Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

158 syf.
6/10 puan verdi
Axşamınız xeyirli olsun. Fikirlərimi qısaca ifadə edəcəm, onsuz da uzun-uzun danışmağa ehtiyac duyduğum bir əsər olmadı. İçində Şekspirin bir yerə toplanmış sonetləri əvvəl türkcə, sonra isə ingiliscə verilib. Bəzi sonetləri çox bəyənsəm də, əksəriyyətinin sevgi ilə bağlı olması bir müddətdən sonra sıxılmağıma səbəb oldu. Şekspirin ifadə tərzinə, seçdiyi üsulun möhtəşəmliyinə əlbəttə ki, sözüm yoxdur. Amma bəzi incələmələrdə Şekspirin mütləq oxunmalı olan əsərlərindəndir deyilirdi bu kitab haqda. Məncə, deyil. Yenə də şeir sevirsinizsə, zərif düşünülmüş cümlələr oxumaq istəyirsinizsə, bəyənəcəyinizi düşünürəm. Xoş mütaliələr.
Soneler
SonelerWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 20218,9bin okunma
·
1.108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.