Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

832 syf.
·
Puan vermedi
·
13 günde okudu
Nəhayət ki, bu lənət kitabı bitirdim, oxu-oxu bitmir. Dünyanın bizə məlum olan ilk tarixi kitabı sayılır, Cicero buna görə Herodotu Tarixin atası adlandırırdı. Tarix oxumağı sevən biri olaraq, tarixdə fərqlənən ilk mədəniyyətlərin bir-birinə necə təsir etdiyini ilk bu əsərdə detallı şəkildə oxudum. Yunanıstanın əhəmiyyətli şəkildə Misirdən təsirləndiyini, İranın isə Yunanıstan mədəniyyətindən təsirləndiyini oxumaq təəccüb doğurdu məndə. Digər tərəfdən, bu xalqların qədim adətləri və yaşayışlarında bəzi şeylərinin günümüzdə də dəyişməməsi insanda qəribə təəssürat oyadırdı. Ümumən 9 fəsildən ibarətdir, məncə sonlara doğru kitab sıxıcılaşmağa başlayır. Həddən artıq çox detal, nəsil ağacı insanın başını qarışdırır, daha öncə nə oxuduğunu itirirsən. Herodotun özünə aid yaxşıca gopları var kitabda, redaktor təxmini hansı hissələrdə gopladığını qeyd etmişdi, qeyd edim ki, Herodotun özündən uydurduğu hissələri onun yazdıqlarını araşdıran tarixçilər təsbit edib. Normalda tarix kitablarının "biased" olmasından şikayət edirəm. Amma təəssüf ki, insanlıq tarixinin ilk tarix kitabı da "biased" yazılmışdı, Herodot öz yunanlığını ortaya qoymuşdu, bəzən yersiz təriflər və təsvirlər var idi. İranla müharibə dövrünün üstündə yaratdığı düşmənçilik abu-havası hiss edilirdi, bacardığı qədər aşağı səviyyədə təsvir edib onları. Belə.
Tarih
TarihHerodotos · Türkiye İş Bankası Kültür Yayınları · 2019926 okunma
·
646 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.