Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cemile Asad

232 syf.
9/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Kitab yalnız iş həyatında uğur qazanmaqdan bəhs etmi, ailə, münasibətlər, karyera, fərdi inkişafda uğur qazanmaqdan bəhs olunur. Kitabın içindəkilərlə bağlı əsas məlumatlar belədir: 1.Həyat Fəlsəfənizi Dəyişin. Həyat fəlsəmiz bizi məqsədimizə çatdıran yoldur. Doğru həyat fəlsəfəsi uğur qazandırırsa bunun əksi bizi uğursuz edə bilir. Hər şey bir addımla başlayır və çox kiçik addımlarla da müvəffəqiyyətə nail olunur. Verdiyimiz gündəlik qərarlar bu inkişaf yolunu müəyyən edir. Hər gün verdiyimiz doğru qərar lehimizə işləyərkən yanlış seçimlər əleyhimizə işləməkdədir. 2.Gündəlik Rutinlər Yaradın. Ən xırda əhəmiyyətsiz görünən vərdişlər bizim həyat tərzimizi müəyyən edir. Sizə faydalı olan vərdişlər kiçik su damlası kimi təsəvvür edin, zamanla onlar çoxalır və gölə çevrilir. 3.Çevrənizdəki 5 İnsanın Ortalamasısınız. Ətrafımızdakı insanlar, dostlarımız, ən çox görüşdüyümüz insanlar kimdirsə zamanla onlara dönüşməyə başlayırıq. 4.Fərqində Yaşayın. Həyat fəlsəfənizin, ətrafınızda sizə yaxın olan insanların, günlük rutin işlərinizin fərqində olun. 5.Şikayətlənməyin, uğursuz insanlar şikayətlənir, uğurlu insanlar isə fürsət yaradar. Burada verilənlər kitabın əsas fəlsəfəsini təşkil edir. Çalışdım ki əsas məsələlərə toxunum, lakin qeyd edim ki, yazdıqlarımla məhdudlaşmır kitab. Kitabın fəlsəfəsini bəyəndim, fərdi inkişaf sevirsinizsə bəyənəcəyinizə şübhəm yoxdur. Xoş mütaliələr)
Keskin Kenar
Keskin KenarJeff Olson · Arıtan Yayınevi · 200932 okunma
Reklam
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab mağazasında gəzərkən təsadüfən qarşıma çıxan və 2024-ün çox bəyənərək oxuduğum ilk kitabı. Kitab e.ə Çin yazıçı filosofu Guiguzi tərəfindən yazılıb. Kitab haqqında bir iki fakt da qeyd etmədən keçmək istəmirəm. Belə ki, kitab Çin ədəbiyyatının ilk ritorika əsəridir, əsər Çinin ən qədim və önəmli əsəri sayılır, uzun müddət təhlükəli kitab olaraq dəyərlərndirilmişdir və toplum tərəfindən çox da müsbət yanaşılan əsər olmamışdı. Gəldik əsas məsələyə, kitab nədən bəhs edir? İnsan münasibətləri, strategiya, psixologiya, inandırma, diplomatik münasibətlər, müzakirə, planlama və s. kitabın əsas tərkibi bunlardan ibarətdir. Qısası nə axtarsanız var əsərdə. Həcmcə az, lakin bir o qədər çox şey öyrənəcəyiniz kitab axtarırsınızsa tövsiyə edə biləcəyim bir kitabdı. Xoş mütaliələr
İkna Sanatı
İkna SanatıGuiguzi · İş Bankası Kültür Yayınları · 2021798 okunma
327 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Kitab ana ata və uşaq münasibətləri haqqındadır. Adi sıradan bir mövzu olaraq görünə bilər sizə ancaq belə deyil. Bizim bir çox davranış düşüncə şəkillərimizin kökündə ailə amili durur. Niyə bəzilərimiz bu qədər özgüvənli olduğu halda bəzilərimiz əksinə çəkingən özünü ifadə etməkdə çətinlik çəkir, ya da son vaxtlar tez-tez eşitdiyimiz toksik insanların davranışlarının səbəbi nədir, niyə hər kəsin sevgi anlayışı fərqlidir? Bəs doğru davranış şəkli necə olmalıdır əslində? Kitab bir çox suallarınıza cavab verəcək. Mükəmməlliyyətçi ana atanın uşaqları necə olur, toksik ana atanın uşaqları necə olur və s. kimi valideyn modeli ilə rastlaşacaqsız. Kitab özünü tanımaq istəyən, özünün cavabını tapa bilmədiyi "Mən niyə həmişə x situasiyada bu cür davranıram?" kimi sualların cavabını sizə verəcək, eyni zamanda bununla bağlı nə etməlisiniz sizə onu göstərəcək. Erik Frommun "Sevmək sənəti" kitabından ana ata uşaq münasibətlərinin bizim davranış və düşüncə şəklinə təsiri mövzusuna toxunurdu, bu olduqca diqqətimi çəkmişdi. Və sonra bu kitabı oxumağa qərara gəldim. Mənim üçün olduqca faydalı və məlumatlandırıcı oldu, həmçinin psixoloji kitab oxumağı sevirsinizsə oxuya bilərsiniz. Xoş mütaliələr!
Zor Bir Ailede Büyümek
Zor Bir Ailede BüyümekCraig Buck · İletişim Yayınevi · 20181,973 okunma

