Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gülər Qasımova

389 syf.
10/10 puan verdi
·
10 günde okudu
Çox nadir hallarda daha əvvəllər oxumadığımız üçün peşman olduğumuz kitablarla kəsişir yollarımız. "Başsız atlı" da mənim üçün elə kitablardan oldu. Proloqu oxunduqdan sonra hadisələrin cərəyanı olduqca maraq yaradır. "Başsız atlı" kimdir, onun başı niyə yoxdur və s. Kimi. Daha sonra irəliləyən süjet Luiza və Moris Ceraldın intizarlarına köklənsə də, kuliminasiya nöqtəsindən sonra hadisələr olduqca maraqlı olmağa başlayır. Obrazların düşüncə və yaşantılarından bir parça sanki oxucuya yüklənir. Tək bununla da qalmır, baş verən qətl və peyda olmuş "Başsı atlı", törədilən qətlin təfərrüatları kitabı 2x lə oxumağa sövq edir) Kitabın sonluğu həddən ziyadə romantik gəlsə də, oxucu təxəyyülünə buraxılmaması bəyəndiyim tərəflərindən oldu. Son olaraq "Başsız atlı" ilə tanış olmağıma vasitəçi olduğu üçün
Pəri
Pəri
'yə təşəkkür edirəm
Başsız Atlı
Başsız AtlıMayne Reid · Çaşıoğlu Nəşriyyatı · 0545 okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
3 saatte okudu
Hər kitab ikinci şansa layiq olmaz, ikinci dəfə oxuduğumuz kitablar da birinci ilə eyni təəssüratı yaratmaz. Bəli, bundan düz iki il əvvəl tanış olduğum kitabla yenidən söhbət olduqca maraqlı və olduqca düşündürücü idi. "Hər birimizin həyatında mütləq oxumalı olduğumuz kitablar" anlayışısı varsa, bu kitabda siyahının başında olmalıdır. Tək problem hər zaman olduğu kimi tərcümə problemi idi, amma kitabın gözəlliyi bunu da kölgədə qoya bilirdi.
Kiçik Prins
Kiçik PrinsAntoine de Saint-Exupéry · Qanun Nəşriyyatı · 2019235,3bin okunma
176 syf.
10/10 puan verdi
·
14 günde okudu
Kitabda Hüseyn Cavidin seçmə fikirləri yer alıb, əslində, Cavidin külliyyatı bütünlüklə aforizmlər, altından xətt çəkiləcək cümlələrdən ibarətdir, bu, ön sözdə də qeyd olub. Onun üçün seçilmiş fikirlər və Cavid haqqında verilmiş bir neçə fikir var. Yenə də qısa bir zaman çərçivəsində ruhun dincəlməsi üçün gözəl bir kitab olub.
Cavid Hikməti: Seçmə Aforizmlər
Cavid Hikməti: Seçmə AforizmlərHüseyn Cavid · Elm və Təhsil · 20202 okunma

Okur Takip Önerileri

Tümünü Gör
568 syf.
10/10 puan verdi
·
4 günde okudu
Edmon Danteslə vidalaşmaq olducaq çətin oldu. Hansı ki, bəzi kitabların sonu çox maraqlı gəlir, lakin bitməsini də istəmirik, bax, həmin o kitablardan birisi olmağı bacardı mənim üçün "Qraf Monte Kristo". Oxuyana qədər haqqında heç nə bilməməyim ən böyük marağım oldu. Bir insanın 14 illik məhbus həyatı yaşaması, hücrədən qaçmağı bacarması ilə yeni bir insan olub, intiqamını almasını izləmək olduqca maraqlı və heyrətamiz idi. Bütün incəlikləri ilə hazırlanmış plan oxucunu təəccübləndirməyi, bəzən ağlatmağı, bəzən " bax, sən buna layiq idin, sonunda aldın cəzanı" dedirtməyi bacarır. Kitabın sonlarına doğru, xüsusilə 113-cü fəsli isə əsərin ən ziddiyətli, ən kədərli fəsli idi. Bütün yaşadıqlarında gücül obraz kimi gördüyümüz Edmon Dantesi bizə yenidən göstərməyi bacaracaq formada həm də. Eyni zamanda dövrün Avropası, Şərq Mədəniyyəti haqqında da fikir yaradır. Qadınların mütilik və azadlıqları da, zənnimcə, qarşı-qarşıya gətirilmiş və müəllifin qənaəti də bu fikirlərin yekununda öz əksini tapmışdır.
