Pardaillan

Maska - Əli Kərim
Yaxşı yadımdadır Peredelkino, Klubda karnaval gecəsi vardı. Orda maskaları maska taxmamış, Bir şümal, bir gözəl qız paylayardı. Bəzən görürdim ki, bir ayüzlüyə Eybəcər bir meymun maskası düşür. Bəzən də görürdün, elə tülkünün Özü özü ilə bir də görüşür. Gah da hər gün üzü maskalı olan, Təzədən üzünə bir maska vurur. Bəzən də birisi öz sifətini alır, qəzəblənir, qıza qaytarır. Karvanal qurtarır, adamlar bir-bir aldığı maskanı qaytarır qıza. Amma bəziləri naxələf çıxır, Qayıdır evinə üzündə maska.
Reklam
Mirzə Cəlilin "Filosoflar" felyetonu
Mirzə Cəlilin bu yazısı son zamanlarda feminist aksiyalara qarşı özünü filosof və ya ziyalı hesab edənlərin yararsız və ləyaqətsiz fikirlərini bütün naqisliklərilə ta o dövrdən ortaya qoyub tənqid edir. Təəssüf ki, hələ də bu qondarma 'filosoflar'a inanlar var və çoxluqdurlar. "Axır vaxtlarda Qərb ӧvrətləri barəsində müsəlman qəzetlərinin