Gönderi

232 syf.
8/10 puan verdi
Kitabın üz qapağında "gerilim" janrında olduğu yazılsa da, gerilimdən çox uzaq bir kitabdır. Bunu bir kənara qoysaq, özündə mövzusu olduqca maraqlı və qeyri-adidir.  Mən kitaba oxumağa "gerilim, polisiye" olduğunu zənn edib başlamışdım, ancaq belə olmadığını gördükdə xəyal qırıqlığı yaşadım. Bu səbəbdən ilk sətirlərdə sıxıldığımı etiraf edirəm🙈 Lakin daha sonra davam edəndə həqiqətən tamamilə fərqli tərzdə və bir az da fantastik üslubda yazılmış bir kitab oxuduğumu anladım.. ____ "İzci" Naomi itən uşaqların axtarışı ilə uzun illərdir məşğul olan biridir və bir gün 3 il əvvəl 5 yaşında ikən meşədə anidən yoxa çıxan Madison adlı kiçik qızın axtarışı üçün valideynləri tərəfindən Oregon'a dəvət olunur. Naomi uşağı tapa bilmək üçün həftələrlə araşdırmalar edir, hər incə detalı aydınlaşdırmağa və ipuçları tapmağa çalışır. Bəs görəsən, Madison'un başına nələr gəlib? 3 il keçməsinə rəğmən, hələ də həyatdadır mı, yoxsa çoxdan ölüb mü?? ____ Naomi keçmişini bilməyən və uşaqlığa dair bütün xatirələrini unutmuş biridir. Əsər boyu Naomi'nin anılarını xatırlamağa çalışmasının,  özü ilə, keçmişi ilə üzləşməsinin və həyatını anlamasının şahidi oluruq. Bəs Naomi realda kimdir?? ____ Və ən əsası əsər bizə qan bağı olmadan da insanların doğmalaşa bildiklərini və sevginin sadəcə qan bağı ilə əlaqəli olmadığını göstərir. Xüsusilə də, Naomi və Jerome'i övladlığa götürən mərhəmətli Cottle xanımın timsalında bunu açıq-aydın görürük.
İzci
İzciRene Denfeld · Doğan Kitap Yayınları · 201949 okunma
·
229 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.