Qraf Monte Kristo (II kitab)
Qraf Monte Kristo (II kitab)Alexandre Dumas · Teas Press · 025,9bin okunma
152 syf.
9/10 puan verdi
·
5 günde okudu
2024-ün ilk kitabını seçməkdə qərarsız qalmışdım, lakin bitirdikdən sonra yaxşı ki, bu kitab dedim.
Var mısın?
Var mısın?
kitabında
Doğan Cüceloğlu
Doğan Cüceloğlu
nun tövsiyə etdiyi kitablardan birisi idi və adı diqqətimi çəkmişdi. Mövzusu bəllidir; yaşlı nənənin öz nəvəsinə yazdığı məktublar. Lakin bu məktublar adi məktub deyil. Yazılmış amma göndərilməyə cəsarət edilməyən, iki nəsil keçsə də, bilinməyən sirlərdən, dörd taleyin bir yaşamdakı döngüsünüdən ibarətdir. Kitabı oxuyarkən bəzən sevindim, təəccübləndim, kədərləndi, amma hər şeyi ilə mənə çox şey qatdı. Xüsusilə alıntıları, paylaşdığım və paylaşmadığım o qədər gözəl alıntılatı var ki! Sonda isə deyəcəyim budur: situasiyadan asılı olmayaraq, çıxılmaza düşəndə dayanıb ürəyimizin səsini dinləməkiyik- heç kimin təsir göstərməsinə icazə vermədən və daha sonra Ürəyimizin səsi ilə etdiyimiz seçim ən doğru seçimimiz olacaqdır.
Yüreğinin Götürdüğü Yere Git
Yüreğinin Götürdüğü Yere GitSusanna Tamaro · Can Yayınları · 202016,8bin okunma
Reklam
320 syf.
10/10 puan verdi
·
113 günde okudu
Normalda şəxsi inkişaf kitabları oxumağa səbrim çatmır elə bu səbəbdən az-az, amma mahiyyətinə vararaq oxumağı qərarlaşdırdım. Sonda digər yarım qoyduğum eyni tipdəki kitablardan fərqləndiyi qənaətinə gəldim. Kitabı anlayaraq oxumaq, dərinliklərinə enmək, yeri gəldikdə bir cümlə üzərində düşünmək bir neçə psixoloqdan canlı seans almağa bərabər təsir yaradacaq qüvvədədir. Kitab məlum olunduğu kimi ikili dialoq şəklində yazılıb, elə məhz bu dialoqlar həm bu kitabın, Həm də Doğan Cüceloğlunun digər kitablarının qısa bir fraqmentini də təsvir edir. Bundan əlavə sonda müəllif kirab, film və musiqi tövsiyələri də qeyd etmişdir. Hansı ki, tələbələr, müəllimlər, valideyinlər üçün çox faydalıdır. Kitabın oxunulması tövsiyə olunacaq kitablar siyahısında olduğundan əminəm.
Var mısın?
Var mısın?Doğan Cüceloğlu · Kronik Kitap Yayınları · 202127,1bin okunma
408 syf.
