Nicat Shukurlu

208 syf.
·
Puan vermedi
·
Beğendi
Holden Pensi adlı məktəbdən qovulur. Bundan əvvəldə bir neçə məktəbdən qovulub. Məktəbdən evlərinə məktub gedib çatana qədər ailəsinin qarşısına çıxmaq istəməyən Holdenin yeni il qabağı başından keçənləri, düşüncələrini oxuyuruq. Yeniyetmə Holden arqo ifadələr işlədir, siqaret çəkir. Saxtakarlıq və riyakarlıqdan xoşlanmayan Holden bundandır ki,
Çovdarlıqda Uçurumdan Qoruyan
Çovdarlıqda Uçurumdan QoruyanJ. D. Salinger · Qanun Nəşriyyatı · 201559,6bin okunma
Reklam
126 syf.
·
Puan vermedi
·
3 günde okudu
Corc və Leni fermada işləməyə gedir. Corc ağıllı, Leni isə güclü amma ağıldankəmdir. Leni yumuşaq şeylərə toxunmağı xoşlayır. Leni nə vaxtsa sahib olacaqları - arzularında ki, fermada dovşanları yonca ilə bəsləmək istəməkdədir. Ancaq bunun üçün Corcun sözündən çıxmamalıdır. Bundan əvvəl işlədikləri Viddəki fermadan Leninin ağıldankəmliyi ucbatından törətdiyi hadisəyə görə qaçmalı olmuşdular. Steynbekdən oxuduğum ilk kitabdır. Şair Robert Burns’un “insanlarla siçanlar heç bir zaman xəyallarını gərçəkləşdirə bilməzlər” ifadəsi üzərinə yazılmış əsərdi. Boynuma almalıyam ki, diqqətimi toplayaraq oxuya bilmədim. Kiçik həcmli kitablarda məndə bu baş verir. Tez oxumaq ucbatından tələsirəm... Üstəlik əsərin çox sadə dildə yazılmağı da kitab haqqında ilkin təəssüratımın mənfi olmağına gətirib çıxardı. Biraz zaman keçdikdən sonra haqsızlıq etdiyimi düşündüm. Sadə olmağına çox sadədir amma təsirlidir. Kövrək insansınızsa kitabı oxusaz sonda gözyaşlarınızı saxlaya bilməyəcəksiz...
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023173,1bin okunma
168 syf.
·
Puan vermedi
"Poçt İdarəsi" 12 ilə yaxın poçt idarəsində işləmiş Bukovskinin ilk əsəridir. Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhramanı (antiqəhraman) Henry Çinaski Bukovskinin özüdür. Bukovski bu əsərin yazılması barəsində deyir: "Ya poçt idarəsində qalıb dəli olacaqdım, ya da acından öləcəkdim. Mən ikincini seçdim". Henry Çinaski milad bayramında poçtalyon işinə düzəlir. Çinaski bu işi tum çırtlamaq kimi asan iş hesab edir. İmtahandan keçib əvəz edici kimi poçt idarəsində işləyəndə çətinliklə üzləşir. Çinaskinin qorxusu var: "hər gün gözləyirdim ki, məni kimsə tutub qayıracaq, ancaq məni tutub qayırmadılar". Nəhayət qorxduğu baş verir: Onu qayırmaq işinə çeşidləyicilərin rəhbəri Conston rəhbərlik edir. Əsər boyunca Çinaski qadınlarla sevişir, içir və arada bir at yarışı oynayır. Bu kitabı bir dəfə yarım qoymuşdum. Bu səfər bitirə bilsəmdə yenədə bəyənmədim. Bukovskinin bundam əvvəl oxuduğum "Makulatura" (Pulp) əsərinidə bəyənməmişdim. Amma aforizmlərini xoşladığım yazıçıya bir şans daha verəcəm.
Postane
PostaneCharles Bukowski · Parantez Yayınlar · 20191,311 okunma

Okur Takip Önerileri

Tümünü Gör
268 syf.
·
Puan vermedi
İnceleme spoiler içerir Salamlar hamıya. Volter özü bu əsəri bekarçılıqdan yazdığını söyləyib və bəzi hallarda müəllifliyindən boyun qaçırdıb. Əsərin əvvəlindən sonuna kimi Kandidin başına gəlməyən bədbəxt hadisə qalmır. Kandidin öz fəlsəfə öyrətməni doktor Panqlos belə fikirdədir ki, "ayrı- ayrı bədbəxtliklər, ümumi xoşbəxtliyi törədir, ona görə də belə bədbəxtliklər nə qədər çox olsa, bir o qədər yaxşıdır". Kandid əslində xoşbəxtliyi qızıldan olan əfsanəvi şəhər Eldoradoda tapır. Ancaq bu xoşbəxtlik müvəqqətidir, Kandid ayrı düşdüyü sevgilisi Kuniqundaya qovuşmaqdan ötrü şəhərdən çıxıb gedir. Əfsanəyə görə, Eldorado şəhərində hər şey qızıldan hazırlanıb. Əsrlərdən bəri xeyli sayda səyyah Amazon çayı və meşələri boyunca Eldorado şəhərini axtarsalarda bir nəticə alınmamışdır. Kandidin xoşbəxtliyi Eldorado da tapması təsadüfi hadisə deyil. Yazıçı bununla xoşbəxtliyin mövcud olmadığını bildirir və Kandidin bu şəhərdən ayrıldıqdan sonra getdiyi hər yerdə uğursuzluğu davam edir. Ürəyi getdiyi sevgilisi Kuniqundayla qovuşmağıda istədiyi kimi olmur.