Okur Takip Önerileri

Tümünü Gör
126 syf.
·
Puan vermedi
·
6 günde okudu
Məhşur psixoloq Erik Frommun kitabı olan "Sevmək Sənəti" çoxdandır ki, oxumaq istədiyim kitablar arasında idi. Kitaba psixoloji vəsait olaraq da baxa bilərsiniz. Müasir dövrdə "sevgi" anlayışına, daha doğrusu müasir dövrün sevgi yanılmasına tənqidi yanaşmaqla birgə sevgi anlayışını psixoloji cəhətdən tədqiq edir. E.Fromm xüsusən dövrümüzdə kapital münasibətlərin həyatımızın bütün sahələrinə nüfuz etməsi kimi sevgi münasibətlərinə də nüfuz etdiyini vurğulayır. İnsanın sevgi anlayışının ana və ataya olan ilkin münasibətlər əsasında formalaşdığı qeyd olunur. Ana və ataya ya da onların uşağa olan münasibəti gələcəkdə insanın ətraf aləmə, Tanrıyla olan münasitinə və düşüncələrinə eləcə də romantik münasibətlərə necə təsir etdiyi izzah olunur. Kitabda bu haqda geniş məlumat var. Ümumi olaraq deyə bilərəm ki, kitabı çox bəyəndim. Psixologiya ilə maraqlanırsınızsa oxumaq istəyəcəyiniz kitab ola bilər. Xoş mütaliələr!
Sevmək sənəti
Sevmək sənətiErich Fromm · Qanun Nəşriyyatı · 018,6bin okunma
160 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Kitab əsasən qadınlar və yazıçılıq mövzusunu ələ alsa da, bu mövzu üstündən qadın azadlığı, əsrlər boyu qadının cəmiyyətdə rolu, "niyə?" sualının cavabı və geniş izzahı kitabda yer alır. Yazıçı deyir ki, özünə aid bir otaq, maddi azadlıq və qadının özünə ayıra biləcəyi boş vaxt- bu üçü onun nəinki yaxşı yazıçı olmağı üçün, həmçinin uğur qazanmaq- cəmiyyətdə mövqe tutmaq üçün ona kömək edəcəkdir. Kitab feminizm mövzusunda sevərək oxuduğum dəyərli əsər oldu. Son olaraq onu da qeyd etmək istəyirəm ki, feminizm qadın və kişi HAQLARININ bərabərliyini müdafiə edir, hansısa cinsin digərindən daha üstün olduğunu müdafiə etmir.
Kendine Ait Bir Oda
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201738bin okunma
Reklam
144 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Baltasar Gracian 16-cı əsr filosofunun 300 maddədən ibarət fəlsəfi əsəri həyata, yaşamağa dair fikirlər toplusudur. Filosof deyir ki, heç kimi özünə dost bilmə, heç kimlə düşmən də olma. Dost düşmənə düşmən də dosta çevrilə bilər. Heç kimə sirrini vermə, sirr- bu səni qarşındakının köləsinə çevirər. Özündən yüksəkdə duranın da sirrini bilmə, bu səni nifrət hədəfinə çevirər. 2 cür insanlardan uzaq ol- yaltaq və hiyləgər. Birinci yaxşı günlərdə ortaya çıxar və xoş sözləri ilə səni tələyə salar, ikinci isə sözləri ilə səni aldadar bu cür insanlar yalnız mənfəət güdürlər. Gizli yaşa deyir filosof. Nə sevincini nə də kədərini bölüşməyə tələsmə. Sevincini bölüşmək onu azaldar kədəri bölüşmək isə onun müddətini uzadar. Və qəlbinin səsini dinlə deyir filosof. O təcrübəlidir və səni yanıltmaz.
Kamillik Elmi
Kamillik ElmiBaltasar Gracian · Qanun Nəşriyyatı · 20191,032 okunma
128 syf.
·
Puan vermedi
·
Beğendi
·
6 günde okudu
Nitsşenin dili ilə desək: " Bu kitab ən azlarındır. Bəlkə də onlardan heç biri daha yaşamır. Onlar, mənim Zərdüştümü anlayanlar olacaqlar... " Kitabda Xristianlıq başda olmaqla dinlər tənqid edilir. Xristianlıq və Yəhudilik kitabda müqayisə olunub. Bir sıra flkolora, Buddizmə də toxunulur. Baxmayaraq ki, kitab həcmcə azdır lakin əhatə etdiyi mövzu baxımından genişdir. Kitabı oxumaq üçün dini və mifaloji biliklərinizin olmağı lazımdır, əks halda kitab sizə sıxıcı və anlaşılmaz gələ bilər. Bir çoxlarının sual verməyə çəkindiyi, "günahdır" deyə soruşmadı susduğu mövzuları Niştse kitabda işıqladırıb. Dinin yaranmağı vəhydir yoxsa zərurət!?, "Qadının xristianlıqda, dində yeri."kimi mövzulara toxunub. Din-fəlsəfə, araşdırma sevirsinizsə mütləq oxuyun. Xoş mütaliələr)
Deccal
DeccalFriedrich Nietzsche · Tutku Yayınevi · 20164,037 okunma