Gülər Qasımova

Gülər Qasımova
@Gasimova_1__
Sıkı Okur
Kimseyle yaşlanmak istemiyorum, kendimle bile...
282 syf.
8/10 puan verdi
·
7 günde okudu
İntiharların geniş füsət aldığı dövrdə oxunulması faydalı olacaq kitablardan birisi olan "Gece yarısı kütüphanesi" haqqında da bəhs edildiyi kimi- Nora Seedin həyatdan bütün bağlarının qopması ilə başlayır. Sevdiyi heyvanı ölür, işini itirir, rəfiqəsi ilə aralarında problem var, ailədən geri qalan yeganə insanla- qardaşı ilə münasibətləri korlanıb, uğursuz sevgi həyatı yaşayıb. Belə olan halda yaşama tutunmaq üçün səbəb tapa bilməyən Nora intihara cəhd edir. Və ölümlə- yaşam arasında "Gece yarısı kütüphanesi" nə gəlir. Burada sonsuz kitablar var və hər birisi seçdiyi fərqli seçimləri yaşaya biləcəyi həyatlardır. İlk oxuduğu isə "Peşmanlıqlar kitabı"dır. Kitabdakı peşmanlıqların dərinliklərinə enmək onun əsas həyatında bir fərqlilik yaradacaqmı ? Müxtəlif həyatlar intihar cəhdinə peşman edib, həyatda qalması üçün nələrisə öyrədə biləcəkmi ? Yaşam və ölüm arasındakı mübarizədən Nora Seed necə çıxacaq ? Bunlarl isə kitabı oxumaqla bilmək olar...
Gece Yarısı Kütüphanesi
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202156,2bin okunma
Reklam
464 syf.
8/10 puan verdi
·
19 günde okudu
İkinci kitabı ilə bir daha eyni qənaətə gəldim ki, Çarlz Dikensin kitabları üçün qış fəsli daha əlverişli imiş... Sonlara 100 səhifə qalana qədər nə oxuduğumu, kimin kim olduğunu, hadisələrin niyə çoxşaxəli süjetə keçdiyini anlamaqda çətinlik çəkərək oxudum. Lakin son 100 səhifə bütün diqqətini öz üzərinə alaraq səhifələrin necə vərəqləndiyini hiss etdirmədi. Beləliklə də, sanki yarıda qoymamağın bir növ mükafatını verdi. Mr Mennetin niyə həbs olunduğu, Mrs Defargenin kim olması və bu obrazlar arasındakı oxşarlıq təəccüb yaradaraq keçdi və təbii ki, başlarda əhəmiyyət vermədiyim Sydeny Cartonun son hərəkəti və onun düşünəcəyi cümlələr təsir etmə gücünü öz üzərinə saxlayaraq sona çatdı. Xüsusilə onunla bağlı olan sonluq çox fərqli idi. Və sadəcə bun görə yarım qoymamağa dəyərdir. Eyni zamanda Sevgisinin və sədaqətinin ona necə davranmasını göstərdiyi Miss Prossun gözıəmədiyim davranışı və eyni qütbdən Mr Defargenin yaşadıqlarını müqayisə edəndə ortada bir təzad yaranmır da deyil.
İki Şehrin Hikâyesi
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202359,3bin okunma
32 syf.
8/10 puan verdi
·
4 saatte okudu
Maksim Qorkinin həyatının çox səhifələri göstərmir bəlkə də, amma kitabın gələcəyinə heç də ümidi olamayan bir uşağın həyatında hansı təsirlər buraxdığını və onu düşdüyü bataqlıqdan çıxarmasında buraxdığı izləri söyləyir. Kitabın bir insan üçün hansı mənaları kəsb etdiyini, çirkab dolu insanlar arasında ona necə sığındığını təsvir edir. Eyni zamanda az da olsa, sovet təsiri də özünü göstərməkdədir. Lakin bu təsirləri bir kənara buraxıb, insan ruhunu kitablarla oxşadığını nəzərdən qaçırmaq olmaz.
Mən Necə Oxumuşam
Mən Necə OxumuşamMaksim Gorki · Bakı, Gənclik Nəşriyyatı · 19735 okunma

Okur Takip Önerileri

Tümünü Gör
626 syf.
