Kəsinliklə hər kəsə tövsiyə edə biləcəyim bir kitabdır. Baxmayaraq ki, böyük həcmli bir kitab deyil ( təxminən 1 saat yarım içərsində bitirə bilərsiniz), amma bir xəstəlik haqqında və ondan sonra insanlıq mədəniyyətin yerlə-yeksan oluşu haqqındadır. Bu günlərdə hər kəsin pandemiyadan əziyyət çəkdiyi bir dövrdə, 100 il öncə Jack Londonun qələmə aldığı və hadisələrin 2013-cü ildə keçdiyi, sıxılmadan oxuya biləcəyiniz bir növdə kitabdır. Hadisələr, baş obraz olan və xəstəlikdən öncə bir professor olan birinin dilindən nəvələrinə anlatdığı hekayədən ibarətdir.