Gülgün Aslanova

Gülgün Aslanova
@aslanova19
Live free or die
Mühasibat
Azərbaycan Dövlət İqtisad Universiteti
Azerbaijan
Baku
44 okur puanı
Kasım 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
224 syf.
·
Puan vermedi
Kitabda keçmişimizdən bugünə qədər əksər filosoflar, onları fəlsəfələri haqda məlumat var. Kitabın sevdiyim yanlarından biri hər paraqrafın həyatdan müəyyən bir hadisəni misal çəkməklə başlaması idi ki, bu da onu hər kəs üçün anlaşıqlı edir. Lakin yalnız bunları bir dəfəyə oxuyub-bitirməklə hər şeyin yadda qalacağına inanmıram. Düşünürəm, hər başlığı oxuduqca, əlavə olaraq da, həmin filosoflarla bağlı məlumat aparmaq, qeydlər etmək lazımdır. Bu onu daha yaddaqalan edir. Ümumilikdə kitabı bəyəndim, hər filosof haqda ümumi məlumat almaq üçün yaxşı seçimdir, lakin mənim çox vaxtımı apardı, bu da oxuduqca beynimin məlumatları qəbul etməsiylə bağlı idi.
Fəlsəfənin Qısa Tarixi
Fəlsəfənin Qısa TarixiNigel Warburton · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20207bin okunma
Reklam
304 syf.
8/10 puan verdi
·
25 günde okudu
Markiz de Sad- Yataq otağında fəlsəfə
Kitabı ilk görəndə mənə maraqlı gələn adı oldu, cinsəllik və fəlsəfənin bir biriylə necə əlaqəli olmasını bilmək istəyirdim. Böyük kütlə tərəfindən sadəcə cinsəllikdən, şiddətdən ibarətdir, ancaq mənim üçün bundan daha artığı oldu. Açığı digər şəxslərdə olduğu kimi məni pik həddə narahat edəcək heçnə oxumadım. Kitabda çatdırılmaq istəyən əsas fikir hər bir şəxsin öz qərarlarını digər şəxslərdən, dindən asılı olmayaraq müstəqil verməsidir. Belə ki, kitabda verilən bu ifadə daha yaxşı izah edir: "Sizin bədəniniz sizindir, təkcə sizə məxsusdur və bütün dünyada ondan istədiyiniz kimi həzz almaq hüququ təkcə sizindir ". Kitabın nəzərdə tutduğu əsas mənanı, yəni ümumi şəkildə çox bəyəndim,hər nə qədər mentalitetimizə və dinimizə uyğun olmasa belə, bunun düşündükcə ən doğru fikir olduğunda qərarlaşdım, gözümüzlə görmədiyimiz dini kitablardan başqa heç yerdə cinsəlliyə sərhəd qoyulmur və ayıb bir şey olaraq baxılmır. Həmçinin, kitabda tanrının varlığı, onun hazırki cəmiyyət həyatına etdiyi toxunuşlara da münasibət bildirilir. Əlbəttə hər kitabın müsbət tərəfləri olduğu kimi mənfiləri də vardır. Qadın obrazlarının zəif və kişidən asılı olaraq göstərilməsi, partnyorların tək məqsədinin bir birilərini deyil də sadəcə özlərini məmnun etməsini, təcavüzə normal baxılmasını və s.dir. Bütün bu hadisələr 2 günlük seksual təhsil almaq üçün gələn Ejeninin ətrafında cərəyan edir. Kitab, oxucuları metafizikadan estetikaya, fəlsəfədən tarixədək bir çox mövzu ətrafında düşünməyə vadar edir. 8/10
Yataq Otağında Fəlsəfə
Yataq Otağında FəlsəfəMarquis de Sade · Yarasa yayınları · 20092,164 okunma