8/10 puan verdi
·
19 günde okudu
"Allah bilir, neçə-neçə ailənin öz Anriyeti var !" Kitabın ən təsirli cümləsi mənim üçün məhz bu idi. Neçə-neçə qadınlar var ki, nə ata-anası, bacı-qardaşı, əri, uşaqları tərəfindən anlaşılmayıb, yetrincə sevgi görməyib. Qarşımıza çıxan iki obraz vasitəsilə daha dərin bir müqayisə aparmaq şansımız olur beləcə. Balzak insan hisslərini son dərəcə xırdalıqları ilə təsvir edir, sıxılmadan dəyişən hadisələrin axarına düşüb Feliksin xarakterini araşdırmaq da məhz bu tərəfdən uğurludur. Lakin son hissədə Feliksə yazılmış məktub son dərəcə möhtəşəmdir. Kitab boyu oxucunun qəlbindən keçən cümlələrin əksəriyyəti öz əksini tapır bu məktubda. İlk başlanğıcda qismən sıxıcı gəlsə də, Natalinin məktubunu oxumaq üçün yarım qoymamağa dəyər:)
Vadidəki zanbaq
Vadidəki zanbaqHonore de Balzac · Parlaq imzalar · 042,5bin okunma
136 syf.
9/10 puan verdi
·
3 günde okudu
Kitabdan hüznlü notlarla ayrılıraq hisslərimi, düşüncələrimi toparlamağa çalışıram. Bay Keatingin timsalında həyatımızda heç deyilsə, mütləq ki, bir ədəbiyyat müəllimi olub. Bizi robot olmaqdan xilas etməyə çalışan, olmaq istədiyimizlə olduğumuz arasındakı fərqi göstərən, ən əsası yaşamağa sövq edən... Xüsusilə müəllimlərin oxuması lazım olan bir kitab olduğunu düşünürəm. O qədər axıcı və rəvandır ki, səhifələrin necə keçdiyini hiss etmək olmur. Mövzusu və süjeti çox gözəldir. Oxuduqdan sonra nələrsə qazanmamaq isə mümkün deyil.
Ölü Ozanlar Derneği
Ölü Ozanlar DerneğiN. H. Kleinbaum · Bilge Kültür Sanat Yayınları · 201626,3bin okunma
328 syf.
7/10 puan verdi
·
3 günde okudu
Kitabda diqqətimi çəkib və sonuna qədər oxumağıma səbəb olan tamamən gerçəklərdən qaynaqlanılıb yazıldığı oldu. Bu mövzuda oxuduğum kitablarla müqayisədə çox təsirli olduğunu deyə bilmərəm. Lakin reallıqlar əsasında yazılması və sadə bir dillə yazılması diqqəti öz üzərinə çəkir. Konservatoriyada dərs alan Suada və ona aşiq olan iki gəncin hekayəsi desək, bəlkə də yanlış olmaz. Onlardan Tarık'ı seçən Suada daha sonra imtina etdiyi seçiminin "cəza"sını çəkir. Əsir düşərgəsinə ağır məşəqqətləri görür; tək Suadanın deyil, neçə-neçə bosniyalı qadının həyatını, seçimlərini görürük. Bu seçimlər arasında başlarına nə gəldi, deyib bəzən son səhifəni oxumaq istəyi də yaranır bəzən. Müharibənin fəlakətləri, insanların psixologiyaları, qadınların yadlıqla heçlik arasındakı mübarizələri, itkilər... Bütün bunların dəhşətini sadə dil ilə görə biləcəyiniz bir kitabdır.
İncir Kuşları
İncir KuşlarıSinan Akyüz · Alfa Yayınları · 202126,3bin okunma
198 syf.
