Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nicat Shukurlu

240 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Salamlar hamıya Maykl K fiziki qüsurlu olaraq dünyaya gəlmişdir. Dovşan dodaq olan Maykl K anasına çox bağlıdır. Xəstələnən anasını doğma yurduna aparmaq məqsədi ilə işini atır. Anasının yolda keçinməsi ilə tək başına qalır. Maykl K bundan sonrakı həyatı mənə "Man vs Wild" öz dilimizdə desək "İnsan təbiətə qarşı" verilişini xatırlatdı. Heç kimsəsi olmayan Mayklın heç bir şeyi də yoxdur. Qidalanmasını təbiətdən əldə etməlidir. Bəli Maykl K - nin həyat çətindir. Yaşadığı zamanə pisdir. Çünki siyasi rejim Maykl K kimi yerdsiz yuvasız insanları düşərgələrə yığır. Maykl K nə qədər tək başına olsa da gücünün çatdığı qədər siyasi rejimlə mübarizə aparır. Qul olmaq istəmir. Onun mübarizəsinə və torpağa bağlılığına heyran olmamaq mümkünsüzdür. Keçən il oxuyub təəsüratımı bölüşmədiyim tək kitab idi. Yavan dilini nəzərə almasam kitab xoşuma gəldi.
Maykl K.-nın Həyatı və Zəmanəsi
Maykl K.-nın Həyatı və ZəmanəsiJ. M. Coetzee · Qanun Nəşriyyatı · 2014290 okunma
Reklam
304 syf.
9/10 puan verdi
·
94 günde okudu
Bu əsər "Üvey Anneye Övgü" romanının davamdır. Ögey anasını sevən Fonchito bu əsərdə qarşımıza "Komiser Heinrich Benesch və oğlu", "Enrich Leder" kimi tablolarında və avtoportretlərində dörd barmaq çəkən, baş barmağın görülmədiyi Avusturyalı rəssam Egon Schiele heyranı olaraq çıxır. Özünü gənc yaşında İspan qripindən ölən bu rəssama bənzədir. Egon Schielenin erotik rəsmlərində ona özündən dört yaş kiçik olan bacısı Gertrude modellik etmişdir. Rəsmlərinin ana mövzusu seksuallıq, həyat və ölüm instinkti, homoseksuallıq və avtoerotizmdir. Fonchitonun atası Don Rigoberto yalnızlığa gömülmüşdür. Fərdiçiliyi və hedonizmi müdafiə edən Don Rigoberto gömüldüyü yalnızlığında tənqidi esseler yazır, not dəftərlərinə göz gəzdirir, arvadının içində olduğu erotik xəyallar qurur. Pdf oxuduğum iki kitabında müəllifi bu yazıçıdır. Bookreader də yox telefonda oxumuşam gözlərim ağrıya - ağrıya. Sevgi ağrıya dözməkdir. Üç kitabını bitirmişəm. Hazırlıqlı, intelektual oxucunu yazıçının əsərlərində ki, erotizm narat etməz. Əksinə yazıçının ustalığı qarşılığında baş əyər deyə düşünürəm. Yazıçının daha az erotika yer verdiyi kitabı "Yaramaz Qızın Sərgüzəştləri" kitabıdır. Yazıçının erotik anlatımının sehrinə qapılaraq mütaliə etməyimə baxmayaraq ən çox sevdiyim kitabı "Yaramaz Qızın Sərgüzəştləri" dir. Bu ilin üç favori kitab siyahımdadır.