Kandid ya da İyimserlik
Kandid ya da İyimserlikVoltaire · Cem Yayınevi · 19845,1bin okunma
434 syf.
·
Puan vermedi
·
30 günde okudu
Yazıçı düşüncələrini çatdırmaq üçün Zərdüştü vasitəçi olaraq seçmişdir. Dağda on il ruhu ilə təkbətək qalıb çilə dolduran Zərdüştün qəlbində axır ki, dönüş olur. Müdrikliyin ən uca zirvəsində dayanan Zərdüşt öz hikmətini insanlarla bölüşmək istəyir. Zərdüşt insanların arasına qayıdaraq onları fövqəlinsan olmağa çağırır. İnsan özünü aşmalıdır.
Zərdüşt Belə Deyirdi
Zərdüşt Belə DeyirdiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 201638,1bin okunma
Reklam
107 syf.
·
Puan vermedi
Dostoyevski bu əsəri gənclik illərinin dostu A. N. Pleşeyəvə həsr edib. Romanın adsız baş qəhramanı xəyalpərəst oğlandır. Uzun illərdi Peterburqda yaşamağına baxmayaraq insanları yalnız üzdən tanıdığını söyləyir. Heç bir tanışı yoxdur. Bütün peterburq yığışıb yaylağa köçərkən ona elə gəlir ki, hamı onu tərk edir. "Mən qabağıma çıxan hər hansı bir arabada, hər hansı mötəbər görkəmli cənabın faytonunda getməyə hazırdım: lakin heç kəs, bəli, heç kəs məni dəvət eləmirdi: sanki məni unutmuşdular, sanki mən onların nəzərində həqiqətən yad bir adam olmuşdum! Tənha ömür sürən xəyalpərəst oğlan bəyaz gecələrin birində Nastya adlı qızla tanış olur. Nastya bir ildir sevdiyi insanın yolunu gözləyir. Nastya sevgilisinin şəhərə gəlib onunla görüşmədiyinə əmindir. Xəyalpərəst oğlan ilk məhəbbətinin yolunu gözləyən Nastyaya mənəvi dəstək olur... Onu qarşılıqsız sevir... Xəyalpərəst oğlan həddindən artıq xəyalpərəstdir. Mənə şizofren təsiri bağışladı. Həyatının ən parlaq səhifəsi adlandırdığı Nastyanı bir ara özünün uydurduğunu düşündüm. Tənhalıq yaman pis şeydir. Xəyalpərəst oğlanın həyatına təəssüflənməmək olmur. Mütləq bu kitabı oxuyun.
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Karmen Yayınları · 201575bin okunma
78 syf.
·
Puan vermedi
Həmid Piriyevin yaradıcılığı ilə ilk əsəri olan “Şanapipik Haqqında Mahnı” ilə tanış olmaq istəyirdim. Ancaq “Oxu Günü” tədbirində Alatoran yayınlarının stendində yox idi, satışa çıxarılmamışdı. Məndə stenddə olan “Sərçələr Üçün Poema” kitabını almışdım... Kitabda müəllifin 7 hekayəsi toplanıb. Müəllifin yazı üslubu özünə məxsusdur. Həmid Piriyev yazı üslubu ilə yanaşı yerli ləhcəsi ilədə fərqlənir. Buna görədə kitabı oxuyarkən dilimizdə istifadə etmədiyimiz, unutduğumuz bəzi sözlərlə qarşılaşdım. Bütün hekayələrə ağrı – acı, kədər hopub. Burda Dostoyevski yada düşür. Həmidə rahatlıqla yerli Dostoyevski deyə bilərik. Həmidi yalnız hekayələrdə ki kədərə görə yerli Dostoyevski adlandırmıram. Müşahidə aparmaq qabiliyyətidə onu Dostoyevskiyə bənzətməyimə bir səbəbdir. Bütün bunlar nəzərə alındığında oxuculardan çox qələm adamlarına Həmidin yaradıcılığı ilə tanış olmağı məsləhət görürəm. Həmiddən öyrəniləcək çox şey var.
