Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

168 syf.
8/10 puan verdi
·
3 günde okudu
Vaktiyle bir “benliğim” vardı; artık sadece bir nesneyim... Kitab pessimist yaşamın qısa bir özəti, əsrlər boyunca var olan qnostik fikirlərin nihilist bir kolleksiyasıdır deyə bilərəm. İnsanlığın inkişafı, dini fanatizm, fəlsəfə, varoluş və ölüm kimi dövrün vacib mövzularına toxunur, insanlıq tarixi baxımından günün dünyası ilə üzləşir. Cioran’ın insanı şübhə edən, tərəddüdləri olan, bildiklərini, gördüklərini daima sorğulayandır. Nəticə etibarı ilə Tanrının varlığına, inancın çöküşünə və varoluşun melanxolik təməlinə deyinən Cioran düşüncələrini aydın və acımasız dürüstlüklə açıqlayır, son dərəcə pessimist, ancaq eyni zamanda həssas, canlı və qalıcı bir kəsinlik sərgiləyir. Sonda yazardan varoluşun səbəblərini sorğulayan iki mühüm sual: Nerede tükettin ömrünü? Iz bırakmadan kayıp gittin; senin rüyan neydi peki?
Çürümenin Kitabı
Çürümenin KitabıEmil Michel Cioran · Metis Yayınları · 202110,3bin okunma
·
627 görüntüleme
Agil okurunun profil resmi
Əslində ümumi olaraq düşündürən fəlsəfə içində olduğu vəziyyəti açıqlamağa kömək etmir. Həllərin varlığı (alternativlərin çoxluğu) isə yalnızca yararsız olduqlarını isbatlayır. Cioran’a görə bütün pisliklər yaşam anlayışından qaynaqlanır. Kierkegaard’ın da dediyi kimi: “Həyat həll ediləcək bir problem deyil, yaşanacaq bir həqiqətdir.” Bunların səbəbi isə dinin varlığından deyil, insanın özünə güvənindən (güvənsizliyindən) irəli gəlir, dindən döndükdə belə, insan onunla yaşamağa məhkum olur. Digər təməl məsələlərdən biri də idealizmdir. İdeallıqla bağlı düşüncəsi olan insan ölümcül bir mənəvi xəstəliyin daşıyıcısıdır. Kiçik xoşbəxtlik vəəd edənlər dünyadakı səfaləti azaltmağın mümkün olduğuna inandırmağa çalışırlar. İnsanların anlamadığı və ya qəbul etmədiyi şey varoluşun səfalət olduğudur. Səfil varoluşun tək çarəsi isə varoluşun sona çatması, yəni intihardır. Əslində Cioran’ın əsl məsələsi ifadənin özü ilə bağlıdır, sözləri sanki bir varlığı varmış kimi ortaya qoyur, bəzi sözlər isə yalnızca başqa sözlərə vurğu etmək üçün var. Oğuz Atayın da dediyi kimi: “Kelimeler albayım, bazı anlamlara gelmiyor.”
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.