Don Rigoberto'nun Not Defterleri
Don Rigoberto'nun Not DefterleriMario Vargas Llosa · Can Yayınları · 199930 okunma
704 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Salamlar hamıya Oblomovun görəcək çox işi var. Yeni mənzilə köçməlidir vaxtı uzadır, nisyə etdiyi bazarlığın pulunu gecikdirir, ondan cavab gözləyən kəndxudaya məktub yazmaqda tələsmir. Evdə, yataqda keçirir zamanını. Oblomovun uşaqlığı Oblomovkada keçmişdir. Oblomov burda həyatdan yeni heç nə gözləməyən, hətta yenilikdən qorxan ailəsinin arasında böyümüşdür. Ver yeyim, ört yatım şəraitində uşaqlıq yaşayan Oblomov böyüyəndə addım ata bilməyən birinə, çevrilmiş, fərd olmağı bacarmamışdır. Qulluqçusu Zaxar Oblomovdan geri qalmır. Zaxar ağasının əmrlərinə tabe olmayaraq, söz güləşdirərək əlini ağdan qaraya vurmur. Oblomov ilə Zaxarın dialoqlarına səsli güldüm. Dostu Andrey onun düşdüyü vəziyyətə Oblomovçuluq adını vermişdir. Tənbəlliyin şüurlu halına Oblomovçuluq deyilir. Mən də arada Oblomov modunda oluram. Yaxşı ki, kitabı oxuyanda Oblomov moduna düşmədim. Yoxsa Tolstoyun "Dəhşət içində, təkrar və təkrar oxuyuram" dediyi, rus ədəbiyyatının ən önəmli əsərlərindən biri hesab olunan "Oblomovu" yarımçıq qoyardım ya da heç oxumağa başlamayaraq böyük səhvə yol verərdim. Oblomov sevimli obrazlarımdan birinə çevrildi. Əsər özü isə bu il oxuduğum ən yaxşı üç kitab siyahısına düşdü. P.S Redaktədə bəzən səhvlər gözə çarpır.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
·
Puan vermedi
Kitabın üstünə su dağıldı. Kitab oxunmaz hala düşdüyü üçün bitirə bilmədim. Amma başqa nəşrini alıb oxuyacağam. Bu nəşrdə korrektə səhvləri var. Oxumaq istəyənlər nəzərə alsın.
Kavgam
KavgamAdolf Hitler · Parga Yayıncılık · 201710,7bin okunma
144 syf.
8/10 puan verdi
Siddharta özünü axtarış romanıdır. Gənc Siddharta müdrikliyə və nirvanaya çatmaq üçün ata evindən ayrılaraq samanlara qoşulur. Müqəddəsliyə gedən yolda kurtizanka Kəmalənin sevgilisi, tacir, qayıqçı olur. Siddharta obrazı mənə yazıçının "Narsis və Qoldmund" əsərinin qəhramanı Qoldmundu xatırlatdı. Siddharta da hardasa Qoldmund kimi müdrikliyə düz yolla gedib çıxmır. Hessedən oxuduğum 4 - cü kitab oldu. Ən sevdiyim kitabı "Yalquzaq" olaraq qalır. Digər kitabların da olduğu kimi bu kitabında da ("Muncuq Oyunu" əsərinin sonunda) həyatla qaynayıb qarışmaq vardı. Bu kitabı oxuyan həyatı olduğu kimi qəbul edəcək. Günaha bulaşmamağın mümkünsüzlüyünü anlayacaq.
Siddhartha
SiddharthaHermann Hesse · Qanun nəşriyyatı · 202038bin okunma
Reklam
384 syf.
10/10 puan verdi
·
7 günde okudu
Salamlar hamıya Rikardito xəstədir. Onun xəstəliyinin adı yaramaz qızdır. Rikardito Çilili Lili, partizan qız Arletta, Madam Arnu, Missis Riçardson və Kuriko olaraq adlanan yaramaz qızla bir neçə dəfə qarşılaşır. Otuz ildən çox sürən məhəbbət hekayəsindən danışılır. Peruda başlayan məhəbbət Fransa, İngiltərə və İspaniyaya qədər uzanır. Rikardito
Yaramaz Qızın Sərgüzəştləri
Yaramaz Qızın SərgüzəştləriMario Vargas Llosa · Qanun Nəşriyyatı · 0143 okunma
420 syf.