Sərçələr Üçün Poema
Sərçələr Üçün PoemaHamid Piriyev · Alatoran Yayınları · 20174 okunma
120 syf.
·
Puan vermedi
·
7 günde okudu
Yapon yazıçı Osamu Dazai beş dəfə intihar etmiş, sonuncu cəhdi uğurlu olmuşdur. 39 yaşında beşinci intiharını gerçəkləşdirən Dazainin cansız bədəni düz ad günündə tapılır.İntihar notunda yazan "Doğmuş olduğum için beni affedin" cümləsi xüsusilə yapon mədəniyyətində iz qoymuşdur. Yazıçının beş intiharından ikisi qadınlarla olmuşdu. Kitabda yazılanlar Yozunun dilindən nəql olunur. Yozo obrazı yazıçının özüdür. Dazai kitabda intiharlarından birindən - qadınla dənizə atılmağından bəhs edir. Qadınların intihar edəcək qədər özü ilə yaxın olmağının fahişələr sayəsində olduğunu bildirib, əks cinslərlə yaşadığı təcrübəni kitabda əks etdirir. Kitabdakı ilk cümlələr kitabın xülasəsidir: "Yaşamım utançlarla doludur. İnsan yaşamının ne olduğu hakkında bir fikrim yok" Ciddi olan, hətta fotoda belə gülməyən ailə üzvlərinin əksinə Yozo (Dazai)özünü təlxək kimi apararaq həyata dözüm göstərir. İnternetdə mövcüd olan ailəsinin ciddi sifətdə durduğu bir fotoda gülən tək insan içi qan ağlayan Dazaidir. Yapon ədəbiyyatı ilə ulduzum barışmaq bilmir. Çoxdan oxumaq istədiyim bir kitab olmasa yarımçıq qoyardım.
İnsanlığımı Yitirirken
İnsanlığımı YitirirkenOsamu Dazai · Japon Yayınları · 201734,6bin okunma
156 syf.
·
Puan vermedi
Sesil on yeddi yaşında gənc qızdır. Atası Reymon və onun sevgilisi Elza ilə qayğısız, xoşbəxt yaşayırlar. Birlikdə Aralıq dənizinin sahilində istirahət edirlər. Onlara sonradan Anna Larsen qoşulur. Reymon Elza ilə münasibətini bitirib Anna ilə evlənmək qərarına gəlir. Anna, Sesil və atasından fərqli insandır. Sesil və atası Reymon əyləncə düşkünü, Anna isə sakitliyi sevən, sərt ədəb qaydalarına əməl edən insandır. Annanın gəlişi ilə sərbəstliyə son qoyulur. Həyatlarının tamamilə dəyişəcəyindən qorxan Sesil atası və Annanın əlaqəsini bitirmək üçün plan qurur. Plana görə Sesilin "sevgilisi" Siril və Elza sevgili kimi davaranacaq onları bir yerdə görüb qısqanan Reymon Elzanı geri qazanmaq istəyəcək. Müəllifinə böyük şöhrət qazandıran "Salam Kədər" əsəri gənc qız olan Sesilin dilindən nəql edilir. Kitabın dili çox sadədir. Eqoist Sesildə, atası Reymonda sevimsiz obrazlardılar. Bu kitabın adına görə insanların diqqətini cəlb edib populyarlıq qazandığını düşünürəm. Çünki bəyənilərək oxunub məsləhət görüldüyünə inanmıram. Mənimdə diqqətimi elə kitabın adı çəkmişdi.
Merhaba Hüzün
Merhaba HüzünFrançoise Sagan · Gendaş Kültür Sanat Yayıncılık · 1991196 okunma
336 syf.
8/10 puan verdi
·
1 saatte okudu
İnsanlar gördükləri əcaib varlıqlar üzündən dəli olub intihar edirlər, başqalarının canını alırlar. Hadisələr Rusiyadan başladığı üçün " Rusya Raporu" adlanır. "Rusya Raporu" adı verilən insanların dəli olmağına gətirib çıxardan hadisələrdən qorunmağın tək yolu gözləri qapalı həyat sürməkdir: "Qəti Gözlərini Açma" Beş
Kafes
KafesJosh Malerman · İthaki Yayınları · 201813bin okunma
Reklam
56 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Balıqların bütün iş gücü arxda - bir qarış yerdə o yan – bu yana üzməkdir. Ömürlərini yaşadıqları ərazidən uzaqlaşmadan başa vururlar. Onların düşüncələrinə görə yaşadıqları dünyadan başqa dünya yoxdur. “Balaca Qara Balıq”- da anası ilə o yan – bu yana üzməklə günləri bir – birinin ardınca yola verir. Ancaq son zamanlar bikef görünür. Çünki o
Küçük Kara Balık
Küçük Kara BalıkSamed Behrengi · Can Yayınları · 202331,2bin okunma
Geri13
56 öğeden 46 ile 56 arasındakiler gösteriliyor.