Gönderi

207 syf.
9/10 puan verdi
Oxuduğum kitabların bir çoxu çox sevilən kitab olsalar da, məni təsirləndirmir. Və bəzən də əksinə az bəyənilən kitablara aşiq oluram. "Yaşamaq" kitabı və yazarı ilə ilk tanışlığım olduğu üçün haqqında heç bir təsəvvürüm yox idi. Oxuduqca sadəliyi və bununla yanaşı axıcılığı ilə məndə maraq oyatdı. Kitabın dili sadə görünsə də, məncə, məna yüklü bir kitabdır. Və kitabı mənə sevdirən şey hekayənin geniş tutulması idi. Bir kitabda həm zəngin həyatı, həm savaş, həm kasıblıq, həm sevgi, həm fədakarlıq, həm özgüvən, həm sınaq dolu yaşam, həm güvən... saydıqca tükənməz. Və bütün bunlar sadəcə bir obrazın başına gələcək hadisələrdə... Pul insanların həyatını köklü dəyişir, varlığı və yoxluğu ilə. Yoxluğu bizə nə qazandıra bilər deyə düşünməyə başladınızsa kitabı hökmən oxuyun. Kitabda sevmədiyim tək şey yazarın bir çox obrazı öldürməyi oldu ki, sanki yazsını daha da dramlaşdırmaq istəyib. Məndə isə əksinə artıq qıcıq hissi oyadırdı bu durum. Və onu da qeyd edim ki, əsərdəki savaş hekayəsi məni çox həyəcanlandırdı. Ümumilikdə tərbiyəvi yönü olduğunu düşünürəm. Və hər kəsin oxumalı olduğu kitablardan olduğunu sanıram. Tarixi heçvaxt sevə bilməsəm də bu əsərdə bəhs edilən savaş və Çin'in o dönəmdəki tarixi vəziyyəti haqqında gözəl bir incələmə çıxdı rastıma. #37347398 məncə bunu qeyd etməli idim burda. Hər kəsə xoş mütaliələr.
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201634,4bin okunma
··
37 görüntüleme
bookss okurunun profil resmi
İncələməndə tam mənim düşündüklərimi yazmısan. Bəli,məncə də hamıya qəsd eləməsi məni də əsəb etdi 😐
Shade okurunun profil resmi
Eynən. Sırf Fugui (adını sevdim adamın) tək qalsın deyə hərəni bir cür yox elədi😂
6 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.