Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lamiyə Mehralı

42 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Dəniz Duası
Dəniz DuasıKhaled Hosseini
7.7/10 · 4.097 okunma
Reklam
"Məni tərk edir. Üzgünəm. Yoldan keçən yad tərəfindən gülü qopardılan bir gül ağacı qədər üzgünəm. Bir az əvvəl ağladım..."
Sayfa 13 - Viktor HüqoKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
160 syf.
9/10 puan verdi
·
12 günde okudu
Hər nə qədər ilk kitaba nəzərən gec bitirsəm də, hadisələr daha maraqlı idi. Film və serialdan tanıdığımız Mary Morstan ilə (Dr. John Watson'un ürəyini oğurlayan xanım) bu kitabda keçən hadisələr səbəbi ilə tanış oluruq. Watson və Mary'nin necə tanış olduğunu oxumaq maraqlı idi. Xatırladığım qədəri ilə film və ya serialda buna yer verilməyib. Arthur Conan Doyle' un qələmində ən sevdiyim nüans isə hadisələrin yersiz uzadılmamasıdır. Seriyaya indi ara versəm də, bitirməyi düşünürəm.
Dörtlerin Esrarı - Sherlock Holmes
Dörtlerin Esrarı - Sherlock HolmesArthur Conan Doyle · Kızıl Panda Yayınları · 202011,9bin okunma
182 syf.
9/10 puan verdi
·
4 günde okudu
İllər əvvəl 15 yaşım olanda oxumuşdum bu kitabı. Sherlock Holmes seriyasından oxuduğum ilk kitab idi. İllər sonra yenə də eyni maraqla oxudum. Xüsusilə Holmes'u ilk tanıdığım kitab olduğu üçün yeri məndə bir başqadır.
Kızıl Soruşturma
Kızıl SoruşturmaArthur Conan Doyle · Kızıl Panda · 202114,8bin okunma
Reklam
456 syf.
10/10 puan verdi
Deyirlər ki, kitab oxumaq dünyaya bir dəfə gəlib minlərlə həyat yaşamaq deməkdir. Bu kitabı oxuduqda sözün əsl mənasında minlərlə həyat yaşamış olursunuz. Bir tərəfdən özünü həmin qadınların yerinə qoymaq dözülməz gəlir, digər tərəfdən onları əsgər olaraq yox, qadın olaraq başa düşürsünüz. Bir gecədə saçı ağaran... Müharibəyə kiçik yaşda getdiyi üçün dörd ilə 10 sm boyu uzanan... Müharibədə çox qan gördüyü üçün qırmızı rəngə allergiyası olan...(sözün həqiqi mənasında) Düşmən əlinə keçməmələri üçün öz körpəsini bataqlıqda boğmaq məcburiyyətində qalan...(əvvəllər bu hissə senzuradan keçməyibmiş) Sırf qadın olduqları üçün müharibədən sonra xorlananlar. Axı onlar dörd il kişilərlə bir yerdə döyüşmüşdülər... Bu kitabda onlar rus, əsgər hətta insan olaraq yox, qadın olaraq danışırlar... Son olaraq əsərdən bir cümlə ilə bitirmək istəyirəm: "Bu kitabı oxuyana yazığım gəlir, elə oxumayana da..."
Müharibə Qadın Simalı Deyil
Müharibə Qadın Simalı DeyilSvetlana Aleksiyeviç · Xan Nəşriyyat · 20151,061 okunma
Təsadüfən pəncərəyə yaxınlaşdım. Bizim evlə qarşı- qarşıya skamyada bir oğlanla bir qız oturmuşdu - öpüşürdülər. Heyrətləndim. Ətrafda qırğın vardı, güllə-baran idi. Onlar isə öpüşürdülər...
Sayfa 325Kitabı okudu
Əvvəlcə ondan öz ünvanıma xeyli xoş söz eşitdim: - Siz bu gün elə cavan görünürsünüz ki... Siz axı müharibədən necə keçmisiniz? Mən ona cavab verdim: - Bu onu sübut edir ki, siz bizim cəbhəyə getdiyimiz vaxt nə qədər gənc olduğumuzu başa düşürsünüz...
Sayfa 180Kitabı okudu
Deməli, biz hücuma getməyə hazırlaşırdıq, elə bu zaman pulemyotdan atəşə tutulduq. Və batalyon silindi... Hər kəs yerə yıxılmışdı. Hamı öldürülməmişdi, amma hamı yaralı idi. Almanlar isə atır, atəşi dayandırmırdılar. Heç kimin gözləmədiyi halda birdən səngərdən əvvəl bir qız sıçradı, sonra ikincisi, üçüncüsü... Onlar yaralıların yarasını sarımağa və atəş altından çıxarmağa başladılar; hətta almanlar belə bir müddət heyrət içərisində donub qaldılar.
Sayfa 145Kitabı okudu
"...İndi fikirləşirəm, kaş ki, ya ayağımdan, ya da əlimdən yaralanaydım, heç olmasa bədənim ağrıyaydı. Yoxsa ruhum... Çox ağrıyır. Biz axı cəbhəyə çox cavan getmişdik. Qız uşaqları idik... Mən hətta müharibə ərzində boy da atdım... Düz on santimetr uzandım..."
Reklam
Mən bir də nə düşünürəm? Bax, qulaq asın. Müharibə nə qədər oldu? Dörd il... Çox uzun müddətdir... Nə quşları, nə çiçəkləri xatırlayırdım. Onlar əlbəttə ki, vardılar, amma mən onları xatırlamırdım. Bəli, bəli... Qəribədir, elə deyil? Məgər müharibə haqqında filmlər rəngli ola bilərlərmi? Axı orada hər şey qara rəngdədir. Təkcə qanın rəngi fərqlidir... Ancaq qan qırmızı rəngdədir...
Kaş müharibə haqqında elə bir kitab yazmaq olaydı ki, müharibə sözünün özü belə ürək bulandıraydı, hətta müharibə haqqında düşünmək belə insan üçün dözülməz olaydı. Dəlicəsinə... Generalların özlərinin belə ürəkləri qalxaydı...
88 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.