Sabina Farziyeva

Sabina Farziyeva
@SabinaFarziyeva
23 okur puanı
Aralık 2021 tarihinde katıldı
Özlüyündə hər şey gerçəkdə bir-birinə uyğun gələ bilməz - mənim məktubumdakı sübutlar da elə... Axı həyat çox mürəkkəbdir. Ancaq mənə elə gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə - indi həmin düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm - biz həqiqətə o qədər yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o dünyada da yüngülləşərik...
Reklam
Yaşamağa qadir deyilsən, ancaq həyatda öz yerini rahatlamaq, qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut etməyə çalışırsan ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. İndi nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim boynumdadır, özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən, həm də mənən özümlə sürüməliyəm..
Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşərat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən. Yaşamağa qadir deyilsən, ancaq həyatda öz yerini rahatlamaq, qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut etməyə çalışırsan ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. İndi nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim boynumdadır, özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən, həm də mənən özümlə sürüməliyəm.

Okur Takip Önerileri

Tümünü Gör
Çalışacağam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə sənə qarşı münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər yaranırdı. Əlbəttə, evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır. Ailəm olsaydı, zənnimcə, ən böyük nemətə sahib olardım, deməli, sənin qazandığın neməti mən də qazanmış olardım və bu da o demək idi ki, aramızdakı fərq silinirdi, o köhnə və təzə rüsvayçılıqlar da, zülmkarlıq da tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də, qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça bilməz. Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın!
Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur..
Reklam
Reklam
316 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.