Sadəcə qəlbimi qoydum… Bir şeyin fərqinə vardım ki, əgər Allah bir insanı Öz’ünə yaxınlaşdırmaq istəyirsə, bunu həmin insanın başa düşdüyü, sevdiyi yolla edir və dünyada heç bir şey bu yolun qarşını kəsə bilmir. Bəlkə bəzən ağrılı, bəzən sıxıntılı olur, amma bu yol əvvəlkindən daha da böyük sevgi ilə böyüyür.
Türk yazıçısı və divan ədəbiyyatı tədqiqatçısı olan İskender Pala’dan oxuduğum ilk kitab idi. Kitabda Cahiliyyə dönəmində Məkkədə baş verən hadisələr, Məhəmməd Peyğəmbər’in (s.a.v) doğumu, uşaqlığı, ilk vəhy illəri, hicrət dönəmləri və həmin dövrdə olan döyüşlər qeyd olunur. Özdə bütün bunlar bir bülbülün dilindən çox gözəl üslubda danışılır. Kitabın bir çox hissəsin dəfələrlə oxuyub kədərlənməmək mümkün deyildi.
Əsəri oxumağa başlayandan səhifələr su kimi axırdı. Heç bitməsini istəmirdim, buna görə də yavaş-yavaş, qəlbimə, ruhuma işləyən hər cümlənin üzərindən dəfələrlə keçə-keçə oxudum. O qədər gözəl qələmə alınıb ki... Elə hiss edirdim ki, o gözəl bülbül ilə yuxarıdan yaşanılanları izləyir, o hadisələrin içinə daxil olub dərindən bütün bunları hiss edirəm. Bu əsərindən sonra İskender Pala’nın digər əsərlərini də oxumağa qərar verdim.
“Ben bülbülüm. Eğer bugün bahçenizde bir yerlerde size kırk birinci şarkıyı söylüyorsam, bilin ki yine gülümü anlatıyorumdur:
“Bütün şarkılarım sana senadır ya Rasulallah / Ne ki vardır ya senden ya sanadır ya Rasulallah “ Çünki “ Seni her kim severse ben rakibim ya Rasulallah!”