8/10 puan verdi
Mütaliə edərkən yazıçının dünyasını dəyişdiyi xəbərini aldım. Yazıçıdan oxuduğum ilk kitabdır. Beş əsas obraz var kitabda. Tomaş, Tereza Səbinə, Frans və Karenin adlı it. Tomaş arvadbazdır. Yolu təsadüflər nəticəsində çaya buraxılan uşağa bənzətdiyi Tereza ilə kəsişmişdir. Tomaşla Tereza evlənirlər. Amma Tomaşın qadınlarla münasibəti davam edir.
Varlığın Dözülməz Yüngüllüyü
Varlığın Dözülməz YüngüllüyüMilan Kundera · Qanun Nəşriyyatı · 202110,4bin okunma
133 syf.
9/10 puan verdi
Qısa roman olan "Üvey Anneye Övgüler" kitabında vur tut 4 obraz var. Don Rigoberto, Alfonso, Dona Lucrecia. Bunlar əsas obrazlardır. Evin xidmətçisi isə Justiniana adlı qadındır. Don Rigoberto həyat yoldaşını ibadət edərcəsinə sevir. O özünün təmizliyinə həddindən artıq düşkündür. Müəllif onun təmizlik ayinindən təfərrüatları ilə danışır. Biraz diksinə bilərsiniz. Dona Lucrecia 40 yaşındadır. Don Rigobertonun ikinci həyat yoldaşıdır. Rigobertonun birinci evliliyindən övladı olduğu üçün başda onunla evlənmək istəmirmiş. O ögey oğlu olacaq Alfonso ilə yola gedə bilməməkdən qorxurdu. Alfonso Dona Lucrecianın qorxusuna baxmayaraq ögey anasına qarşı yaxşı davranır. Qadın yeniyetməlik çağının astanasında olan Alfonsonun niyyətindən şübhələnir: O ögey anasına qarşı cinsi istək duymuş ola bilər. Yazıçı ana mövzu ilə əlaqəli olaraq rəsm əsərlərindən bəhs edir. Sonunda təəccübləndiyim kitabı rəsmlər, latın ədəbiyyatına marağı olan, ən çoxda intelektual insanlara oxumağı tövsiyə edirəm.
Üvey Anneye Övgü
Üvey Anneye ÖvgüMario Vargas Llosa · Can Yayınları · 2020303 okunma
288 syf.
8/10 puan verdi
·
10 günde okudu
Ortaylının tövsiyə etdiyi görülməli şəhərlər, baxılmalı filmlər və s sırf tarixlə bağlıdır. Bəyəndiyi rejissorlar filmlərində dönəmin ruhunu göstərir, sevdiyi rus yazıçısı kəndlilərin həyatından bəhs edir. Tövsiyə etdiyi görülməli şəhərlər bir şəxsiyyətə malikdir, ruhları var. Həmin şəhərlər öz tarixiliklərini qoruyub saxlayırlar. Türk
Bir Ömür Nasıl Yaşanır?
Bir Ömür Nasıl Yaşanır?İlber Ortaylı · Kronik Kitap · 202055,3bin okunma
240 syf.