9/10 puan verdi
·
11 günde okudu
İngilis romantikasının özünəməxsusluğu ilə seçilən bir kitab daha... Sadəcə bir sevgi hekayəsi olaraq qalmır. Süjet daxilindəki obrazlar, hadisələr dəfələrlə təəccübləndiriri, gərginlikdə saxlamaqdan əl çəkmir. Hadisələr Ceyn Eyrin 10 yaşından ta ki, 30-lu yaşlarına qədər təsvirlərindən, yeri gəldikdə isə öz müraciətindən ibarətdir. Lakin bu təsvirlər bütünlüklə və sıxıcı hadisələr şəklində yer almır, oxucunu maraqda saxlayan hadisələr şəklində verilir və az qala bu hadisələrin çoxu təəccüblə, heyrətlə sona çatır. Ceyn Eyrin ahəngdar cavabları, hazırcavablığı fərqli bir baxış yaradır. İşlədiyi evin sahibi və bibisi oğlu ilə aralarındakı dialoqlar həm bunun, həm də dövr İngiltərəsinin qadına münasibətdə necəliyinin açıq göstəriciləri olaraq qalır. Son olaraq sonluğu haqqında bunu deyə bilərəm ki, sonu bir qədər fərqli düşüncələr doğursa da, çoxumuz tərəfindən bəyəniləcək bir sonluqdan ibarətdir.
Jane Eyre
Jane EyreCharlotte Brontë · Can Yayınları · 201831,5bin okunma
126 syf.
·
Puan vermedi
·
4 günde okudu
Wertherin əsl iztirablarına çatanda hər birimizin, mütləq ki, qarşısına bir dəfə çıxdığı "iyi adamlar yalnızlıktan ölüyor, iyi kadınlar ise kötü adamların baklonundan gökyüzüne bakarken."cümləsini xatırlatdı. "Bəs Werther xoşbəxt olmağa layiq deyildimi ? Ruhunun əkizini tapdığını zənn etdiyi insanla əvvəldən uzaq olmalıydı, ya xoşbəxt olmalıydı ?" Bu sualları içdənliklə verdirir kitabın sonu. Əvvəli bir qədər sıxıcı gələ bilər, amma müəyyən bir hissədən sonra axıcı olmağa başlayır. Hötenin insan ruhunun bu qədər incəliklərini təsvir etməsi, günümüzdə öz aktullağını qoruyan bütün reallıqları 18 əsrdə həmişəyaşar, parlaq boyalarla göstərməsi müəllifə və əsərə qarşı fərqli bir baxış yaradır. Kitabın sonu haqqında bir çox kitablardan, paylaşımlardan dolayı məlumatlı olsaq belə, Wertherin ruhunu sevməmək əldə deyil.
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2021121,8bin okunma
Reklam
112 syf.
9/10 puan verdi
·
20 saatte okudu
Stefan Svayqdan oxuduğum üçüncü kitab oldu. Kitab həqiqətənmi təsirlidir, ya oxuduğum zamana görə təsir etdi bundan tam əmin deyiləm. 30-lu yaşlarını keçən, amma özünü cəmiyyətin qəlibləşdirmiş normalarına uyğunlaşdırıb yaşam sevgisini, yaşamaq hissini itirən baş qəhrəmanımızın yaşadığı gecə ona çox təsir edir. Bu təsir yaşadığı əyələncə xarakterli bir hadisənin səbəbi ilə başlasa da, hadisələrin cərəyanı onu daha da sarsır və bu sarsıntı yaşadığı həyatı dəyişdirir. Qeyd edim ki, ilk başlarda sıxıcı gələ bilər- söz yığınıymış kimi hiss etdirə bilər. Amma hadisələr müəyyən bir hissədən sonra başqalaşır və maraqlı olmaqla yanaşı axıcı olmağa başlayır.
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · Anonim Yayıncılık · 2020144,9bin okunma
302 syf.
10/10 puan verdi
·
9 günde okudu
Xüsusilə "Tehlikleli oyunlar" ı bitirən hər kəsin içində bir sızıltı, bir acı qalır, amma yenə də təsəllini digər kitablarda axtarırıq. Son kitabı bitirməyin isə heç bir təsəllisi ola bilməz... Beləliklə Oğuz Atayın əsərləri bitdi (eyni zamanda mən də bitdim...) Kitab haqqında ümumi fikirlərimi bildirmək üçün deyə bilərəm ki, əvvəlcə bütün roman, dram, hekayə kitablarını bitirib daha sonra "Günlük" kitabını oxuyun. Burada bir sıra əsərləri haqqında, onların süjetləri haqqında yetərincə məlumat var. Eyni zamanda hər birisindən sanki Oğuz Ataydan qopmuş parçalar da var... Kitab iki hissə olmaqla səhifələrə ayrılır. Bir səhifədə çap yazısı, digərində Oğuz Atayın əl yazısının çapı var. Son səhifələrdə isə albom yer alıb ki, burada da uşaqlığına və yaşadığı dövrlərə aid şəkillər yer alıb. Hər bir Oğuz Atay sevərinə həm xoş mütaliələr arzu edirəm, həm də səmimi qəlbdən "keçmiş olsun" deyirəm...
