Gülər Qasımova

Gülər Qasımova
@Gasimova_1__
Sıkı Okur
Kimseyle yaşlanmak istemiyorum, kendimle bile...
Elə bu dəqiqə gülümsəyin, yanınızda kim varsa, onu qucaqlayın, uzaqda olan əzizlərinizi xəyalən bağrınıza basın, piroq üçün xəmir yoğurun, poçt qutusuna sevgi dolu məktub atın, incik olduğunuz adamı bağışlayın, bir dəqiqəliyə gözlərinizi yumub, sonra açıb və həyata yenidən başlayın. Həyata həddən artıq ciddi yanaşmayın, ondan bir məna, fayda, qisas axtarmayın. Sadəcə, yaşayın, gülümsəyin və sevin. Bu, çətin deyil.
Reklam
İnsan böyüdükcə özü-özünü yaradır. Əvvəllər nə var idi, nə yox idi- bu vacib deyil, bu artıq keçmişdə qalıb, ora qayıtmaq nəyə lazımdır ? Öz uğursuzluqlarını kənar səbəblərin ayağına yazmaq mənasızdır. Bunu yalnız öz tənbəlliyinə, yaxud dəyişmək istəməməyinə bağlamaq olar.
İnsan mühitin məhsuldur. Əlverişli mühit yaradın, onda yaxşı cəmiyyət əldə edərsiniz!

Okur Takip Önerileri

Tümünü Gör
Səyahətdə mühüm olan gedib çatacağın yer yox, yolun özüdür.
Çətin vəziyyətlərdə özün üçün edə biləcəyin ən yaxşı şey budur ki, hər şeyin yaxşılığa doğru getdiyini unutmayasan. Bu, dərhal hiss olunmasa da, unutmayasan.
Reklam
Başqasının eybini söyləyən o eyibi özündən uzaq bilməsin.
Əgər qəlb öz-özünə istədiyi yerə uça bilirsə, cismin harda olduğunun nə fərqi var! Sadəcə, gözlərini yummaq kifayətdir...
Həyat böyük bir bağça, insanlar isə çiçəkdir. Hər birinin öz rəngi, qoxusu, yeri, tarixçəsi var. Amma onların hamısı günəşin sevimlisidir. Günəşə doğru can at, yağışlar ara verməyəndə belə onu gözlə.
Bizim hər birimizin gizli kodlu gözəl bir dünyamız var və bunun özü xoşbəxtlik üçün bir səbəbdir. Yəqin ki, parolu unudanlar da var. Onlar parolu öz içlərində itiriblər- əbədi günəşin olduğu yerə necə qayıdacaqlarını bilmir, lakin bunu çox istəyirlər.
192 syf.
9/10 puan verdi
·
3 günde okudu
Romeo və Cülyetta
Romeo və CülyettaWilliam Shakespeare
8.2/10 · 60,9bin okunma
Reklam
Kədər öz həddində dərin sevgidir, Həddini keçdimi divanəlikdir.
Odlu sevgilərin odlu sonu var; Öpüşüb məhv olan odtək, barıttək Alışıb məhv olur zəfər çağında. Pisdir ən şirin bal şirinliyiylə, İştahı öldürür çox yeyiləndə. Sən təmkinlə sev ki, sevgi tükənməz, Gecikər çox lənglə çox tələsən kəs.
Yarandı öz sevgim öz nifrətimdən, Ah, onu tez gördüm, gec tanıdım mən.
2.265 öğeden 2.161 ile 2.175 arasındakiler gösteriliyor.