"Nüvə müharibələri svilizasiyanın sonunu gətirə bilər!"
Analtik fəlsəfənin qurucularından sayılan Bertrand Russel bu kitabında sivilizasiya üçün əsas təhlükə sayıla biləcək və ya başqa dillə desək soyumuzu məhv edəcək nüvə silahlarından (atom, hidrogen, kobalt bombaları) narahlıq duyaraq danışıb.
Çox şahidi olduğumuz bilgisiz siyasət adamları və hökümət rəsmilərinin yalanlarla toplumu uçuruma apardıqlarını bu kitabda da görürük. Elmin sürətlə irəliləməsini insanlığın sonuna və yeganə evimiz olan planetimizə böyük zərbə vurmaq üçün istifadə etməyi planlayan hökümət nümayəndələri. Hansı ki, bu müharibə başlasa qaranlıqdan bu günə kimi gələn insanlığın özü ilə birgə bu dövrə kimi qoruyub saxladığı hər şeyin silinə biləcəyi, sağ qalan çox az insanın(xəstəlikli bir ömrü olan və xəstəlikli fərdlər dünyaya gətirən) yenidən bu qaranlığa qayıdacağını deyə bilərik. Russel təkmilləşən bilgimizi diqqətli və insanlığın faydası üçün istifadə etməyimizi, müharibə düşüncəsindən uzaq durmağımızı, (ələlxüsus da nüvə müharibələrindən) nüvə silah istehsalının birgə olaraq dayandırılmasını, gələcək nəsillərin yetişdirilməsində "millətin üçün məhv et, savaş və öl" psixologiyasını "sülhsevərək öyrən, yarat və paylaş" psixologiyası ilə dəyişməyimizi, qaranlıqdan aydınlığa gedən yolda insanlıq olaraq büdrəməmək üçün barış və bilgi içində çalışmağımızı qətiyyətlə bildirir.