Lavinia

Lavinia
@L_a_v_i_n_i_a
Özümü sözlərdə,cümlələrdə, sətirlərdə axtarıram.
Armed susub Ay işığında bir-bir yoldaşlarının üzünə baxırdı. Fransız Dumas, atası fransız, anası ispan olan Mandel, belçikalı Bart, polyak Kovalski.. Azğın müharibə bu adamların dördünü də evlərindən-eşiklərindən uzaq salmışdı. Onlar nə müharibə istəmişdilər, nə də hakimiyyət davası edirdilər.Dumas coğrafiya müəllimi idi, Mandel bərbər, Bart sürücü,Kovalski isə öz torpağını əkib-becərən kəndli... Onlar yalnız sülh və əmin-amanlıq istəyirdilər. Faşistlərlə vuruşurdular ki, müharibə bitsin va öz ailələrinə, iş-güclərinə qayıtsınlar. Elə Armed özü də.. İpəkçi aqronom... Müharibə gör bir onu haralara gətirib çıxarmışdı....
Sayfa 201 - Armed MişelKitabı okuyor
Reklam
Əsl sevgi bəlkə də budur…
Cibindən Sürəyyanın yadigarı olan yaylığı və yaxasından indicə açdığı medalı çıxardaraq dostuna verdi: - Əgər başıma bir iş gəlsə… - Bir anlıq susub davam etdi: - Yəni həlak olsam, müharibə bitəndən sonra bunları Azərbaycana göndərərsən. Sürəyyaya…
Başını əyib gözaltı yaxasındakı medala baxdı. "Döyüşçü xaçı"… Bəli,o, döyüşçü idi. Kiminlə döyüşdüyü də məlum idi: faşistlərlə, onların müttəfiqləri ilə və Vişi hökumətinin polisi,jandarmı ilə döyüşürdü. Lakin kimin üçün? Azadlıqsevər fransızlar üçün yoxsa hakimiyyətə gəlmək istəyən bir qrup fransız üçün?
Sayfa 195 - Armed MişelKitabı okuyor

Okur Takip Önerileri

Tümünü Gör
Yaxşı,bəs o özü? Taleyin uzaq Azərbaycandan gətirib Fransaya çıxardığı, burada adını dəyişib Armed Mişel olmuş Əhmədiyyə nəyin uğrunda döyüşürdü?
Sayfa 195 - Armed MişelKitabı okuyor
Onun fikrincə, artıq neçə illər idi bütün dünyanın başı üstündə bayquş ulayırdı və bu bayquş faşizm idi ki, neçə-neçə xalqlara bədbəxtliyin ən böyüyü olan müharibəni gətirmişdi…
Sayfa 186 - Armed MişelKitabı okuyor
Reklam
Reklam
Reklam