7/10 puan verdi
·
4 günde okudu
Alıntıları daim diqqətimi çəksə də, oxuduğum janrlarla müqayisədə çox da zövqümü oxşadığını deyə bilməyəcəyəm. Xüsusilə bədii ədəbiyyat üçün qüsur hesab etdiyim jarqon sözlərdən istifadəni heç xoş hal kimi qəbul edə bilmədim. Eyni zamanda tənqidə məruz qalacaq süjetin qarışıq hissələri də yox deyil. Lakin bütün bununla bərabər nəzərə alanda ki, kitab 16 yaşlı Holden Caulfieldin yaşantısını təsvir edir və bu yaşantı yeniyetməyə məxsusdur. O zaman fərqli baxışla sadəcə süjetin axırarına çıxmaq kimi bir düşüncə yaranır. Yaşanan hadisələr Holdenin məktəbdən qovulmasından sonra "Yeni il"ə qədər ki, müddəti əhatə edir. Təbii ki, burada onun zamanında yaşadığı tramvalarını, insanlarla münasibətini, ətrafındakılara qarşı düşüncələrini və hisslərini də görmək olur. Monoton həyatının içərisindəki yeganə arzu qəlbinin ən dərinliklərinə bir eniş qapısı olur. Çox gözəl alıntıları arasında ola biləcək "Bildiğim tek şey, size anlattığım herkesi biraz özlüyorum. Bizim Stradlater'ı ve Ackley'yi bile, sözgelimi. Sanırım, o lanet Maurice'i bile özlüyorum. Sakın kimseye bir şey anlatmayın. Herkesi özlemeye başlıyorsunuz sonra." İlə tamamlanmış olur.
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202159,3bin okunma
Reklam
128 syf.
8/10 puan verdi
·
8 günde okudu
Kitabın təsirini ifadə etməkdə çətinlik çəksəm də, təsviri üçün deyə bilərəm ki,
Tehlikeli Oyunlar
Tehlikeli Oyunlar
dan Hikmet,
Martin Eden
Martin Eden
dən Martin Edenin həyatlarını yenidən və fərqli baxışla oxudum. Yo-çanın uşaqlığı, ətrafı, həyatında olan qadınlar və nəticədə yaşamın onu hər dəfə itələdiyi dərinlikdədir. Nəzərə alınanda ki, kitab müəllifin həyatından çox cizgiləri özündə əks etdirir, bundan sonra adi bir kitab, üç hissəli gündəlik kimi yanaşılması mümkünsüz olur. Son olaraq kitabı oxumazdan əvvəl bir daha düşünün deyərdim.)
İnsanlığımı Yitirirken
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202334bin okunma
282 syf.
8/10 puan verdi
·
7 günde okudu
İntiharların geniş füsət aldığı dövrdə oxunulması faydalı olacaq kitablardan birisi olan "Gece yarısı kütüphanesi" haqqında da bəhs edildiyi kimi- Nora Seedin həyatdan bütün bağlarının qopması ilə başlayır. Sevdiyi heyvanı ölür, işini itirir, rəfiqəsi ilə aralarında problem var, ailədən geri qalan yeganə insanla- qardaşı ilə münasibətləri korlanıb, uğursuz sevgi həyatı yaşayıb. Belə olan halda yaşama tutunmaq üçün səbəb tapa bilməyən Nora intihara cəhd edir. Və ölümlə- yaşam arasında "Gece yarısı kütüphanesi" nə gəlir. Burada sonsuz kitablar var və hər birisi seçdiyi fərqli seçimləri yaşaya biləcəyi həyatlardır. İlk oxuduğu isə "Peşmanlıqlar kitabı"dır. Kitabdakı peşmanlıqların dərinliklərinə enmək onun əsas həyatında bir fərqlilik yaradacaqmı ? Müxtəlif həyatlar intihar cəhdinə peşman edib, həyatda qalması üçün nələrisə öyrədə biləcəkmi ? Yaşam və ölüm arasındakı mübarizədən Nora Seed necə çıxacaq ? Bunlarl isə kitabı oxumaqla bilmək olar...
Gece Yarısı Kütüphanesi
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202155,4bin okunma
464 syf.