8/10 puan verdi
18,6 sm əsəri skelet - memuar janrındandır. Yazıçı bir çox tanınmış insana diss atır. Onlar içində Hafiz Hacıyev, Hüseynbala Mirələmov və s var. Mənə bəzi diss atmalar xoş gəldi. Yaxşıca ifşa edir bəzilərini. Seymur Baycanın gərçək obrazları Azərbaycanlılara qarşı xoş yanaşma göstərmir. Nofəl adlı obrazı deyir ki, "türk qoşunu səfərə çıxarkən təlxəklər, rəqqqasları, hoqqabazları və s burda qoyublar. Onlarında bir- birilə qaynaşmasından Azərbaycan milləti yaranmışdır". Müəllifin özüdə Azərbaycanlılara yuxarıdan aşağı baxır. Əsəri oxuyarkən Seymur mənə sevimli obrazlarımdan biri olan Holden Kolfidi xatırlatdı. Seymurda Holden kimi bir çox şeydən narazıdır. Əsərin bir yerində Seymurun özüdə Holdenin adını çəkir və onun vəziyyətinə oxşar bir vəziyyətdə olduğunu söyləyir. Türklər demişkən kitabda üçüncü səhifə hadisələrindən bəhs edilir. İsmayıllıda son zəng gününü qeyd edən tələbələr ehtiras gətirən həb atdığı colanı qızlara içirdib iyrənc əməllərini həyata keçirmişdir, barmek işçilərinin bıçaqlanmışdır, döyülmüşdüü və tikintidə işlədilən dəlilərdən biri qucağında uşaqla binadan tullanmışdır. "18,6 sm" əsərini ikinci dəfə oxudum. Seymurun nə seksist olması, nə də ki, Azərbaycanlılar haqqında müsbət düşünməməsi mənim onu bir müəllif kimi sevməyimə əngəl olmur. Düzdür bu əsərdə xoşuma gəlməyən məqamlarla rastlaşdım. Buna baxmayaraq zərrə qədər yazıçıya sevgim azalmadı. Hələdə onu görməkdən ötrü ürəyim gedir. Ya Seymur Azərbaycana gələcək ya da mən onu görmək üçün Gürcüstana səfər edəcəm.
18,6 sm
18,6 smSeymur Baycan · Qanun Nəşriyyatı · 202119 okunma
Reklam
340 syf.
9/10 puan verdi
Salamlar hamıya. Bir neçə tanışım və başqa insanların bu kitabı sevgi romanı zənn etdiyini görmüşəm. Sevgi hekayəsi olmasada Narsis və Qoldmund ayrı dünyaların insanıdır. Daha doğrusu onlar ayrı-ayrı pillələrdə dayanırlar. Narsis idarə edici, lider xislətlidir, Qoldmund isə özünü həyatın axınına buraxır. Qoldmund keçmişini, uşaqlığını unutmuşdur.
Narsis və Qoldmund
Narsis və QoldmundHermann Hesse · Qanun Nəşriyyatı · 01,371 okunma
60 syf.
8/10 puan verdi
Çibanlı kəndində qocaman Çinar ağacı aşır. Kəndli Səfər öncə ağacın qeyrətli olduğu üçün aşdığını düşünür. Səfərin fikrincə dibinə işədiyi ağac dözməyərək aşmışdır. Bir növ intihar etmişdir. İntihar edən ağacın fonunda Çibanlı kəndində baş verən pozğunçuluqlara şahid oluruq. Əslində ağacın dibinə işəmək yüngül bir işdir. Kənddəki pozğun hadisələrin sayı bir deyil, iki deyil. Əsərə bundan yaxşı ad tapıla bilməzdi. "Pozğun" əsərini "Çöl" romanın içində oxumuşdum. Kitab ayrıca da nəşr olunmuşdur. Təəssüf ki, ayrıca nəşr olunan kitabın nəşri tükənmişdir. O səbəbdən oxumaq istəyən olarsa müəllifin "Çöl" kitabını ala bilər.
Pozğun
PozğunKəramət Böyükçöl · Zero Nəşriyyatı · 20144 okunma
224 syf.