Günlük
GünlükOğuz Atay · İletişim Yayınları · 20205,8bin okunma
120 syf.
9/10 puan verdi
·
27 saatte okudu
Ölümündən sonra nəşr olunan, son hissəsi uzun müddət sonra tapılıb ayrı kitab kimi çap edilmiş kitabı... Bəzi hissələr var ki, həqiqətən də Oğuz Atay qələmindən çıxması şübhə oyandırır. Az səhifəlik bir kitabın "Tutunamayanlar" qədər qarışıq təsir bağışlaması, birdən-birə daha sadə və ya əksi olaraq dəyişməsi bu fikri düşündürmür deyil... Məzmununa gəldikdə professorun həyatıyla bağlı əlaqəsi olan vəkilə verilmiş günlük olduğunu ilk hissələrdən bilmək olur. Ardınca qəribə hisslər keçirib, yaşayı fərqli hal alan professorun başqa professorun yerinə dərsə getməsi, ardınca universitetdəki tələbənin öldürülməsi ilə bağlı iclasın keçirilməsi(buradakı cəsarəti) və bu iclasın əsərin ən pik nöqtəsi olması kimi hissələrə ayırmaq olar. Kitabın özünün təsirindən çox sonda verilmiş "Oğuz'un hayali" başlıqlı hissə çox təsir edicidir... Kitabın özündən çox bu hissə diqqəti özünə cəlb etmək qüdrətinə sahibdir...
Eylembilim
EylembilimOğuz Atay · İletişim Yayıncılık · 20205,4bin okunma
283 syf.
·
Puan vermedi
·
42 günde okudu
Kitabı oxumağıma səbəb Oğuz Atayın kitablarını həddən ziyadə sevməyim və ardıcıl bir şəkildə oxumaq istəyim olsa da, Mustafa İnan haqqında öyrəndiklərim və örnək götürəcəyim çox məsələlər oldu. Yaxın Türkiyə tarixindəki bir sıra tanınmış şəxslərin Mustafa İnanın tələbəsi olduğu reallığı ilə baxsaq Mustafa İnanın bir insan kimi şəxsi keyfiyyətlərini, dekan və rektor olduğu zamanlarda bu keyfiyyətlərini, daxili saflığını qorumasını, professor -tələbə münasibətlərinin ən parlaq təsvirlərini görə bilərik. 56 yaşında vəfat etməsinə baxmayaraq, gənc nəsillərə böyük dəyərlər buraxdığını desəm, yanılmaram. Kitabda yaşlı professor və gənc olmaqla iki nəfərin Mustafa İnan haqqında deyilənləri, yazılanlara əlavə olaraq öz fikirlərini də əlavə edib qurdularını dialoqlarını görürük. Burada Mustafa İnanın ölümündən sonra aldığı mükafatla başlanılsa da, uşaqlığı, gəncliyi və ta ölümünə qədər hissələr təsvir olunmuşdur. Tək həyat hekayəsi monoton təsvirlərdə deyil, maraqlı, düşündürücü, yeri gəldikdə dialoq yarada biləcək bədii dillə qeyd olunub. Eyni zamanda istər tələbə, istər müəllim və ya başqa peşə sahəsində olan insanlar üçün də Mustafa İnanın müəyyən sual işarələrinə cavabları vardır.)
Bir Bilim Adamının Romanı: Mustafa İnan
Bir Bilim Adamının Romanı: Mustafa İnanOğuz Atay · İletişim Yayınları · 202017,1bin okunma
79 syf.
8/10 puan verdi
·
15 saatte okudu
Kitabda müəllifin 5 hekayəsi var. Kitabın adı da kitabdakı ilk hekayəsi olan "Bomba" adlanmışdır. İlk görəndə Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellasını xatırlatmışdı. Oxuduqdan sonra eyni nəticəni fərqli hisslərlə verdi. Tragediya olaraq yazılmış bu hekayə bir ailənin xoşbəxtlik xəyallarından bədbəxtliyin zirvə nöqtəsinə çıxdığını çox gözəl təsvir edir. Digər hekayələrində də sadələşdirilmiş bir dil ilə təsvirlər olduqca xoşa gələn və ibrətamizdir.
