Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri də gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Adam düz olduğunu fikirləşdiyi hər şeyi etməlidir. Həyat yoldaşının vəzifəsi bu deyil ki, sənin işinə mane olsun. Əksinə, o sənin arxanda dayanmalıdır. Belə deyilmi?
-Axı sən onların evində, həyatlarında nə gördün ki, xoşuna gəlmədi? +Yəni sən anlamadın? -Yox! +İndiyə kimi onların evində balaca bir kitabxana görmüsən, ya hansınınsa əlində bir kitab görmüsən? Bir elmi, mədəni, ya incəsənət əsərlərindən danışdıqlarını eşitmisən? -Bu nə sözlərdir? Hamı kitablarını göz qabağına qoymur ki. Sənin onların kitabları ilə nə işin var? +İstəyirdim görüm, onların fikirləri necədir? -Ay ana, bizim evdə min cür kitab var. Kim onlara baxanda bizim fikirlərimizi öyrənmiş olur? +Dərin düşünən adamlar başa düşür...