Gönderi

512 syf.
2/10 puan verdi
·
13 günde okudu
Yazardan oxuduğum ilk kitab idi və ümid edirəm digər kitabları bu cür olmaz. Kitaba da adını verən "Muncuq oyunu"nun nə olduğunu hələ də anlaya bilməmişəm. Düşünürdüm ki, dilimizə tərcüməsində problem var amma biraz araşdıranda gördüm ki, bir çoxları (türk oxucular) kitabdan şikayətlənir. Kitabda oyunun nə olmasından, oynanma qaydasından yox, fəlsəfi tərəfindən bəhs olunur. Oyun haqqında təsəvvürümüz olmadığı üçün də heç də axıcı və maraqlı gəlmir. Kitabda bir fəsildə baş qəhrəman Knextin şeirləri verilib. Başqa bir çox kitabda olduğu kimi bu kitabda da şeirlərin tərcüməsi çox mənasız çıxır, nəyin çatdırılmaq istənildiyini anlaya bilmirik. Kitabda sonda 3 hekayə verilib. Deyə bilərəm ki, biraz maraqlı gələn elə o hekayələr oldu, başqa heç nə. Siz siz olun bu kitabı oxumayın :) P.s kişiyə bu kitaba görə ədəbiyyat üzrə Nobel mükafatı verilib
Muncuq Oyunu
Muncuq OyunuHermann Hesse · Əli və Nino və Qanun Nəşriyyatı · 2014701 okunma
·
621 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.