Bomba
BombaÖmer Seyfettin · Karbon Kitaplar · 20182,387 okunma
Reklam
152 syf.
9/10 puan verdi
·
4 günde okudu
Çarlz Dikkensdən oxuduğum ilk kitab oldu. Maraqlı süjeti ilə diqqət çəkir; bir insanın həyatının dəyişməsi, madiyyatın mənəviyyatı dondurması və bu kimi məsələlər qoyulur. Baş qəhrəmanı yeni il axşamında 7 il əvvəl ölmüş dostunun ruhu tərəfindən ziyarət edilir. Bundan sonra keçmiş, indi və gələcək olmaqla üç ruh onu ziyarətə gəlir və hər birisi özünə aid olan zamandakı hadisələri göstərir. Bu hadisələrdən sonra baş qəhrəman yenidən simic, təkəbbürlü, kobud insan olaraq qalacaqmı, ya keçmiş və gələcəyi üçüncü şəxs kimi kənardan görmək onda hər hansısa dəyişiklik yaradacaqmı ? Sualı meydana gəlir. Bu sualın cavabını tapmaq üçün kitabı oxumağı tövsiyə edirəm :) Amma bu kitabın oxuma fəsli sanki qışdır, yayın ortasında dondurma ilə, mövsüm meyvələri ilə yeni il ab-havası üçün darıxmamaq əldə deyil:(
Bir Noel Şarkısı
Bir Noel ŞarkısıCharles Dickens · İthaki Çocuk Klais · 20197,4bin okunma
612 syf.
9/10 puan verdi
·
17 günde okudu
Spoiler var.)
Ötən əsrin 50-ci illərində yazılan roman həqiqi həyat hadisələrinə dayanır. Dövr üçün yazıçılar fərqli bölgələrə gedib, getdiyi bölgədəki kolxo işləri ilə maraqlanır ,yeri gələndə özləri də bu işlərə əl qatırdılar. Bu roman da onlardan birisidir. Düzdür, hadisələrin gedişi bir az sıxıcı olsa da, ideyasına görə oxumağa dəyər. Xüsusilə Rüstəm kişi
Böyük Dayaq
Böyük DayaqMirzə İbrahimov · Azərbaycan Dövlət Nəşriyyatı · 196040 okunma
268 syf.
6/10 puan verdi
·
1 saatte okudu
Məni özünə çəkən olmuş hadisə üzərindən yazılmış olmasıdır. Sanki əl üstü, tez yazılıb oxucuların görüşünə verilib kimi təəssürat doğurdu. Orfoqrafik səhvlərin isə ümumiyyətlə demirəm. Süjetdə keçən əsrin ortalarının insanlarının düşüncə tərzi tam əks olub. Bununla yanaşı folklorumuzdan, şairlərimizdən, müəllifin özündən yeri gəldikcə işlənən şeir parçaları var ki, bu diqqəti özünə çəkir. Uşaqların tərbiyəsi, təhsil, ailə ilə bağlı sözə deyil mənaya fikir verənlərin oxumasını tövsiyə edərəm yalnız..
Günahsız Günahkarlar
Günahsız GünahkarlarXalidə Qaraçaylı · Mücrü Nəşriyyatı · 20222 okunma
23 syf.
8/10 puan verdi
·
1 saatte okudu
"Mən, sən, o və telefon" Anar yaradıcılığından oxuduğum ilk hekayə oldu. Maraqlı süjeti, hadisələrin reallığa yaxınlığı səhifələri lap tez bitirtdirdi. Düzdür, indi heç kim telefon butkasından rastgələ nömrələr yığıb zəng etmir, amma onun yerinə sosial şəbəkələrdəki hesablar var. Heç tanımadığımız insanların sosial şəbəkələri... Bu danışığın məhrəmliyi və doğmalığı. Digər yandan Seymurun xarakteri, qəribəlikləri də göz önündə qalır. Siyasət işlətməyi bacarmayıb, olanı olduğu kimi deməsi, bundan vicdan əzabı çəkməsi və s. Hekayənin digər bir nəticəsi də dostluqların ailə ilə müqayisəsidir zənnimcə. Nə qədər möhkəm dostluq olsa da, bir yerdən sonra özünü nələrləsə dəyişir. Necə ki, Seymurun, Kamalın, Muradın, Rasimin dostluqları kimi... Və onlar arasında bəzən bir cihazın bizə doğmalaşdırdığı dostlarımız daha sadiq, daha etibarlı edirmiş.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0179 okunma
400 syf.
10/10 puan verdi
·
4 günde okudu
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005766 okunma
52 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.