Tini buruldular. Ravik gördü ki, fatalist Zaydenbaum da buradadır. Büzüşərək bir güncə çəkilmişdi və:
– Yenə yollardayıq,–dedi.
Ravik ciblərində siqaret axtardı, ancaq tapmadı. Yadına düşdü ki, çamadanda çoxdur.
– Elədir,–dedi.–İnsan çox şeyə dözə bilir...