Kitabı sevim, ya sevmiyim çox arada qalmışam. Başlayanda dəvam kitabı olduğundan xəbərsiz idim, bilsəydim, oxumazdım. Çünki, o qədər səhifə hədər oxunulmuş kimi hiss etdim. Normalda age-gap olan kitabları sevərəm ama bunda içimə yatmıyan bir şeylər oldu. Məsələm nədənsə bir-birlərini çox sevmələri keçmədi mənə. Bir də bu cür kitabların ortalarında hər zaman bir "kırılma" nöqtəsi istəyirəm. Belə bir-birlərini aşırı qısqansınlar,dava etsinlər,ayrılsınlar sorada barışsınlar. Bax, tam olaraq belə birşey. Burda isə kitabın lap axırında baş verdi bu. Eyni zamanda Salemi də çox sevə bilmədim. Minnoş Caleb'ın qəlbini qırdı. Caleb demiş ikən ən sevdiyim xarakter o və Forrest oldu. Xülasə, ortalama bir kitab idi, amma tez oxunan olduğu üçün 8 bal vermək istədim.