Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

574 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
DİQQƏT! SPOİLER OLA BİLƏR.
Adətən, kitabların görünüşünə önəm verməsəm də, bu kitabın üzü və adı mənim diqqətimi çox çəkmişdi. Almazdan əvvəl müəllif haqqında bir qədər araştırma etdim və nə qədər təsirli bir həyatı olduğunu gördüm. "Belə təsirli həyatı olan bir şəxs, mütləq ki, kitabında da bunu hiss etdirəcək" deyə düşünüb almışdım kitabı. Yanılmadım da. Kitab bir qədər avtobioqrafik xarakter daşıyır. Baş rol obrazımız müharibənin ortasında ona verilən vacib əmri yerinə yetirmək yerinə müharibənin ən kritik anında olduğu yeri tərk edir (Ferdinand Celine real həyatda özü də müharibə zamanında tez-tez oranı tərk etməyi və ya qaçmağı düşünüb. Yaralandıqdan sonra həkimlik və yazarlıqla məşğul olub və bunu kitabda da göstərib). Müharibənin olmadığı bir yerə getmək, düşüncələrindən qaçmaq və xoşbəxtliyi tapmaq üçün daimi bir axtarışa çıxır. Ferdinandın müharibə haqqında düşüncələri, davranışları, sevdiyi qadınlarla olan dialoqları, getdiyi yerlərdə insanların ona qarşı düşüncələri, bir sözlə, mükəmməl göstərilib. Əsas da, Lola obrazı ilə Ferdinand arasında olan dialoqları kitabı oxuduğum müddət ərzində əvvəlki səhifələrə qayıdıb dəfələrlə oxumuşdum. Çox az tanınan və mağazalarda çox az qarşıma çıxan bir kitabdır. Müharibə mövzusunda kitablara, fəlsəfəyə, psixoloji düşüncələrə marağınız varsa, şiddətlə tövsiyə edirəm. "Ruhumu başımdan atıp kurtulmayı denemek istiyorum..."
Gecenin Sonuna Yolculuk
Gecenin Sonuna YolculukLouis Ferdinand Celine · Yapı Kredi Yayınları · 20224,057 okunma
··
4.680 görüntüleme
Türkanə Zeynalova okurunun profil resmi
Əla, ben ikna oldum və bu il almalı olduğum 46994231-ci kitab kimi yazdım siyahıma😂
Kamran İsazade okurunun profil resmi
Çox sevindim 😂 ümid edirəm, bəyənərsiniz 🤗
Gülçin Seyidova okurunun profil resmi
Sondakı alıntıya görə belə oxumağa dəyər
Kamran İsazade okurunun profil resmi
O qədər gözəl alıntılar var ki bu kitabda... Hansını seçəcəyimi bilmirdim 😅
3 sonraki yanıtı göster
Miss Eden okurunun profil resmi
Spoiler yoxdu axı :D
Kamran İsazade okurunun profil resmi
Sadəcə ola bilər deyə yazmışdım. Nə də olsa, kitabın içərisindən bir mövzunu açdım 😅 Linçlənməyim deyə yazmışdım o başlığı adckdsşdssçldşsç
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.