Rabiaa

Rabiaa
@Rabi4a
Ç𝚎𝚔𝚒𝚕𝚒𝚙 𝚔𝚊𝚋𝚞ğ𝚞𝚗𝚊 𝚒𝚗𝚌𝚒 𝚘𝚕, 𝚟𝚊𝚛𝚜ı𝚗 𝚍𝚎𝚛𝚒𝚗𝚍𝚎𝚗 𝚜𝚎𝚗𝚒 𝚗𝚎𝚏𝚎𝚜𝚒 𝚢𝚎𝚝𝚎𝚗 çı𝚔𝚊𝚛𝚜ı𝚗..
Öğrenci
Azerbaijan,Kuba
Azerbaijan, 22 Kasım
28 okur puanı
Ekim 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır.
Reklam
Balığın nağılı..
Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahiləçıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi: - Niyə bu balıqları suya atırsan? Uşaq cavab verdi - Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək. Kişi qışqırdı: - Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi: - Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı. "BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR."
Qorxulu suallar iyrənc cavablardan daha yaxşıdır..

Okur Takip Önerileri

Tümünü Gör
İnsanlara insanlığına görə qiymət verək. ..)
Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var.
Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o böyüyüb sizi öldürəcək.
Reklam
Reklam
107 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.