8/10 puan verdi
·
19 günde okudu
İkinci kitabı ilə bir daha eyni qənaətə gəldim ki, Çarlz Dikensin kitabları üçün qış fəsli daha əlverişli imiş... Sonlara 100 səhifə qalana qədər nə oxuduğumu, kimin kim olduğunu, hadisələrin niyə çoxşaxəli süjetə keçdiyini anlamaqda çətinlik çəkərək oxudum. Lakin son 100 səhifə bütün diqqətini öz üzərinə alaraq səhifələrin necə vərəqləndiyini hiss etdirmədi. Beləliklə də, sanki yarıda qoymamağın bir növ mükafatını verdi. Mr Mennetin niyə həbs olunduğu, Mrs Defargenin kim olması və bu obrazlar arasındakı oxşarlıq təəccüb yaradaraq keçdi və təbii ki, başlarda əhəmiyyət vermədiyim Sydeny Cartonun son hərəkəti və onun düşünəcəyi cümlələr təsir etmə gücünü öz üzərinə saxlayaraq sona çatdı. Xüsusilə onunla bağlı olan sonluq çox fərqli idi. Və sadəcə bun görə yarım qoymamağa dəyərdir. Eyni zamanda Sevgisinin və sədaqətinin ona necə davranmasını göstərdiyi Miss Prossun gözıəmədiyim davranışı və eyni qütbdən Mr Defargenin yaşadıqlarını müqayisə edəndə ortada bir təzad yaranmır da deyil.
İki Şehrin Hikâyesi
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202358,9bin okunma
32 syf.
8/10 puan verdi
·
4 saatte okudu
Maksim Qorkinin həyatının çox səhifələri göstərmir bəlkə də, amma kitabın gələcəyinə heç də ümidi olamayan bir uşağın həyatında hansı təsirlər buraxdığını və onu düşdüyü bataqlıqdan çıxarmasında buraxdığı izləri söyləyir. Kitabın bir insan üçün hansı mənaları kəsb etdiyini, çirkab dolu insanlar arasında ona necə sığındığını təsvir edir. Eyni zamanda az da olsa, sovet təsiri də özünü göstərməkdədir. Lakin bu təsirləri bir kənara buraxıb, insan ruhunu kitablarla oxşadığını nəzərdən qaçırmaq olmaz.
Mən Necə Oxumuşam
Mən Necə OxumuşamMaksim Gorki · Bakı, Gənclik Nəşriyyatı · 19735 okunma
626 syf.
9/10 puan verdi
·
11 günde okudu
İngilis romantikasının özünəməxsusluğu ilə seçilən bir kitab daha... Sadəcə bir sevgi hekayəsi olaraq qalmır. Süjet daxilindəki obrazlar, hadisələr dəfələrlə təəccübləndiriri, gərginlikdə saxlamaqdan əl çəkmir. Hadisələr Ceyn Eyrin 10 yaşından ta ki, 30-lu yaşlarına qədər təsvirlərindən, yeri gəldikdə isə öz müraciətindən ibarətdir. Lakin bu təsvirlər bütünlüklə və sıxıcı hadisələr şəklində yer almır, oxucunu maraqda saxlayan hadisələr şəklində verilir və az qala bu hadisələrin çoxu təəccüblə, heyrətlə sona çatır. Ceyn Eyrin ahəngdar cavabları, hazırcavablığı fərqli bir baxış yaradır. İşlədiyi evin sahibi və bibisi oğlu ilə aralarındakı dialoqlar həm bunun, həm də dövr İngiltərəsinin qadına münasibətdə necəliyinin açıq göstəriciləri olaraq qalır. Son olaraq sonluğu haqqında bunu deyə bilərəm ki, sonu bir qədər fərqli düşüncələr doğursa da, çoxumuz tərəfindən bəyəniləcək bir sonluqdan ibarətdir.
Jane Eyre
Jane EyreCharlotte Brontë · Can Yayınları · 201831,3bin okunma
48 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.