Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elvin Əhmədov

Elvin Əhmədov
@elvin_ahmadov
Tarixçi
Azerbaijan, Baku, 13 Ocak
37 okur puanı
Aralık 2021 tarihinde katıldı
798 syf.
9/10 puan verdi
Ermənilərin tarixi (erməni və müstəqil tarixçilərin yanaşmalarının müqayisəsi ilə), “erməni məsələsi”nin ortaya atılması, inkişafı, nəticələri, bir xalq kimi milli şüurun formalaşmasına təsir edən səbəblər və s kimi maraqlı mövzulara toxunulmuşdur. Kitabı daha maraqlı edən tərəf isə erməni dilini bilən müəllifin baş verən bu və ya digər məsələlərə dair erməni xalqının nümayəndələri tərəfindən səsləndirilən fikirləri, onların mövqeyini əks etdirən sənədləri tərcümə edərək yayımlamağıdır.
Tarihte Ermeniler ve Ermeni Meselesi
Tarihte Ermeniler ve Ermeni MeselesiEsat Uras · Belge Yayinlari · 198710 okunma
Reklam
136 syf.
9/10 puan verdi
Bilim-kurgu tadında
Əsərin əvvəlində oxucuda yaratdığı həyəcanı sona doğru daha da artıran, elmi-fantastik janrda bir əsərdir. Fikrimcə, M.Bulgakov elmi nəaliyyətlərin, o cümlədən bəşəriyyət üçün təhlükəli məqsədlərlə istifadə oluna biləcək yeniliklərin məsuliyyətini onu kəşf edənin deyil, dövlətin daşıdığına diqqət çəkir.
Ölümcül Yumurtalar
Ölümcül YumurtalarMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20193,716 okunma
696 syf.
10/10 puan verdi
Özümüzü tanımalıyıq..
İnsan təbiətini ən incə detalına qədər incələyən bu əsəri oxuduqca özünüzün və ətrafda olan hər kəsin psixoloji portretini təsəvvür etməyə, “qeyri-adi davranışlar”ını, o cümlədən ani qəzəb, sevgi, nifrət, məftun olma və s. vəziyyətlərini anlamağa, ən əsası da qarşıdakını bir insan kimi başa düşməyə fürsətlər yaradır.
İnsan Doğasının Yasaları
İnsan Doğasının YasalarıRobert Greene · Altın Kitaplar Yayınevi · 2021284 okunma

Okur Takip Önerileri

Tümünü Gör
100 syf.
7/10 puan verdi
Psix
“Social intelligence” və “emotional intelligence” baxımından çox maraqlı idi. Yazıçı qarşılıqlı münasibətlərdə uğurun sirrini əsasən dinləmək bacarığının yüksək inkişafında görür.
Xarizmanın Gücü
Xarizmanın GücüBrian Tracy · Qanun Nəşriyyat · 015 okunma
175 syf.
7/10 puan verdi
Dindar Tolstoy
Tolstoyun xristian sosializmi, dindarlığı hər yazısında hiss olunur. Zəhmət, insan əməyinin önəmi, insanların bir-birinə qarşılıqsız yardımı, qədərindən çox istehsal və istehlaka qarşı tutumu onun əsərlərinin əsl mahiyyətidir. Bu kitabda olanlar seçmələr də istisna olmadı.
Hayatın Anlamı
Hayatın AnlamıLev Tolstoy · Arkhe Yayınları · 20052,305 okunma
Reklam
584 syf.
9/10 puan verdi
Soso Stalin olur..
Kitabda gələcəyin Sovet diktatorunun keçdiyi həyat yolu, onun cəmiyyəti insanı dərketmə qabiliyyətinə təsir göstərən amillərin, o cümlədən seminariya və ən əsası o dövrün Gürcüstanında hakim olan kriminal küçə mühitinin detallı təsviri verilmişdir. Fikrimcə, Stalin barəsində yazılmış bioqrafiyaların ilk sırasında yer almalıdır. Çünki bir çox bioqrafiya kitabları əsasən onun hakimiyyət illərinə fokuslanır, Sosonu Stalin edən mühitin təsvirindən isə yayınır. Bu kitab isə Stalini psixoloji olaraq dərk etməyə imkan yaradır.
Gənc Stalin
Gənc StalinSimon Montefiore · Teas Press · 023 okunma
248 syf.
9/10 puan verdi
Kitab haqqında
Kitabın M.K.Atatürk barəsində yazılan ən fərqli əsər olduğunu söyləmək olar. Yazıçıya görə nə qədər Atatürkün şəxsiyyəti, bacarığı, ambisiyaları yüksək olsa da, talehin gətirdiyi fürsətlər olmadan onun tarix səhnəsində özünəməxsus yer tuta bilməsi demək olar ki, mümkünsüz olmalı imiş. Bununla belə, Atatürkün özünün təqdir etdiyi kitabda faktların bir neçəsinin təhrif olunduğunu görmək olar. Lakin bu, kitabın izlədiyi tarixi hadisələrin gedişatına xələl gətirəcək səviyyədə deyil. Əsərdə Atatürk hər baxımdan yerdən-yerə vurulsa da, onun necə güclü və müdrik şəxsiyyət olması hər sətirdə vurğulanır. Yazıçı “yiğidi öldür hakkını yeme” prinsipini rəhbər tutmuşdur. Bir sözlə, Atatürk şəxsiyyətinə fərqli rakursdan baxmaq istəyənlərin oxumalı olduğu, maraqlı əsərdir.
Bozkurt
BozkurtH. C. Armstrong · Nokta Kitap · 20051,420 okunma