Yorum

Just isimli okurun asıl gönderisini gör
Çox təəsüf ki, hələ də azadlıq deyəndə xüsusilə də, qadınlarda bu cür anlaşılır. Hər insanın gedib dayandığı bir sərhədi var, olmalıdır demirəm, var. Bunu aşmaq artıq özümüzdən kənarlaşmaqdır. "Mənim sərhədim yoxdur" demək çox ümumi bir yanaşmadır. Qadınlarda əsas söz azadlığı olmalı idi, nəinki bədən. Mən demirəm qapalı olmalıdırlar, gəzməməlidirlər, amma hər şeyin də bir sərhədi var. O xətti gərək aşmayasan. Bunu nə dinə, nə də başqa şeyə bağlamaq lazımdır. Nə qədər dinsiz olursan ol, əxlaq çərçivəsi tamam başqadır. Ya da tam əksi, nə qədər dindar olursan ol. Xülasə, yekun olaraq deyim, əxlaq nədənsə asılı deyil. Asılı olduqca insanlar əxlaqsızlaşır. "Çadradan qurtulduq, amma ədüşüncələrimiz darlaşdı.." Belə tərəqqi olmur..
Fikirlərinizi bölüşdüyünüz üçün çox sağ olun. Kitabın incələmələrinə baxdıqda, heç kimin tənqid etməməsi qəribə gəlmişdi doğrusu. Bəlkə də insanımızın, böyüdülmüş Cəfər Cabbarlı adını gördükdə sorğulamadan oxuması bu hala gətirib çıxarır. Halbuki eyni yazını başqası yazsa yəqin ki çox tənqid alardı. Dediklərinizə qatılıram. Bugünki azadlıq anlayışı sərhədsiz olmaq mənasına gəlir çıxır, halbuki insan özü sərhədli varlıqdır. Eynilə mən də, kiminsə zəruri dini qaydalara uymasını və.s. dəstəkləmirəm, lakin əxlaq anlayışı hər kəs üçün keçərlidir. İnanan, inanmayan..
@Ismayilaliyev tamamilə qatılıram sizə. Açığı kitabı mən özüm oxumamışam, amma daha öncə də sizin kimi düşünən bir dostum olmuşdu (elə bu təhlili də o göndərdi). Oxumasam da , geniş izahınızdan anlamaq olur hər şeyi. Qadını ucaltmaq üçün kişini alçaldırlar, ya da tərsinə. Həyat müştərəkdir, ifadəmə görə üzr istəyirəm qadınlara soyunmağı yox, düşünməyi öyrətmək lazımdır. Bir kitabda oxumuşdum(səhv eləmirəmsə, 1984 idi) orada yazıçı yazırdı ki, "Azadlıq 2+2=4 deyə bilməkdir". Qadınlar, məncə, bunun üzərində daha çox düşünməlidirlər, nəinki fiziki azadlıq. Təbii ki, kim necə rahatdır geyinə bilər. Amma daha çox rahatlıqdan savayı "bax azadam, istədiyim kimi geyinə bilirəm!" damğasını vururlar özünə. Bir az sorğulayanda görürsən ki, heç rahat olduğu üçün belə geymirmiş:) amma razılaşmaq lazımdır ki, bizim ölkədə qadını hələ də əzirlər. İş orasındadır ki, həmişə də əxlaqlı qadınları. Hətta özüm belə artıq barışmışam ki, mən kişi olsa idim daha uğurlu olardım, təhsilimdə, işimdə və s. Amma qadın olmaq, xüsusilə də bizim ölkədə 1-0 geridə olmaqdır. Zəif atanın güclü qızı olsan da, daha sonra güclü bir ərin köləsi olursan. Ona görə də çox qadın kişilərə iyrənir..
Fidan Əbilova
Fidan Əbilova
kitabı istəsəniz pdf olaraq oxuya bilərsiniz, səhifəsi azdır, vaxtınız çox getməyəcək. Yenə də izahımı bəyənmənizə məmnun oldum. Qadınların düşüncə azadlığına daha çox yönəlməsi fikrinizə də qatılıram. Çünki bu gün çoxları manipulasiya edilir. “Kişi olsam daha uğurlu olardım” bu düşüncənizi bir müəllimədən də eşitmişdim, onu xatırlatdı. Belə düşünməyiniz üzücüdür doğrusu. Ölkəmizdə kişilərdən iyrənən qadınları isə qınamıram. Yəqin ki, mən də onların yerində olsa idim eyni hisləri bəsləyərdim. Yenə də hər şeydən savayı, gələcək həyatınızda güclü bir ərin köləsi yox yoldaşı olmanızı arzu edirəm.
@Ismayilaliyev çox sağ olun. Qısa zaman ərzində başlamağı düşünürəm. Hal-hazırda Tutunamayanları oxuyuram, onu bitirər-bitirməz Sevilə başlayacağam! Çox sağ olun təkrar, maraqlı müzakirə idi.
Fidan Əbilova
Fidan Əbilova
Xoşdur, siz də sağ olun
Yorum bulunamadı.