qorxular, gözləmədiyin xəyanətlər və həyatın yumruqları... Hüzur onların yoxluğunda yox, onların içindən keçərkən yıxılmamağı öyrəndiyində yaranır. Sən elə bilirsən ki, hüzur hər şeyin aydın olduğu bir andır... amma əslində hüzur - cavabların olmadığı, amma yenə də içinlə barışıq olduğun andır. İçindəki suallar səni boğmur artıq; sən onlarla birgə nəfəs almağı öyrənirsən. Hüzur - duyğuların səni idarə etməni dayandırdığı, keçmişi çəkib-çevirmədiyin, gələcəyi zorla həll etməyə çalışmadığın, özünlə bəslədiyin sakit dostluqdur. Sən elə bilirsən ki, daxili hüzur uzaqlardadır... amma o səndədir. Sən qaçdıqca yox olur, dayandıqca yaxınlaşır, özünü dinlədikcə səni duyur. Hüzur - səni başa düşən bir insanın gətirdiyi rahatlıq deyil, özünü başa düşməyin verdiyi sərbəstlikdir.
İnsan ve Duygular
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
#feelings
After certain things happen, you don't feel the same way about people anymore, no matter who they are. Some changes shift your heart in ways you never saw coming.
İnsan ve Duygular
When You Save Yourself
Sometimes you already know the answer, you are just not ready to accept it yet.
Realizm
Tanrının belə batıra bilməyəcəyi gəmi" şüarı ilə biletləri satılan Titaniki Tanrı batırdı. Boş iddialar həmişə insanların sonunu gətirir. Nədən əminsinizsə, həyat sizi onun əksi ilə sınayır. Axı mütləq olan heç nə yoxdur: Yaxşı ya pis, ədalətli ya ədalətsiz, dürüst ya riyakar olmaq - hansı o an üçün daha təhlükəsiz hiss etdirirsə, onu da seçirik. Karl Younq deyir ki: "İnsan işıq fiqurlarını xəyal edərək deyil, qaranlığı dərk edərək aydınlanır." Yaxşı insan olmaq üçün yaxşılığı öyrənmək deyil, pislik potensialını dərk etmək lazımdır. Əgər "ədalətli insan" olmaq istəyirsinizsə, ədalətsizlik edəcək qüvvəniz olmalıdır. Eyni ilə, əgər "dürüst"sünüzsə, yalan danışacaq imkanınız olmalıdır. Xəyal etdiyimiz xarakterləri mövcud bədənlərə geyindirib adına "mən" deyirik. Əsl "mən"imiz isə heç bilmirik kimdir. Ps: Kim olmağını sən seçdin, yoxsa sənin üçün seçdilər?
Mən iş həyatında uğurun zirvəsinə çatdım. Başqalarının nəzərində mənim həyatım mükəmməl nümunədir. İndi xəstə yatağında oturub bütün həyatımı nəzərdən keçirərkən anlayıram ki, mənim həzz aldığım bütün sərvət və tanınma ölüm qarşısında solur və mənasızlaşır. Və anladım ki... - 30 dollarlıq saat ilə 300 dollarlıq saatın hər ikisi də "eyni vaxtı" göstərir. - İstər ekonom ilə uçun istər biznes klas, əgər o təyyarə yerə düşsə, siz də düşəcəksiniz. - Uşaqlarınızı varlı olmaları üçün deyil, xoşbəxt olmaları üçün öyrədin, beləliklə onlar böyüdükdə, hərşeyin qiymətini deyil, dəyərini biləcəklər. - Sizə pul qazandırması üçün birini işə götürə bilərsiniz. Ancaq xəstəliyinizi sizin üçün daşıyacaq kimsə işə götürə bilmərsiniz. Qazandığım sərvəti özümlə apara bilmirəm. Özümlə birlikdə apara biləcəyim tək şey sevginin yaratdığı xatirələrimdir. Steve Jobs ölüm yatağında yazdığı son sözləri...
İnsan ve Duygular