8/10 puan verdi
Salamlar hamıya. Əsgər adasına məktubla səkkiz nəfər dəvət edilir. Dəvətlilər məktubu yazaraq onları adaya dəvət edəni yaxşı xatırlamırlar. Onların dəvət olunduqları ada haqqında qəzetdə xəbərlər çıxmışdır. Bu xəbərlərdə adanı kimin aldığı barəsində fərqli adamların adı çəkilir. Adaya gələn 8 nəfəri qulluqcu Rogers və arvadı qarşılayır. Beləliklə on kişi olurlar. Burda qulluqçu Rogersdən adanın sahibi olan "Bay Owenin" onlara bu gün qoşu bilməycəyini öyrənirlər. İlk gün qətlə yetirilən Antony Marston cinayəti son olmur. Adada  "On balaca əsgər" şeirinə uyğun olaraq silsilə qətllər törədilir. Müəllifdən oxuduğum ikinci kitabı oldu. Bizim dildə "On Zənci Balası" adı ilə nəşr olunmuşdur. Türk dilinə "On Küçük Zenci" adı ilə çevrilən, nəşr olunun kitabın adı sonradan irqçiliyə görə dəyişdirilmişdir. Müəllifin yaradıclığı ilə tanış olmağa başladığım "Qolf Meydançasında Qətl" əsərinin açığı mövzusunu unutmuşam. Bu kitabı Aqatanın ən yaxşı əsəri hesab olunur deyə oxudum. İki nəfərdən şübhələnirdim. Qatili tapmağıma tapdım amma yazıçı bir yerdə qəşəng fənd atır deyə yanıldığımı düşündüm. Sonda düz tapdığımı gördüm. Yazıçıya əhsən deyirəm. Buna baxmayaraq bəyənmədiyim məqam oldu. Ona görədə kitabı yazıçının şedevri adlandıra bilməyəcəm.
On Kişiydiler
On KişiydilerAgatha Christie · Altın Kitaplar · 202132,4bin okunma
112 syf.
10/10 puan verdi
·
34 saatte okudu
Salamlar hamıya. Evin tək oğlu olmağından, valideynlərinin yaşlı olmağından şikayətçi olan Firon çox həssasdır. Hər şeyi özünə dərd edir. Həssas olduğu qədərdə insanlara yovuşmazdı. Mövcudluq sancısı çəkir. Dostunun vəfat edən anası, avtomobil qəzasında həyatını itirən bacılar üçün hədsiz üzülən Firon üçün yaşamaq çətindir. Etdiyi hərəkətlər ilə həyatını daha da çətinləşdirmişdir. Dəhşətli kabuslar görəcək, öz uşaqlığı ilə danışacaq vəziyyətə gəlib çatmışdır. Peşmandır. Biz Fironun həyatını onun dəftərindən oxuyuruq. Mətnlər parça - parçadır. Süjet xəttinin olmaması açığı mənə problem yaratdı. Çünki adət etmədiyim üslub, dəsti-xətti idi. Anti - qəhrəman olmasına baxmayaraq Fironun çox oxucu üçün unudulmaz obraza çevriləcəyinə inanıram.
Fironun Dəftəri
Fironun DəftəriKənan Hacı · Elm və Təhsil · 20172 okunma
206 syf.
9/10 puan verdi
·
19 günde okudu
Salamlar hamıya. Son zamanlar "Əqrəb Mövsümü" serialı haqqında çox danışılır. Seriala baxmazdan əvvəl kitabı oxumaq qərarına gəldim. Öz ədəbiyyatımızdan oxuduğum üçüncü detektiv kitab oldu. Məşhur biznesmen Qurban Kazımovun kiçik oğlu Nurlan amansızlıqla qətlə yetirilir. Nurlanın meyiti altı hissəyə bölünərək şəhərin müxtəlif yerlərinə səpələnmişdir. Meyitin alnında V işarəsi cızılıb. Qatil bununla nə demək istəyir? Ümumiyyətlə meyitin şəhərin müxtəlif hissələrinə səpələnməsində qatilin məqsədi nədir? Onu belə amansız cinayətə nə vadar edib? Suallarla dolu detektiv romandır. Edilən bir səhvin nəticəsi çox dəhşətli olur. Bəlkədə bu səhv bağışlana bilərdi. Bağışlamaq olardı mı? Bu da bir sual. Mən qatilin yerinə olsam nə edərdim deyə soruşdum özümdən. Hərhalda bağışlamaq çətin olmamalı idi. Heç olmasa qatil qədər amansız, qəddar olmazdım.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
56 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.